ASPİRANTURA, DİSSERTANTURA

Ümumi məlumat

Magistr təhsil pilləsini bitirdikdən sonra, məzunlar təhsillərini əyani və ya qiyabi formada aspirantura və ya dissertantura yolu ilə davam etdirə bilərlər. Təhsil müddəti əyani aspiranturada üç, qiyabi aspiranturada dörd, dissertanturada isə beş ildir. Hər üç təhsil növü ödənişsiz və ödənişli əsaslarla həyata keçirilir.

Universitetdə magistratura pilləsində göstərilmiş istiqamətlər (ixtisaslar) üzrə aspirantura fəaliyyət göstərir və mütəxəssislər hazırlanır.

Aspiranturaya qəbul olmaq istəyənlər üçün

Aspiranturaya qəbul olmaq istəyənlər ixtisas, fəlsəfə və xarici dil (ingilis, alman, fransız dilləri) fənlərindən imtahan verməlidirlər. Aspiranturaya qəbulda yüksək göstəricisi (fərqlənmə diplomu, elmi əsərləri, iş stajı və s.) olanlara üstünlük verilir.

Elmlər namizədi alimlik dərəcəsi almaq üçün tədqiqatçı xarici dildən, informatikadan və ixtisas fənnindən namizədlik minimumu imtahanları verməlidir.

Qiyabi aspirant və dissertantlar fənlərə sərbəst şəkildə hazırlaşırlar.

Tədqiqatçılar dissertasiya yazmaqla bərabər, ildə iki dəfə yaz (aprel-may) və payız (noyabr-dekabr) sessiyalarında namizədlik minimumu imtahanı verə bilərlər. İxtisas fənnindən isə müdafiədən əvvəl imtahan qəbul edilir. Minimum imtahanlarının nəticəsi rektorun imzası ilə vəsiqə şəklində tədqiqatçıya təqdim edilir.

Tədqiqatçı bütün minimum imtahanları verib, yazdığı elmi əsəri dissertasiya şəklində tamamladıqdan və onun mühüm hissələrini elmi jurnallarda çap etdirdikdən sonra, əvvəlcə kafedrada, sonra dissertasiya şurasının nəzdindəki seminarda müzakirə edib, dissertasiya şurasında müdafiə edir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona elmlər namizədi alimlik dərəcəsi verilir.

Elmlər namizədi alimlik dərəcəsi olan şəxslər elmlər doktoru elmi adı almaq üçün üç il əyani və ya qiyabi yolla doktorant ola bilər. Elmi işinin 50-60% hazır olan hər bir tədqiqatçı Təhsil Nazirliyinin icazəsi, BDU Elmi Şurasının qərarı ilə doktoranturaya qəbul ola bilər. Doktorluq dissertasiyasını tamamlayıb, müvəffəqiyyətlə Dissertasiya Şurasında müdafiə etmiş tədqiqatçıya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə elmlər doktoru alimlik dərəcəsi verilir.

ƏSAS ELMİ-TƏDQİQAT İSTİQAMƏTLƏRİ

1. Qeyri-üzvi və üzvi kimyanın müasir problemləri
2. Mürəkkəb yarımkeçirici və metallik fazaların termodinamiki və kimyəvi göstəricilərin analizi
3. Mühüm üzvi maddələrin sintezi və analizi
4. Polimerlərin sintezi, aromatik karbohidrogenlərin alkilləşmə reaksiyası
5. Kompüter şəbəkələrində tətbiqi proseslərin qarşılıqlı əlaqəsinin nəzəri və praktik məsələləri
6. Diferensial operatorların spektral təhlilinin düz və tərs məsələləri
7. Operator diferensial tənliklər və onlarla bağlı spektral məsələlər
8. Riyazi fizika məsələlərinin təqribi həll üsulları və onların yığılma məsələləri
9. Adi diferensial tənliklər spektral nəzəriyyəsi
10. Xətti və qeyri-xətti xüsusi törəməli diferensial tənliklər üçün sərhəd məsələlərinin öyrənilməsi
11. Qeyri-xətti sistemlərin optimal identifikasiyası
12. Diskret dinamik sistemlər və ardıcıllıq maşınlarının nəzəriyyəsi
13. Diskret optimallaşdırma və optimal idarəetmə
14. Tətbiqi-funksional analizin modelləri
15. Kütləvi xidmət sistemləri, ehtiyatların idarəolunma nəzəriyyəsi, təsadüfi proseslər, təsadüfi dolaşma nəzəriyyəsi, reqresiya məsələləri, statistik modelləşdirmə və statistik analiz
16. Kompüter şəbəkələrində tətbiqi proseslərin qarşılıqlı əlaqəsinin nəzəri və praktik məsələləri
17. Bərk cisimlər fizikası və bərk cisim elektronikası
18. Qaz və aşağı temperaturlu plazma elektronikası
19. I, III, VI qrup elementləri əsasında mürəkkəb yarımkeçiricilərin alınması və fiziki xassələrinin tədqiqi
20. Makromolekul sistemlərin fizikası
21. Metal və metal-yarımkeçirici birləşmələrin istilikkeçirmə xassələri və səth hadisələri
22. Polimer-su sistemlərində strukturlaşmanın və digər fiziki-kimyəvi xassələrin tədqiqi
23. Maddənin quruluşunun kvant sahə nəzəryyəsi ilə tədqiqi
24. Yüksək enerjilərdə elementar zərrəciklərin və nüvələrin struktur və polyarizasiya xarakteristkalarının fundamental qarşılıqlı təsir proseslərində tədqiqi
25. Çoxelektronlu məsələlərin həlli üçün kvant mexaniki və hesablama metodlarının inkişaf etdirilməsi
26. Kvant elektronikası üçün maddələrin tədqiqi
27. Lazer şüasının mühitdə qarşılıqlı təsiri
28. Günəş, ulduz və dumanlıqların tədqiqi
29. Xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsi və onların müxtəlif fiziki məsələlərə tətbiqi
30. Azərbaycanın bitki örtüyü və ona antropogen amillərin təsiri
31. Abşeron yarımadasında zeytun bitkisinin mikobotası
32. Azərbaycanın müxtəlif quru və su onurğasızlarının faunası, biologiya və ekologiyası
33. Azərbaycanda onurğalı heyvanların keyfiyyət və kəmiyyət göstəriciləri, coğrafi yayılması və iqtisadi əhəmiyyəti
34. Azərbaycanın müxtəlif su və quru onurğasızlarının fauna, biologiya və ekologiyası
35. Duzluluq şəraitində bitkilərin metabolizminin xüsusiyyətləri
36. Şoranlıq şəraitində bitkinin metabolizminin xüsusiyyətləri
37. Heyvanlarda ontogenezin müxtəlif mərhələlərində intero və eksteroreseptiv qıcıqlandırıcıların şəkər mübadiləsində rolu
38. Mikroorqanizmlərin fiziologiyası və biokimyası
39. Neftlə çirklənmiş torpağın rekultivasiyası
40. Bitkilərdə eksperimental mutagenez, Azərbaycan əhalisində qan qohumluğu ilə müşayiət olunan irsi xəstəliklər
41. Meyvələrin yetişməsinin və qocalmasının biokimyəvi tənzimlənməsi
42. Bitkilərdə biokimyəvi lüminesensiyanın molekulyar mexanizmləri
43. Ultrabənövşəyi şüaların ali bitkilərin plazmatik membranında «Binar cavab» reaksiyalara təsir mexanizmi
44. Azərbaycanın maqmatik və filiz formasiyalarının tədqiqi
45. Neftli-qazlı vilayətlərdə çat tipli yataqların öyrənilməsi
46. Azərbaycanın yeraltı sularının kompleks tədqiqi
47. Azərbaycanın mezokaynazoy çöküntülərinin stratiqrafiyası və faunası
48. Azərbaycanın filiz yataqlarının mineralogiyası və geokimyası
49. Ümumi geodinamik proseslər çərçivəsində Azərbaycan seysmoaktiv zonalarının geoloji-geofizik xüsusiyyətləri
50. Geofizik tədqiqatlarla yer qabığının dərinlik quruluşunun öyrənlməsi, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı (Azərbaycan)
51. Təbiətdə kimyəvi elementlərin yayılma qanunauyğunluqları
52. Yer ehtiyatlarının aerokosmik tədqiqatları
53. Üzvi maddələrin əmələ gəlməsi, onların təbiətdə çevrilməsi qanunauyğunluqları
54. Azərbaycanın qızıl səpinti yataqlarının əmələ gəlməsinin və yerləşməsinin əsas qanunauyğunluqları
55. Azərbaycanın, Qafqazın geomorfologiyası və neotektonikası
56. Dağlıq ölkə landşaftlarının inkişafı və diferensiasiyası qanunauyğunluqları
57. Azərbaycan sənayesinin mühüm sahələrinin formalaşması və inkişafı
58. Azərbaycanla qonşuluqda yerləşən ölkələrin iqtisadi coğrafi problemləri
59. Xəzərin və sahil zonasının istifadəsinin iqtisadi coğrafi və ekoloji problemləri
60. Beynəlxalq ümumi hüquq
61. Beynəlxalq xüsusi hüquq
62. Diplomatiya və konsulluq hüququ
63. Xarici ölkələrin dövlət hüququnun aktual problemləri
64. Qərbi Avropa və şərq dillərinin aktual nəzəri və praktik problemləri
65. Beynəlxalq münasibətlərin aktual problemlərinin tədqiqi
66. Azərbaycan Respublikası xarici siyasətinin müxtəlif aspektləri
67. Beynəlxalq informasiya problemləri
68. Beynəlxalq iqtisadi münasibətlər
69. Gömrük sistemində idarəçiliyin aktual problemləri
70. Azərbaycan iqtsadyyatının dünya iqtisadiyyatı ilə inteqrasiya məsələləri
71. Dövlət və hüquq nəzəriyyəsi və tarixi
72. Konstitusiya hüququ: bələdiyyə hüququ
73. Mülki hüquq: ailə hüququ, mülki prosesual hüquq; sahibkarlıq hüququ; beynəlxalq xüsusi hüquq
74. Əmək hüququ; sosial təminat hüququ
75. Təbii ehtiyatlar; aqrar hüquq; ekologiya hüququ
76. Cinayət hüququ və kriminalogiya; cəza icra hüququ
77. Cinayət prosesi; kriminalistika və məhkəmə ekspertizası; əməliyyat-axtarış hüququnun əsasları
78. İnzibati hüquq; maliyyə hüququ; informasya hüququ
79. İdrak nəzəriyyəsi və elmin metodologiyası
80. Şəxsiyyətin formalaşmasının qnoseoloji və sosial problemləri
81. Ümumi və tətbiqi sosiologiya problemləri
82. Tələblərin idrak fəaliyyətinin strukturunda etnik-mədəni amillərin yeri
83. Azərbaycan ədəbiyyatından etnopsixoloji ideyalar
84. Hüquq psixologiyası problemləri
85. Azərbaycanda müasir sosial-siyasi proseslər
86. Azərbaycanın sosial-siyasi təlimlər tarixi və müasirlik
87. Gender və tətbiqi psixologiya problemləri
88. Azərbaycanda bazar münasibətlərinin qərarlaşması və inkişaf problemləri
89. Dialektika və idrak nəzəriyyəsi problemləri
90. Humanitar elmlərin fəlsəfi problemləri
91. Şərq fəlsəfəsi problemləri
92. Azərbaycanın fəlsəfi fikir tarixinin tədqiqi
93. Qərb və Şərq fəlsəfəsi tarixinin aktual problemləri
94. Mədəniyyətşünaslıq və dinşünaslıq problemləri
95. Ümumpedaqoji məsələlər
96. Azərbaycanın pedaqoji fikir tarixi
97. Məktəb və ali məktəb pedaqogikası
98. Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığının aktual problemləri
99. Qafqaz xalqları tarixinin mənbəşünaslığı və tarixşünaslığının aktual problemləri
100. Tarixin tədrisi metodikasının aktual problemləri
101. Türk xalqlarının tarixi (qədim dövrdən müasir dövrə qədər)
102. Qafqaz tarixi (qədim dövrdən müasir dövrə qədər)
103. Avropa və Amerika ölkələrinni yeni tarixi
104. Avropa və Amerika ölkələrinni müasir tarixi
105. Beynəlxalq münasibətlərin tarixi (yeni və müasir tarixi)
106. Azərbaycanlıların və dünya xalqlarının maddi və mənəvi mədəniyyət tarixi
107. Tarixin arxeoloji qazıntılar əsasında öyrənilməsi
108. İbtidai icma tarixinin aktual problemləri
109. Azərbaycanın maddi-mədəniyyət tarixi
110. Qədim və orta əsrlərdə slavyan ölkələrində cərəyan edən hadisələrin tədqiqi
111. Kapitalizm və müasir dövrlər üzrə problem və məsələlərin araşdırılması, eləcə də onların tədqiqi
112. Yeni və ən yeni dövrdə Yaxın və Orta Şərq ölkələrinin siyasi, sosial, iqtisadi və mədəni problemləri
113. Yeni və ən yeni dövrdə Asiya və Afrika ölkələrinin siyasi və iqtisadi problemləri
114. Azərbaycanın epik abidələri tarixi mənbə kimi
115. Azərbaycanın orta əsr tarixi üzrə farsdilli qaynaqlar
116. Azərbaycanın yeni və müasir tarixi problemlərinin tədqiqi
117. Azərbaycan Respublikasının müstəqilliyi şəraitində əhaliyə kitabxana xidmətinin təşkili
118. Azərbaycanda biblioqrafik fəaliyyət: inkişafı, müasir vəziyyəti və perspektivləri
119. Müasir dövrdə Azərbaycanda kitabxana fondlarının sənəd-informasiya təminatı və kataloqlaşdırmanın avtomatlaşdırılması
120. Kitabşünaslığın, kitab tarixi, nəşriyyat işi və redaktəetmənin aktual problemləri
121. Müasir Azərbaycan jurnalistikasının sənətkarlıq problemləri
122. Televiziya və radiojurnalistika XXI əsrdə: meyllər, perspektivlər
123. Azərbaycan jurnalistikası tarixinin aktual problemləri
124. Şərq dilləri və ədəbiyyatının problemləri
125. Ərəb, fars, türk və ingilis dillərinin aktual məsələləri
126. Filologiyanın məsələləri
127. Dilşünaslığın problemləri