Bakı Dövlət Universiteti
Azərbaycan xalqının milli sərvətidir!
Heydər Əliyev

Bizim Universitetimizə xoş gəlmisiniz!
Bizim Universiteti seçməklə siz gələcəkdə sərbəst düşüncəli, geniş dünyagörüşlü və ən əsası, dərin intellektli mükəmməl şəxsiyyət olacağınıza əmin ola bilərsiniz. Əgər siz yaxşı tədqiqatçı-mütəxəssis kimi tanınmaq istəyirsinizsə, bu istiqamətdə sizə ən dəyərli yardımçı Universitetimizi tövsiyə edirik. Universitetimizin əsas məqsədi sizdə elmə, təhsilə böyük maraq oyatmaq, cəmiyyət üçün gərəkli şəxsiyyətə çevirmək, sizin daxili potensialınızı açmaq, özünüzün “kim olduğunuzu” kəşf etməyə yardımçı olmaqdır. Siz yüksək səviyyəli təhsil almaqla bərabər, böyük tarixi və şərəfli ənənələri olan universitetimizdə geniş informasiya dünyası və xoş əhval-ruhiyyəli auditoriya ilə əhatə olunacaqsınız. Ümid edirəm ki, burada siz özünüzü doğma məkanda hiss edəcəksiniz!
Uğurlar olsun!



BDU-nun rektoru
akademik Abel MƏHƏRRƏMOV