AKADEMİK ABEL MƏMMƏDƏLİ OĞLU MƏHƏRRƏMOV

BAKI DÖVLƏT UNİVERSİTETİNİN REKTORU,

AMEA-NIN HƏQİQİ ÜZVÜ, AKADEMİK ABEL MƏHƏRRƏMOV

Tel.:  + (994 12) 430 32 45
Fax.: + (994 12) 598 33 76
e-mail: rector@bsu.edu.az

 

 

QISA BİOQRAFİK MƏLUMAT

5 yanvar 1950-ci il təvəllüdlü.1966-cı ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Amasiya rayonunun Güllübulaq kənd orta məktəbini medalla bitirmiş və indiki Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuşdur. 1971-ci ildə bitirmiş və təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutuna göndərilmişdir. 1973-cü ildə „Üzvi kim­ya“ ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspiranturasına qəbul olunmuş və 1976-cı ildə akademik N.S.Zefirovun rəhbərliyi ilə „İkiqat rabitələrə birləşmə reaksiyalarında sul­fenilxloridlərin elektrofilliyinin artırilmasınin yeni metodu“ mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

O, 1991-ci ildə „Alkenlərin, üçüzvlü karbo- və heterotsiklik birləşməlşrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar“ mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş.

Ailəlidir, iki övladı və beş nəvəsi var.


TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1966 - 1971 kimya fakültəsinin tələbəsi, Bakı Dövlət Universiteti
1976 - k.e.n., „Üzvi kimya“, Kimya fakultəsi, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
1991 - k.e.d., „Üzvi kimya“, Kimya fakultəsi, BDU
2001 - AMEA-nın müxbir üzvü
2007 - AMEA-nın həqiqi üzvü


Çapdan çıxmış elmi əsərlərin ümumi sayı - 1270

-xaricdə çıxmış elmi əsərlərin sayı - 625
-beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda map olunan məqalələrin sayı - 485

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı - 54
Kadr hazırlığı:                -53
-fəlsəfə doktorların sayı - 41
-elmlər doktorların sayı  -12


TƏDQIQAT SAHƏSI

On iki üzvlü tsikllərin konformasiyası; kükürdsaxlayan heterotsikllər; allilfenolların törəmələri; nanokimya, neftkimyası

Əsas elmi nailiyyətləri:

Üzvi kimya sahəsində:

1. İlk dəfə olaraq, üzvi kimyada  “Dopinq effekti” kimi tanınan yeni sintez metodu müəyyən edilmişdir. Bununla da çətin alınan və ya praktiki cəhətdən mümkün olmayan bəzi sinif üzvi maddələrin sintezi həyata keçirilmişdir.
2. İlk dəfə olaraq, on iki üzvlü tsikllərin konformasion analizi öyrənilmiş, sonra isə onların doymuş və doymamış törəmələri sintez edilərək RQA metodu ilə molekulyar və kristallik quruluşları öyrənilmişdir.
3. Katalitik olefinləşmə reaksiyası əsasında halogenəvəzli olefinlərin sintezi, reaksiya məhsullarının RQA tədqiqi və zərif üzvi sintezdə istifadəsi sahəsində yeni nəticələr əldə olunmuşdur.
4. Trixlorasetonitril əsasında keçid metalların 1,3,5-triazopentadien kompleks­lərinin templat sintez üsulu işlənib hazırlanmış, sintezdə və kristalın formalaş­masında RQA metodu ilə qeyri-kovalent halogen əlaqələrinin rolu öyrənilmişdir.
5. Çoxkomponentli kondensləşmə reaksiyalar sahəsində aromatik al­de­hidlərin metilenfəal diketonlar və ketoefirlərlə ikiqat kondensləşmə məh­sulları, sonuncular əsasında isə müxtəlif quruluşlu  azotlu alitsiklik, heterotsiklik, bitsiklik və  spirotsiklik sistemlər alınmışdır.
6. Asimmetrik Hans reaksiyası əsasında bir çox optiki aktiv birləşmələr sintez edilmiş, xiral üzvi katalizatorun təbiətinin və temperaturun reaksiyanın çıxımına və optiki təmizlik dərəcəsinə təsiri araşdırılmışdır.
7. Ariləvəzli 1,2-xlorhidrinlərin müxtəlif aminlərlə qarşılıqlı təsirindən tərkibində aromatik halqa saxlayan 1,2-aminspirtlərin sulu mühitdə səmərəli sintez üsulu işlənilmişdir.
8. Bəzi 1,3-dikarbonilli birləşmələrin epixlorhidrinlə müxtəlif əsaslar iştirakında alkilləşmə reaksiyası tədqiq olunmuş və funksionaləvəzli bioloji aktiv birləşmələr sintez edilmiş, onların bakterisid, fungisid xassələr göstərdiyi müəyyən edilmişdir.

Analitik kimya sahəsində:

1. Metilen aktiv birləşmələrin arilhidrazonlarinin koordinasiyon kimyası ətraflı öyrənilmiş və alınmış yeni komplekslər oksidləşmə və yeni C-C rabitəsinin əmələ gəlməsi reaksiyalarında katalizator kimi tətbiq edilmişdir.

2. β-Diketonlar əsasında yeni sinif üzvi reagentlər - azobirləşmələr sintez edilmişdir. Kvantkimyəvi hesablama metodu ilə reagentlərin tautamer formalarının reaksiyaya girmə qabiliyyətləri öyrənilmiş, komplekslərin RQA metodu ilə molekulyar və kristallik quruluşları tədqiq olunmuşdur. Kompleks birləşmələrin quruluşları ilə xassələri arasında asılılıqlar müəyyənləşdirilmişdir.

Neft kimyası sahəsində:

1. Alkenilfenolların homolitik tiilləşmə, fosforilləşmə, aminometilləşmə,  simmetrik dihalogenalkanlarla kondensləşmə reaksiyaları sistemli şəkildə tədqiq edilmişdir. Sintez olunmuş birləşmələr yanacaq, yağlara polifunksional aşqarlar, neftçıxarma, eləcə də neft emalı sənayesində korroziya inhibitorları, sulfat reduksiyaedici bakterisid xassələri göstərərək müsbət nəticələr əldə edilmişdir.

2. Fenol saxlayan xalkon törəmələri əsasında müxtəlif bioloji aktiv heterotsiklik birləşmələr sintez edilmiş, onların məhlul sistemlərində baş verən dinamik effektlər NMR spektroskopiyasının köməyi ilə tədqiq edilmişdir.

Polimer kimyası sahəsində:

1. Sənaye polimerləri və polimer tullantılarının kimyəvi modifikasiyası ilə polifunksional polimerlərin sintezinin qanunauyğunları bərk fazada NMR-, 
İQ- spektroskopiya, skanedici elektron mikroskopu və digər müasir fiziki-kimyəvi tədqiqat üsulları ilə öyrənilmişdir. Sintez olunmuş polimerlərin sorbent, nanokompozitlərin stabilləşdiricisi kimi müvəffəqiyyətlə tətbiq oluna biləcəyi tövsiyə olunmuşdur.

Nanomaterialların sintezi və tətbiq sahələrində:

1. İlk dəfə olaraq, aktiv xassələrə malik nanoquruluşların (superparamaqnit, nəhəng maqnit müqaviməti, fotolüminsensiya, fotovoltaik, fotorezistiv, katalitik və s.) alınma texnologiyasının elmi əsasları işlənilmiş, müxtəlif mühitlərdə bu xassələri saxlamaqla stabilləşdirilmiş, fiziki-kimyəvi xassələri tədqiq edilmiş və onların çeviricilər (sensorlar) texnikasında, təbabətdə, ekoloji problemlərin həllində, neftçıxarmada tətbiq imkanları öyrənilmişdir.

Son illərdə çap olunmuş bəzi elmi əsərlərinin siyahısı:

  1. Non-covalent interaction in the synthesis and design of new compounds. New-York: “Wiley” publisher, 2015, 450 p. Abel M. Maharramov , Kamran T. Mahmudov, Maximilian N. Kopylovich, Armando J. L. Pombeiro
  2. Advanced  Nanocomposites: Types, Properties and Applications. New York: “Nova” publisher, 2013, 334 p. Abel  Maharramov, Mahammadali Ramazanov, Mohammad Reza Saboktakin
  3. Recent advances in bromination of aromatic and heteroaromatic compounds // Synthesis (Reviews and Full Papers in Chemical Synthesis) 2016, 48, p. 615-643. Leonid G. Voskressensky, Nikita E. Golantsov, Abel M. Maharramov
  4. A new approach to ferrocene derived alkenes via cop.er-catalyzed olefi nation // Journal of Organic Chemistry. 2015, p.2072-2078, V.M.Muzalevsky, A.V.Shastin, A.D.Demidovich, N.G.Shikhaliyech, V.N.Khrustalev, R.D.Rakhimov, S.Z.Vatsadze, V.G.Nenajdenko
  5. CoII, NiII and UO2 II complexes with b-diketones and their arylhydrazone derivatives: Synthesis, structure and catalytic activity in Henry reaction // Polyhedron. 2015, 101, p.14–22. Zhen Ma, Manas Sutradhar, Atash V. Gurbanov, Abel M. Maharramov, Rafiga A. Aliyeva, Farqana S. Aliyeva, Fidan N. Bahmanova , Vusala I. Mardanova, Famil M. Chyragov, Kamran T. Mahmudov
  6. Nano-coupling of cephalosporin antibiotics with Fe3O4 nanoparticles: Trojan Horse approach in antimicrobial chemotherapy of infections caused by Klebsiella sp.. // Journal of Biomaterials and Nanobiotechnology. 2015, p.225-235. U.A.Hasanova, M. A. Ramazanov, A. M. Maharramov, Q. M. Eyvazova, Z.A.Agamaliyev, Y.V.Parfyonova, S.F.Hajiyeva, F.V.Hajiyeva, S.B.Veliyeva
  7. Halogen–bonded tris (2,4-bis(trichloromethyl)-1,3,5-triazapentadienato)- M(III) [M=Mn,Fe,Co] complexes and their catalytic in the peroxidative oxidation of 1-phenylethanol to acetophenone // New Journal of Chemistry. 2014, 38, p.4807-4815. A.V. Gurbanov, V.G. Nenajdenko, V.M. Muzalevskiy, K.T.Mahmudov, M.N. Kopylovich, L.Martins
  8. Barbituric acids as a useful tool for the construction of coordination and supramolecular compounds // Coordination Chemistry Reviews. 2014, 265, p.1-37. Mahmudov, Kamran T.; Kopylovich, Maximilian N.; Kurbanova, Malahat M.; Gurbanov, Atash V.; Pombeiro Armando J. L.
  9. Synthesis and supramolecular arrangement of bis(2,4- bis(trichloromethyl)-1,3,5-triazapentadie-nato)-M(II) [M = Ni(II), Cu(II) and Pd(II)] complexes // Journal of Molecular Structure. 2013, vol.1041, p.213-218. N.Q.Shixaliyev, A.V.Gurbanov, N.V.Gurbanova, V.G.Nenajdenko, V.M.Muzalevskiy, K.T.Mahmudov, M.N.Kopylovich
  10. A hexanuclear metalacrown palladium(II) cluster derived from 2-mercaptoethanol // Inorganic Chemistry Communications. 2013, vol.29, p.37-39. K.T.Mahmudov, X.I.Hasanov, A.N.Azizova, K.Q.Ragimov, R.K.Askerov, M.N.Kopylovich, Z M.hen, A.J.L.Pombeiro
  11. Regioselective CAC bond cleavage in arylhydrazones of 4,4,4-trifl uoro- 1-(thiophen-2-yl)butane-1,3-diones // Journal of Molecular Structure. 2013, vol.1050, p.180-184. Reza Solhnejad, F.N.Bahmanova, F.S.Aliyeva, A.V.Kurbanov, R.A.Aliyeva, F.M.Chyragov, K.T.Mahmudov, M.N.Kopylovich
  12. Uranyl complex with phenolate–sulphonate and diphenyldiazenecarbohydrazonate ligands // Inorganic Chemistry Communications. 2013, vol.35, p.13-15. Reza Solhnejad, F.N. Bahmanova, A.V. Kurbanov, R.A. Aliyeva, F.M. Chyragov, G.S. Mahmudova, K.T. Mahmudov, M.N. Kopylovich
  13. Zinc(II)-1,3,5-triazapentadienate complex as effective catalyst in Henry reaction // Catalysis Today. 2013, Vol.217, p.76-79. N.Q. Shixaliyev, A.V. Kurbanov, V.G. Nenajdenko, V.M.Muzalevskiy, K.T. Mahmudov, M.N. Kopylovich
  14. Structure and supramolecular arrangement of bis(2,4- bis(trichlormethyl)-1,3,5-triazapenta-dienato)-M(II)[M=Ni(II), Cu(II) and Pd (II)]complexes / Journal of Molecu;ar Structure. 2013, 1041, p.213-218. Namiq Q.Shixaliyev, Atash V.Gurbanov, Nurana V.Gurbanova, Valentine G.Nenajdenko, Vasily M.Muzalevskiy, Kamran T.Mahmudov, Maximilian N.Kopylovich
  15. New cobalt(II) and nickel (II) complexes of 2-hydroxy-benzyl derivatives of 4-aminoantipyrine // Polyhedron. -44. 2012, p.72-76. Perizad A.Fatullayeva, Ajdar A.Medjidov, Atash V.Gurbanov, Rizvan K.Askerov, Karim Q.Rahimov, Maximilian N.Kopylovich, Kamran T.Mahmudov, Armando J.L.Pomberio
  16. Thermadinamics of dissociation of ortho-hydroxyphenylhydrazo- β-diketones and of their complexation with cop.er (II) in aqueousethanol solutions // Journal of Solution Chemistry. 2012, 41(4), p.44-50. K.T.Mahmudov, Maximilian N.Kopylovich, R.A.Aliyeva I.A.Aliyev, A.A.Azizov, Armando J.L.Pomberio
  17. Synthesis of hydroacridines and 1,8-dioxo octa hydroxanthenes using primary amino alcohols as reagent or catalysis via three-component condensation reactions // Journal of Chemical and Pharmaceutical Research. 2012, 4(2), p.955-965. Shaaban K.Mohamed, A.A.Abdelhamid, A.N.Khalilov, Atash V.Gurbanov, M.A.Allahverdiyev
  18. Synthesis and In-vitrophotodynamic studies of the superparamagnetic chitosan hydrogel/chlorine E6 nanocarriers // Medical Chemistry. 2012, 8, №6. Mohammad Reza Saboktakin, Roya M.Tabatabaie, Fahimeh Satarzade Amini, Mohammad Ali Ramazanov
  19. Composite oligomer constructed from tri- and tetranuclear butyltin (IV) / 25th International conference on organometallic chemistry. Portugal, 2012, PB.258. Kamran T.Mahmudov, Armando J.L.Pombeiro, Malgorzata J.Gajewska, M.Fatima C.Guedes da Silva, Maximilian N.Kopylovich
  20. Structural and electronic characteristics of iron (III) oxide complexes with creka peptide analogs // Journal of Materials Science and Engineering. 2012, B2, p.45-51. Alieva Irada, Ramazanov Mahammadali, Abbasova Gultekin, Nabiev Naqif, Omarova Asmar

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

1998  – Nyu-York Elm­lər Aka­de­mi­ya­sı­nın üz­vü se­çil­miş­dir.

1999  – Yeni Azər­bay­can Par­ti­ya­sı­nın İdarə He­yə­tinin və Siyasi Şurasının üzvü seçilmişdir.

2000-ci il­dən  – “Üzvi kimya” ixtisası üzrə BDU-nun nəz­din­də ya­ra­­dıl­­mış Dok­tor­luq və Na­mi­zəd­lik (fəlsəfə doktoru) Dis­ser­ta­siya Şu­ra­­sı­­nın səd­ri­dir.

2001  – AMEA-nın müx­bir üz­vü se­çil­miş­dir.

2002  – Qara Də­niz Höv­zəsi Öl­kə­ləri Uni­ver­si­tet­ləri As­sosia­si­ya­sı­nın pre­zi­den­ti se­çil­miş­dir.

2004 – Qara Də­niz Höv­zəsi Öl­kə­­ləri Uni­­ver­­si­­tet­­lə­­ri As­so­­sia­­si­­ya­sı­nın vit­se-pre­zi­den­ti se­çil­miş­dir.

2005 – 16 say­lı Ya­sa­mal II seç­ki dai­rə­sin­dən Azərbaycan Respublikası Milli Məclisinin III çağırışı üzrə millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri se­çil­miş­dir.

2007 – AMEA-nın hə­qiqi üz­vü  se­çil­miş­dir.

2007 – АМЕА-nın Kimya elmləri bölməsinin büro üzvü se­çil­miş­dir.

2008 – Azər­bay­can el­min­də is­la­hat­la­rın apa­rıl­ması ilə bağ­lı Döv­lət Ko­mis­si­ya­sı­nın üz­vü tə­yin olun­muş­dur.

2008– Gürcüstanın Kimya Cəmiyyətinin Fəxri üzvü seçilmişdir.

2009 – Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü se­çil­miş­dir.

2010 – Azərbaycan Respublikasının elm, mədəniyyət və ədə­biyyat sahəsində Dövlət Mükafatları Komissiyası­nın üz­vü seçilmişdir.

2010 – 16 say­lı Ya­sa­mal II seç­ki dai­rə­sin­dən Azərbaycan Respublikası Milli Məclisinin IV çağırışı üzrə millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri se­çil­miş­dir.

2012   – Latviya Elmlər Akademiyasının nəzdində olan Beynəlxalq Elmi Şuranın üzvü seçilmişdir.

2013 – Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komis­­siyasının üzvü seçilmişdir.

2013 – “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin üz­vü se­çil­miş­dir.

2013    – Gürcüstan Milli Elmlər Akademiyasının Fəxri həqiqi üzvü se­çil­miş­dir.

2015 -  Avrasiya Universitetlər Asso­sia­siya­sının vitse-prezidenti se­çil­miş­dir.

2016 - Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

 

Pedaqoji fəaliyyəti

1976-cı ildən Bakı Dövlət Universitetində

Təltif və mükafatları

1999  – “Yu­sif Məm­mə­də­li­yev adına me­dal”la təl­tif edil­miş­dir.

2000  – “Əmək­dar elm xa­dimi” fəx­ri adına la­yiq gö­rül­müş­dür.

2000  – Elm və tex­no­lo­giya sa­hə­sin­də sə­mə­rəli fəa­liy­yə­tinə görə İq­ti­sadi Əmək­daş­lıq Təş­ki­la­tı­nın (ECO) “Qı­zıl me­da­l”ına la­yiq gö­rül­müş­dür.

2001 – Türkiyə Respublikasının Qırıqqala Universitetinin Fəxri doktoru adına la­yiq gö­rül­müş­dür.

2002 – “İlin is­la­­hat­­çı rek­toru” no­­mi­na­si­yası üz­rə qa­lib  ol­muş­dur.

2003 – “İlin rek­toru” se­çil­miş­dir.

2004 – “Azərbaycanın  tanınmış alimləri” beynəlxalq müsabiqə­sinin qalibi olmuş, “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif  olunmuşdur.

2004 – Ru­mı­ni­yanın Ko­man­dor də­rə­­cəli ali “Qı­zıl ul­duz” or­deni ilə təl­tif olun­muş­dur.

2005 – İn­gil­tə­rə­nin Kemb­ric Bey­nəl­xalq Bioq­­ra­fiya Mər­kəzi tə­rə­fin­dən “Dün­ya­nın apa­rıcı təh­­sil xa­dimi” se­çil­miş­dir.

2007 – Azərbaycan elminin təbliği və inkişafındakı xidmətlərinə görə “Qızıl buta” mükafatına layiq görülmüşdür.

2007 – “Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə” me­dalı ilə təltif olunmuşdur.

2008 – Rumıniya Respublikasının Ovidius Universitetinin Fəx­ri dok­toru adına la­yiq gö­rül­müş­dür.

2008– “Azərbaycan Ədliyyəsinin 90 illiyi” xatirə medalı ilə təltif olunmuşdur.

2009 – “Ru­si­ya­nın Həm­kar­lar İt­ti­fa­qı­nın 100 il­li­yi”nə həsr olun­muş yu­bi­ley me­dalı ilə təl­tif olun­muş­dur.

2009 – “Şöh­rət” or­deni ilə təl­tif olun­muş­dur.

2009– “Azərbaycan Respublikasının Diplomatik Xidmət orqanlarının 90 illiyi” yubiley medalı ilə təl­tif olun­muş­dur.

2010 – “Avrasiyada əməkdaşlığın daha da möhkəmləndiril­mə­si­nə verdiyi töhfələrə görə” Avrasiya Universitetlər Asso­sia­siya­sının medalı ilə təltif edilmişdir.

2010 – Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Mil­­li Universitetinin Fəxri doktoru adı ve­ril­miş­dir.

2010 – Krım Mühəndis Pedaqoji Universitetinin Fəxri profes­so­ru seçilmişdir.

2010 –  Amerika Bioqrafiya İnstitutu tərəfindən “Qızıl medal”la təltif edilmişdir.

2010  – “ECO-2010” Gənclər Koalisiyasının “Ekologiyanın Dostu” milli mükafatı verilmişdir.

2010  – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.

2011 – Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin “Şərəf və Vicdan” Avropa ordeni ilə təl­tif olun­muş­dur.

2011 – Rumıniyanın Təhsil, Araşdırma, Gənclər və  İdman Nazirliyi tərəfindən Ovidius Universitetinin 50 illik yubileyinə həsr edilmiş diplomla təltif edilmişdir.

2011 – Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universiteti  tərəfindən  “Avrasiyanın fəxri” medalı ilə təltif edilmişdir.

2011 – Avrasiya Universitetlər Asso­sia­siya­sının Fəxri fərmanı ilə təltif olunmuşdur.

2011 – Qanunvericilikdə turizmin inkişafına verdiyi dəstəyə görə “Turizmə dəstək” Gənclər Koalisiyası tərəfindən “Turizm-2011” mükafatı ilə təltif edilmişdir.

2012 – İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) tərəfindən “Elm və Texnologiya sahəsində 2012-ci ilin ISESCO mükafatı”na layiq görülmüşdür.

2012 – Çin XR Mərkəzi Millətlər Universitetinin Azsaylı millətlə­rin dili və ədəbiyyatı İnstitunun Fəxri professoru seçilmişdir.

2012 – Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının diplomu ilə təltif edilmişdir.

2012 – Yaponiyanın Xarici İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.

2013 – Avropa elmi-sənaye palatasının “Qızıl medal”ı və diplomu ilə təltif edilmişdir.

2013 – “Azərbaycan Həmkarlar Konfederasiyasının 20 illiyi” yubiley medalı ilə təltif edilmişdir.

2013– Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə “Zəfər” yüksək idman nailiyyətləri mükafatı ilə təltif olunmuşdur.

2014   – Albaniya Respublikasının Tirana Texniki Universitetinin Fəxri doktoru adı verilmişdir.

2015– M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru adı verilmişdir.

2015 – Rusiya Federasiyası İstintaq Komitəsinin “Dəstəyə görə” medalı və “Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi”nə həsr olunmuş xatirə medalı verilmişdir.

2015 – “Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin inkişafındakı xidmətlərinə görə” diplomu, “Qızıl medal”ı və Beynəlxalq Dostluq Klubunun Fəxri üzvü diplomu verilmişdir.

2015 – Qazaxıstan Respublikasının İdman və Mədəniyyət Nazirliyinin “Qazax xanlığının 550 illik yubileyi”nə həsr olunmuş diplomu ilə təltif olunmuşdur.

2016 - “Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının inkişafındakı müstəsna xidmətlərinə görə” qızıl medal ilə təltif olunmuşdur.

2017-ci ildə “Azərbaycan elminin inkişafındakı böyük roluna, elm və təhsilin inkişafında müstəsna xidmətlərinə görə” Beynəlxalq “Mahmud Kaşqari” mukafatına və medalına layiq görülmüşdür.

2017-ci ildə "Türk dövlətlərinin elmi əməkdaşlığının inkişafında səmərəli xidmətlərinə görə"  Ümumdünya Türk Xalqları Assambleyasının qərarı ilə "Qızıl medal"a layiq görülmüşdür.

2017 – Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə “Aşıq Şəmşir” İctimai Birliyi tərəfindən Dədə Şəmşir diplomu ilə təltif olunmuşdu.