M.Hüseynov adına Arxeologiya və etnoqrafiya muzeyi 1976-cı ildə tələbələrin arxeologiya və etnoqrafiya sahəsində dünyagörüşünü genişləndirmək məqsədilə yaradılıb. Muzeydə Azərbaycanın bütün tarixi inkişaf mərhələləri maddi mədəniyyət nümunələri əsasında öz əksini tapıb.
Muzey 2 hissədən ibarətdir:
Arxeologiya bölməsi: Burada Azıx mağarasından tapılan nadir daş alətlər, zəngin osteoloji (sümuk) materiallar, əkinçilik mədəniyyətinə aid əmək alətləri, qədim gil məmulatı və digər nadir tapıntılar saxlanır. Bundan başqa, muzeydə "Kür-Araz", "Xocalı-Gədəbəy", "Talış-Muğam" mədəniyyətinə, eyni zamanda Qafqaz Albaniyası, antik və orta əsrlərə aid nümunələr vardır. Yerli və xarici alimlər dəfələrlə muzeydə olub və əsaslı şəkildə maddi mədəniyyət nümunələrindən faydalanıblar.
Etnoqrafiya bolməsi: Burada Azərbaycan məişətini, zəngin mədəni irsini əks etdirən maddi mədəniyyət nümunələri nümayiş etdirilir. Bölmədə Azərbaycanlarının məişət və təssərrüfatına, adət-ənənə, mədəniyyət və incəsənətinə aid çoxlu materiallar, Azərbaycan arxeologiyası və etnoqrafiyasının inkşafını əks etdirən xüsusi stendlər mövcuddur. Azərbaycanın Arxeologiya, Etnoqrafiya, Antropologiya, Numizmatika üzrə fənnləri bilavasitə muzeydə tədris olunur. Tələbələrin əyani vəsait kimi istifadə etdikləri muzey fakültəni ziyarət edən yerli və xarici mütəxəssislər tərəfindən maraqla qarşılanır.