Liseydə təlim-tərbiyə prosesini inkişaf etdirmək sahəsində BDU-nun rəhbərliyinin, müvafiq kafedraların professor-müəllim heyətinin diqqət və qayğısını xüsusi qeyd etmək lazımdır. BDU-nun professor-müəllim heyəti üzvləri müxtəlif vaxtlarda liseydə nümunəvi dərslər keçirlər. Nüfuzlu ali məktəb müəllimlərinin keçdikləri nümunəvi dərslər şagirdlərimizin yaradıcı təfəkkürü və müstəqilliyinin inkişafinda xüsusi əhəmiyyət kəsb edir. BDU-nun müvafiq kafedralarının müəllimləri mütəmadi olaraq müəllimlərimizin dərslərində olmuş, onlara elmi-metodiki məsləhətlər vermiş, XI sinif şagirdlərinin bilik səviyyələrinin yoxlanmasında iştirak etmişlər.
Liseyin elmə daha çox həvəsi olan şagirdlərindən 33 nəfəri onların meyil və maraqları nəzərə alınmaqla, müxtəlif fənlər üzrə BDU-nun professor-müəllim heyətinə təhkim olunmuşdur. Şagirdlərimizim siyasi, ekoloji, vətənpərvərlik, hüquqi və estetik tərbiyəsinin formalaşdırılması məqsədilə keçirilən tədbirlərdə BDU-nun müəllimləri yaxından iştirak edirlər. BDU-nu tələbələri də liseylə sıx əlaqə saxlayırlar, müvafiq fakültələrin tələbələri pedaqoji təcrübəni liseydə keçirlər.
Bir qayda olaraq, pedaqoji təcrüblər başa çatdıqdan sonra BDU-nun müvafiq fakültə dekanları və kafedra müdirlərinin, pedaqoji təsrübə rəhbərlərinin, metodistlərin və lisey müəllimlərinin iştirakı ilə yekun konfransı keçirilir, pedqoji təcrübənin nəticələri təhlil olunur. Qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə 28.12.2007-ci il tarixdə “XXI əsr Beynəlxalq təhsil və innovasiya mərkəzi” və 14.05.2008-ci il tarixdə “Bağça-məktəb-lisey” kompleksi ilə BDU arasında əməkdaşlıq barədə müqavilə imzalanmışdır. Qeyd olunan təhsil müəssisələri ilə şagirdlərin biliyinin, dünyagörüşünün artmasına kömək edən bir sıra tədbirlər keçirilir.
30.03.2016-cı il tarixdə Türkiyənin Adana vilayətinin Ceyhan rayonundakı Heydər Əliyev adına məslək liseyi ilə “Gənc istedadlar” liseyi arasında əməkdaşlıq barədə sazış imzalanmışdır. Sazış liseylər arasında dostluq və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə səy göstərərək hər iki tədris müəssisəsinin təhsil sahəsində əlaqələrinin inkişafı və möhkəmləndirilməsini nəzərdə tutur.