Bakalavr pilləsi üzrə qəbul sentyabr ayının 1-dən 15-dək davam edir. Əcnəbi vətəndaşlar Bakı Dövlət Universitetinin hazırlıq kursunu (təhsil müddəti 1 il) bitirib təhsil haqqında müvafiq dövlət sənədi aldıqdan sonra Universitetin bakalavr pilləsinə qəbul edilir. Bakalavr pilləsində təhsil müddəti əyani şöbədə təhsil alanlar üçün 4 il, qiyabi şöbədə təhsil alanlar üçün isə 5 ildir.

Bakı Dövlət Universitetinin  bakalavr pilləsinə qəbul olunmaq üçün əcnəbi tələbələr tərəfindən təqdim olunan sənədlərin siyahısı

1. Orta təhsili bitirmək haqqında sənədin notariusda təsdiq edilmiş surəti – 1 ədəd
2. Pasportun Azərbaycan dilinə tərcümə edilmiş və notariusda təsdiq edilmiş surəti – 2 ədəd
3. 3X4 ölçüdə fotoşəkil – 8 ədəd
4. Tibbi arayış
5. QİÇS infeksiyasına yoluxmadığına  dair arayış
6. Tərcümeyi – hal (CV)
7. BDU-nun rektorunun adına ərizə
8. ÖSYM sənədi (türk tələbələri üçün)
9. Hazırlıq şöbəsini bitirməsinə haqqında şəhadətnamə

Humanitar yönümlü hazırlıq şöbəsini bitirdikdən sonra xarici vətəndaş şəhadətnaməsini uyğun ixtisas üzrə təhsil almaq üçün təqdim etməlidir.

Sənədlərini təqdim etdikdən sonra tələbə ixtisasına uyğun fakültəyə qəbul olunmuş sayılır

Bakalavr pilləsində təhsil müddəti: 4 il

Təhsil haqqı seçdiyi fakültədən asılıdır.

Təhsil müddətini başa vuran və imtahanlarını müvəffəqiyyətlə verən tələbə bakalavr pilləsini bitirməsinə dair diplom alır.