Tədris-Metodik Şura Bakı Dövlət Universitetində təhsil sahəsində dövlət siyasətinin reallaşdırılması və təhsil prosesi üzrə ümumi metodiki fəaliyyəti həyata keçirən orqandır. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Bakı Dövlət Universitetinin Əsasnaməsini və BDU rektorunun əmr və sərəncamlarını rəhbər tutur. Şuranın vəzifələrinə təhsilin keyfiyyətinin yüksəldilməsində və yeni tədris metodlarının həyata keçirilməsində rektorluğa köməklik göstərmək, BDU üzrə tədris-metodiki işə rəhbərliyi həyata keçirmək və s. daxildir.
Şura müəyyən edilmiş vəzifələrə uyğun olaraq BDU-nun təhsil sahəsindəki fəaliyyətinin yüksəldilməsi üçün Dövlət Təhsil Standartlarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək, fakültə TMŞ-nın fəaliyyətinə nəzarəti həyata keçirmək, illik hesabatları dinləmək, fənn proqramlarının hazırlanması, təminatı və fakültələrarası fəaliyyəti əlaqələndirmək, təlim və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə açıq dərslər təşkil etmək, onun səmərəliliyinə nəzarət, analitik təhlillər və monitorinqlər aparmaq, mütərəqqi forma və metodların, yeni təlim texnologiyalarının tətbiqinə köməklik göstərmək, fakültələrdə Dövlət Təhsil Standartlarının tələbinə uyğun olaraq dərslik, dərs vəsaiti, digər metodiki ədəbiyyatın yazılması və nəşrinə köməklik etmək, tədris vəsaitlərinə qrif vermək və s. kimi çoxsaylı funksiyaları həyata keçirir.
1980-ci illərdə yaradılmış Tədris-Metodik Şuraya 2003-cü ildən akademik Vasif Babazadə rəhbərlik edir. Hal-hazırda Tədris-Metodik Şuranın 17 üzvü fəaliyyət göstərir.

  1. Akademik V.M.Babazadə - sədr
  2. Dosent V.Ə.Qasımov - sədr müavini (Mexanika-riyaziyyat fakültəsi)
  3. Professor R.Q.Tağıyev - elmi katib (Tətbiqi riyaziyyat və kibernetika fakültəsi)
  4. Professor C.Ə.Məmmədli - üzv (Jurnalistika fakültəsi)
  5. Professor L.N.Qasımova - üzv (Sosial elmlər və psixologiya fakültəsi)
  6. Professor M.D.Kazımov - üzv (Şərqşünaslıq fakültəsi)
  7. Professor S.E.Məmmədov - üzv (Kimya fakültəsi)
  8. Professor Z.M.Məmmədov -  üzv (Biologiya fakültəsi)
  9. Professor M.Ə.Məmmədov - üzv (Filologiya fakültəsi)
  10. Professor M.N.Əliyev - üzv (Hüquq fakültəsi)
  11. Dosent A.Q.Hüseynli - üzv (Ekologiya və torpaqşünaslıq fakültəsi)
  12. Dosent Ə.L.Məmmədov - üzv (Geologiya fakültəsi)
  13. Dosent H.B.Soltanova - üzv (Coğrafiya fakültəsi)
  14. Dosent M.Q. Abdullayev - üzv (Tarix fakültəsi)
  15. Dosent F.F.Babayev - üzv (Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi)
  16. Dosent R.Ş.Rəhimov - üzv (Fizika fakültəsi)
  17. Dosent K.İ.Aslan - üzv (Kitabxanaçılıq və informasiya fakültəsi)