Bakı Dövlət Universiteti
Azərbaycan xalqının milli sərvətidir!
Heydər Əliyev


Avrasiya Universitetlər Assosiasiyası (EAU) - http://www.eau-msu.ru/


Avrasiya Universitetlər Assosiasiyası 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin təşəbbüsü ilə SSRİ Universitetlər Assosiasiyası kimi yaradılmış, 1992-ci ildə adı dəyişdirilərək Avrasiya Universitetlər Assosiasiyası adlandırılmışdır.Assosiasiyanın ali rəhbər orqanı Assosiasiya Qurultayıdır. Avrasiya Universitetləri Assosiasiyası “Universitet və cəmiyyət” beynəlxalq elmi-praktiki konfransların təsisçisi və təşkilatçısıdır.  Bakı Dövlət Universiteti 1989-cu ildə Assosiasiyanın sıralarına qoşulmuşdur. Assosiasiyaya 13 ölkədən 139 universitet daxildir.