BAKI DÖVLƏT UNİVERSİRTETİNİN MİSSİYA VƏ STRATEJİ İNKİŞAF PLANI

(Bakı Dövlət Universitetinin 2014-2020-ci illər üzrə

Missiya və Strateji inkişaf planı BDU Elmi Şurasının 21 may 2014-cü il tarixli genişləndirilmiş iclasında müzakirə edilərək 4 saylı protokolla təsdiq edilmişdir)


Universitetin missiyası:

Bakı Dövlət Universitetinin misssiyası dünya standartlarına uyğun çoxprofilli fasiləsiz təhsil və elmi tədqiqatlar sahəsində fundamental biliklərə, innovativ tədqiqat vərdişlərinə yiyələnmiş, beynəlxalq və milli əmək bazarında rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksək ixtisaslı pedaqoji, mühəndis-texniki və elmi mütəxəssislərin hazırlanmasından ibarətdir.

 

Gələcəyə baxış:

- Regionda liderliyi saxlamaq;

- Fundamental təhsilin mövcud modelinin təkmilləşdirilməsinə nail olmaq və onu qoruyub saxlamaq;

- İnnovativ ali təhsil müəssisəsi modelini yaratmaq;

- Dünyanın 100-top universitetləri sırasında yer almaq.


Strateji fəaliyyət:

Bakı Dövlət Universiteti təhsilə insanın, cəmiyyətin və dövlətin maraqları çərçivəsində şəxsiyyətin hərtərəfli inkişafı üçün ölkənin elmi, inzibati və təsərrüfat müəssisələri ilə qarşılıqlı əlaqədə universitet tərəfindən həyata keçirilən vahid proses kimi baxır, təhsilin yüksək keyfiyyətini ali təhsil müəssisəsinin fəaliyyətinin ən vacib prioritetlərindən biri hesab edir və keyfiyyət siyasətinin formalaşmasını universitetin strateji idarəedilməsi əsaslarından biri kimi təklif edir.

Klassik universitet kimi idarəetmədə müasir innovativ yanaşmalara əsaslanaraq, universitet rəhbərliyi universitetin inkişafının proqram məsələlərinin reallaşması məqsədilə strateji tərəfdaşların və investorların (həmçinin beynəlxalq) cəlb edilməsində maraqlıdır. Təhsilin elm və istehsalatla qarşılıqlı əlaqəsi ali təhsil müəssisəsinin regionda və bütün sahələrdə təhsil, elm və mədəniyyət mərkəzi kimi yeni imicini yaradacaqdır.

BDU-nun uğuru milli və beynəlxalq reytinqlərdə iştirakı ilə təsdiq olunur. Beynəlxalq reytinq agentliklərinin məlumatlarına əsasən, BDU dünya top universitetləri sırasına daxildir (https://www.topuniversities.com/university-rankings/world-university-rankings/2019, http://roundranking.com/ranking/world-university-rankings.html#world-2018, http: // www. webometrics. info/en/Europe/ Azerbaijan)

Bakı Dövlət Universitetinin strateji fəaliyyəti aşağıdakı istiqamətlər üzrə reallaşır:

- BDU-nun regionda ən böyük elm və təhsil mərkəzi kimi davamlı inkişafı;

- Dünya standartlarına uyğun olaraq təhsil və innovativ elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi;

- Dünyada əldə edilmiş ən yüksək təhsil keyfiyyətinə diqqət;

- Təhsilinin mahiyyətinin modernləşdirilməsi;

- Universitetin akademik, elmi və yaradıcılıq potensialının inkişafı;

- Universitetin idarəedilməsi effektivliyinin daha da artırılması;

- Universitetin maliyyə imkanlarının artırılması üçün yeni daxili və xarici layihələrin hazırlanması, istehsal sahələrilə inteqrasiyanın intensivliyinin artırılması;

- Təhsilin distant texnologiyalarının işlənməsi və tətbiqi;

- İnteqrasiya proseslərinin gücləndirilməsi məqsədilə müəllimlərin, doktorantların, magistrantların və tələbələrin akademik mobilliyinin yüksəldilməsi;

- Bakalavriatura, magistratura və doktorantura səviyyələrində ikili diplomların verilməsi üzrə proqramların işlənməsi və həyata keçirilməsi;

- “Ömür boyu təhsil” konsepsiyasının reallaşdırılması, tədrisin fasiləsizliyinin təmin edilməsi, əlavə təhsil, kadrların yenidənhazırlanması, məhdud imkanlı şəxslər üçün təhsilə dəstəyin gücləndirilməsi (inklüziv təhsil);

- BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində innovativ mühitin inkişaf etdirilməsi yolu ilə istedadlı uşaqların inkişafında universitetinin rolunun artırılması;

- Regionlarda innovativ təhsil mühitinin yaradılması proqramlarında BDU filiallarının (məs., Qazax filialı) köməyilə iştirak;

- Beynəlxalq və regional ali təhsil müəssisələri ilə akademik əlaqələrin genişləndirilməsi.


BDU-nun elm və təhsil siyasətinin əsas məqsədləri:

Elm, təhsil, iqtisadi və sosial proseslərin generatoru kimi fundamental təhsil modelini qoruyub saxlamaqla BDU siyasətinin əsas məqsədi aşağıdakılardır:

- Təhsil prosesinin, ibtidai, axtarış və tətbiqi elmi tədqiqatların dünya elminin müasir nailiyyətlərinə əsaslandığı innovativ ali təhsil müəssisəsinin yeni modelinin yaradılmasından;

- Beynəlxalq standartlar və şəxsiyyətin, cəmiyyətin və dövlətin perspektiv tələbatları əsasında təhsilin yüksək səviyyəsinin təmin edilməsindən;

- Avropa və dünya tendensiyalarına uyğun qabaqcıl texnologiya və nailiyyətlər səviyyəsində peşəkar sahələrin funksiyalaşdırılması və inkişafını təmin edə bilən dünya ixtisas tələbləri səviyyəsində mütəxəssislərin, elmi və elmi-pedaqoji, mühəndis-texniki rəqabətədavamlı kadrların hazırlıq və yenidənhazırlanmasından;

- Ölkənin layiqli vətəndaşı olan şəxslərin hazırlanmasından;

- İdarəetmə və menecment sisteminin mükəmməlləşdirilməsindən.

BDU-nun təhsil və elm sahəsində keyfiyyət siyasəti universitetin strategiyasının ayrılmaz tərkib hissəsidir və onun təhsil fəaliyyətinin planlaşdırılması üçün əsasdır.


BDU-nun təhsil və elmin keyfiyyəti sahəsində vəzifələri, bu məqsədə nail olmaqdır:

- Təhsil proqramlarının strukturunu və məzmununu təkmilləşdirmək;

- biliklərə əsaslanan cəmiyyətin ehtiyaclarının kadr təminatının hazırlanması üçün yeni sahələri açmaq, mütəxəssislərin elit və kütləvi formalarının inkişaf etdirilməsi;

- institutların, doktorantura və regional bölüşdürülmüş universitet strukturularının inkişafı da daxil olmaqla fasiləsiz və çoxsəviyyəli təhsil sisteminin inkişafı;

- İnnovasiya infrastrukturunun genişləndirilməsi, bilik və texnologiyaların köçürülməsi sahəsində kadr hazırlığı;

- Multidissiplinar, dissiplinlərarası fundamental və tətbiqi elmi tədqiqatların məzun hazırlığının yüksək keyfiyyətinə əsaslanan inkişafı;

- Bütün səviyyələrdə keyfiyyətli universitet təhsili üçün təməl olaraq aparıcı elmi və pedaqoji məktəblərin dəstəklənməsi və hərtərəfli inkişafı;

- Azərbaycan Milli Elmlər Akademiyası, əlaqədar dövlət qurumları və digər idarələrlə əməkdaşlığı genişləndirmək və gücləndirmək;

- Böyük işəgötürənlərlə qarşılıqlı əlaqələrin genişləndirilməsi, onların təhsil prosesinin tərkibinin və formalarının müəyyənləşdirilməsində iştirakı və təhsil fəaliyyətinin maddi-texniki dəstəyi;

- Müasir elmi və təhsil avadanlıqlarının alınması və əlaqədar infrastrukturun inkişafı vasitəsilə təhsil prosesinin maddi-texniki bazasının gücləndirilməsi;

- Liseydə şagirdlərin müstəqilliyinin və liderlik keyfiyyətlərinin inkişafı, biliklərin daim yeniləşdirilməsi, yüksək mədəni, sosial cəhətdən aktiv və harmonik inkişaf etmiş şəxsiyyətin formalaşdırılması;

- Dünya təhsilinin inkişaf tendensiyalarını və Bolonya prosesinin təcrübəsini nəzərə alaraq, kollektivdə keyfiyyət mədəniyyətinin formalaşdırılmasına, təhsilin yüksək keyfiyyətinə zəmanət verən  müasir idarəetmə sisteminin inkişafı.


Qoyulmuş vəzifələri həll edərək universitet:

- Təhsilin keyfiyyəti meyarlarını nəzərə alaraq tədris prosesini təşkil edir, təhsilin keyfiyyətinə dair təhsil və digər normativ sənədləri hazırlayır və təkmilləşdirir;

- Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ali Təhsil Müəssisələri Cəmiyyəti tərəfindən yaradılan ali təhsilin keyfiyyətli idarəetmə şəbəkələrində iştirak edir. Təhsilin keyfiyyətinin idarə edilməsi problemləri ilə bağlı elmi və metodik görüşlər keçirir;

- Yeni təhsil texnologiyalarının istifadəsi üçün maddi şəraiti təmin edir;

- Təhsil prosesini həyata keçirən akademik institutlar, işəgötürənlər və şöbələrlə birbaşa və əks əlaqə təmin etmək mexanizmlərini yaradır;

- BDU-nun məzunlarının elm, təhsil, məşğulluq sahəsində ekspert-analitik fəaliyyətini aparır. Təhsilin keyfiyyətinin davamlı monitorinqini həyata keçirir;

- Bölgədəki elmi müəssisələri və işəgötürənləri praktiki əsaslar təmin etmək, universitetin laboratoriya və nümayiş mərkəzlərini maddi təchizatını təmin etmək, tədris proqramları və proqramların hazırlanması da daxil olmaqla şöbələrin filiallarının yaradılmasına, tədris prosesində iştiraka cəlb edir;

- Tələbələri sistemli şəkildə elmi və praktik fəaliyyətə cəlb edir. Tələbələrin təşkilatçı kimi praktik hazırlıq formalarını inkişaf etdirir, gənc liderlərin tərbiyəsi sistemini təşkil edir. Tələbələrin yaradıcılıq potensialının aşkarlanması üçün şərait yaradır, onların şəxsiyyətlərinin özünü təsdiqinə kömək edir;

- Təhsilin keyfiyyətinin ekspert qiymətləndirilməsi və monitorinqini təmin edən təşkilati strukturları, o cümlədən  BDU-nun Keyfiyyət üzrə Metodik Şurasını, Beynəlxalq Elm və Təhsilin İnteqrasiyası şöbəsini, Təhsilin Keyfiyyəti Departamentini, fakültələrin Metodiki Komissiyaları və s.yaradır və inkişaf etdirir;

- Təhsilin keyfiyyəti məsələləri üzrə tədrisi təşkil edir, əməkdaşların elmi və pedaqoji ixtisaslarının artırılması sistemini təkmilləşdirir. Təhsilin keyfiyyətinin yüksəlməsində universitet əməkdaşlarının marağını stimullaşdıran şərait yaradır. Təhsilin keyfiyyətində əməkdaşların vəzifə və səlahiyyətlərinin tənzimləməsini təqdim edir;

- Ali rəhbərliyin, struktur yarımşöbələrinin vəzifə və səlahiyyətləri dəqiq müəyyənləşdirilir, əməkdaşların vəzifələri qanunvericilik çərçivəsində nizamlanır;

- Regional, milli və beynəlxalq əmək bazarının inkişaf perspektivlərinə uyğun olaraq işəgötürənlərin tələblərinə uyğun dəyişikliklərə vaxtında cavab verən hərtərəfli strateji və əməliyyat planlaşdırma sistemini yaradır;

- Müəllimlər və əməkdaşlar üçün innovativ motivasiya sistemi tətbiq edir;

- Dekan və kafedra müdirlərinın, professor-müəllim heyətinin və elmi işçilərin fəaliyyətinin effektivlik göstəricilərini hazırlayır;

- Obyektivliyi və aşkarlığı təmin etmək, ictimaiyyətlə ünsiyyəti gücləndirilmək məqsədilə İctimai Müşahidə Şurasını cəlb edir.


Vəzifələri:

- Tədris prosesində innovativ tədris metodlarından və yeni elmi nailiyyətlərdən istifadə etmək;

- Tələbələrin sərbəst iş effektliyinin artırılmasına xidmət etmək, təhsilin bütün mərhələlərində tələbələrin biliklərinin mənimsəmələrinə nəzarətin təkmilləşdirilmək;

- Boloniya prinsipləri əsasında müəllim, tələbə, magistrant və doktorantların akademik mobilliyinin artırılması üçün beynəlxalq mübadilə imkanlarından daha geniş istifadə etmək;

- Universitet, respublika və beynəlxalq layihələrdə, eləcə də olimpiada və müsabiqə proqramlarında iştirak etmək yolu ilə gəncləri elmi-pedaqoji fəaliyyətə cəlb etmək;

- BDU-da xarici mütəxəssislərin təcrübəsindən geniş istifadə etmək;

- Bakalavriat və magistrantların daha effektiv şəkildə seçilməsinin forma və metodlarının  təkmilləşdirilməsi istiqamətində təkliflər verilməsində iştirak etmək;

- Aparılan elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması praktikasından geniş və effektli şəkildə istifadə etməklə universitetin dinamik inkişafının və maliyyə imkanlarının artırılmasını təmin etmək;

- Tədris, elmi və təşkilati fəaliyyət proseslərində hesablama texnikası, informasiya texnologiyaları vasitələrindən geniş istifadə etmək;

- Doktorant və dissertantların dissertasiya işləri üzərində ikili rəhbərlik prinsiplərini dəstəkləmək.