Bakı Dövlət Universiteti
Azərbaycan xalqının milli sərvətidir!
Heydər Əliyev

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini əsasən aşağıdakı istiqamətlər üzrə inkişaf etdirir:

1. Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq;
2. Beynəlxalq təhsil proqramlarında BDU-nun iştirakı;
3. Beynəlxalq elm-təhsil qurumları ilə əməkdaşlıq
4. Universitetlərin Beynəlxalq Assosiasiyalarında BDU-nun iştirakı;
5. Xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə əməkdaşlıq;
6. Nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq;
7. Azərbaycan dili və ədəbiyyatının xarici ölkələrdə təbliği və yayılması;
8. BDU-nun professor-müəllim heyətinin xarici elmi tədris ocaqlarında fəaliyyəti, tələbə magistrant və aspirantların xarici ölkə universitetlərində təhsil alması;
9. Əcnəbi vətəndaşların BDU-da təhsili;

Bununla əlaqədar BDU-da rektorluq tərəfindən beynəlxalq əlaqələr xəttində çalışan əməkdaşlar qarşısında universitetimizin xarici əlaqələrinin fəlsəfəsini və ideologiyasını müəyyən edən bir neçə vəzifə qoyulmuşdur, o cümlədən:

1. Universitetimizin nüfuzunun avroatlantik elm və təhsil məkanında artırılması;
2. Müxtəlif nüfuzlu universitet assosiasiyalarına qəbul olunmaq və orada həlledici mövqe tutmaq;
3. Avropa elm və təhsil məkanında gedən inteqrasiya proseslərini müşayiət etmək və onlara məqsədyönlü qatılmaq;
4. Avropa Birliyinin və dünyanın aparıcı dövlətlərinin elm və təhsil sahəsində ayrılmış qrantlarının əldə etmək və müxtəlif beynəlxalq proqramların iştirakçısı olmaq;
5. Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq;
Universitetimizdə təhsil alan əcnəbi tələbələrin sayını artırmaq və diplomlarımızın tanınması istiqamətində həlledici addımlar atmaq.

Tədricən, bu proqramları həyata keçirərək, Bakı Dövlət Universiteti beynəlxalq əlaqələri inkişaf etdirir.
Hazırda Bakı Dövlət Universiteti dünyanın 50-dən artıq aparıcı universiteti ilə ikitərəfli əməkdaşlıq edir:
Rusiyanın Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu, Sankt-Peterburq Dövlət Universiteti, Rusiya Dövlət Humanitar, Həştərxan Dövlət Universiteti, Universiteti Türkiyənin Ankara Universiteti, Gazi Universiteti, Fırat Universiteti, Süleyman Dəmirəl Universiteti, Gebze Yüksək Universiteti, İstanbul Aydın Universiteti, Yıldız Texnik Universiteti, Bilkənd Universiteti, Rumıniyanın Avidos Universiteti, Buxarest Universiteti; Almaniyanın Azad Berlin Universiteti, Bon Universiteti, ABŞ-ın Minnesota Dulut Universiteti, İndiana Universiteti, Cekson Dövlət Universiteti Fransanın Sarbona Universiteti III, İnalko Universiteti, Qrenobol Universiteti; Varşava Universiteti, Tiflis Dövlət Universiteti, Belorussiya Dövlət Universiteti, Afina Milli Kapodistrian Universiteti, Dotentsk Dövlət Universiteti, Koreyanın Sanlin Universitet, Pay-Çay Universiteti, Albaniyanın Epoka Universiteti və digər universitetlərlə əməkdaşlıq müqavilələri əsasında namizədlik və doktorluq dissertasiyalarına birgə rəhbərlik, tədris təcrübəsinin, birgə elmi konfrans və simpoziumların təşkili, tələbə və müəllim mübadiləsi, elmi informasiya mübadiləsi, elmi kitabxanalar arasında əməkdaşlıq həyata keçirilir. Moskva Dövlət Universitetinin coğrafiya və biologiya fakültələrinin tələbələri müntəzəm olaraq 2 həftədən bir ay müddətinə qədər Azərbaycan Hirkan Milli Parkının və Qızıl-Ağac qoruğunun ərazisində tədris təcrübəsini keçirlər.
2008-ci ildə Bakı Dövlət Universiteti ilə adları aşağıda qeyd olunan xarici ölkə ali məktəbləri arasında əməkdaşlıq müqavilələri imzalanmışdır.

1. Qahirə Universiteti (Misir)
2. Gunma Universiteti (Yaponiya)
3. Vinicki Dövlət Texniki Universiteti (Ukrayna)
4. Sarbonna III Universiteti (Fransa)
5. Montpellier Universiteti (Fransa)
6. Pay-Çay Universitet (Koreya)
7. Varşava Universiteti (Polşa)
8. İstanbul Aydın Universiteti (Türkiyə Respublikası)
9. Yıldız Texniki Universiteti (Türkiyə Respublikası)

Bu müqavilələr çərçivəsində aşağıdakı istiqamətlər üzrə işlər aparılmışdır:
Yaponiya Fondunun dəstəyi ilə yapon dilini tədris etmək üçün Yaponiyadan Bakı Dövlət Universitetinə mütəxəssislər dəvət olunmuşdur. Bununla yanaşı, Yaponiyanın səfiri ilə tələbələrin görüşü keçirilmiş, yapon dili və ədəbiyyatına dair yeni kitablar Universitetimizə təqdim olunmuşdur.
Yaponiyanın GUNMA Universitetindən BDU-ya mütəxəssislər təşrif buyurmuş, Universitet ilə yaxından tanış olmuş və gələcək layihələr üzrə müzakirələr aparmışlar.
BDU-ya Yaponiyada təhsil almaq üçün təqaüd proqramları təklif olunmuş və Universitetin üç tələbəsi imtahan verib göstərilən proqram üzrə oxumağa göndərilmişdir. Kafedra müəllimi və laborantı Yaponiyada müvafiq olaraq yarım illik və bir aylıq staj proqramı keçmişlər. Hal hazırda Universitet tələbələri üçün Yapon dili kursunun açılması üçün işlər görülür. Kursun yerli və yapon müəllimlərin iştirakı ilə həftədə 2 dəfə aparılması nəzərdə tutulur.
2008-ci ilin sentyabr ayında Bakı Dövlət Universiteti və Florensiya Universitetləri arasında razılaşma imzalandı. Bu razılaşma hər iki universitetə təhsil və mədəniyyət sahəsində elmi tədqiqat işləri aparmağa imkan verir.
İlkin olaraq hər iki universitetin Psixologiya sahəsi üzrə əməkdaşlığı nəzərdə tutulur. Əməkdaşlıqda Bakı Dövlət Universitetini rektor, akademik Abel Məhərrəmov, Florensiya Universitetini isə professor Auqusto Marinelli təmsil edir.
2009 –cu ilin yeni tədris ilindən Hüquq fakültəsinin nəzdində Beynəlxalq insan hüququ üzrə magistr kursunun açılması gözlənilir. Proqramda nəzərdə tutulan bütün dərslər ingilis dilində tədris olunacaq. Dərslər Amerika Birləşmiş Ştatları və Avropa Universitetlərini bitirmiş Azərbaycan Müəllimləri tərəfindən aparılacaq. Kursun Tədris planı Kıprıs Universitetinin professoru Leonard Hammer və Ali Təhsilə Dəstək Proqramının müəllimləri tərəfindən hazırlanmışdır.
Açıq Cəmiyyət İnstitutun Ali Təhsilə Dəstək Proqramı yerli, regional və qlobal səviyyədə akademik şəbəkələrin yaradılmasına yardım göstərmək, Mərkəzi və Şərqi Avropada, həmçinin Avrasiyada ali təhsil müəssisələrində həyata keçirilən islahatlara yardım etmək məqsədi ilə yaradılmışdır. Regionlarda seçilmiş universitetlərin kafedralarında, fakültələrində Yenilik və islahatların həyata keçirilməsinə yardım göstərir.
Həmin kafedralarda dərs deyən gənc və perspektivli müəllimlərin saxlanılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin edir.
Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək Proqramı Bakı Dövlət Universiteti ilə artıq 4 ildir ki əməkdaşlıq edir. Universitetin Beynəlxalq Münasibətlər, Beynəlxalq Hüquq, Sosial İş və İqtisadi Kibernetika kafedraları ilə əməkdaşlıq edir. Adları çəkilmiş kafedralarda xarici ölkələrin aparıcı universitetlərində təhsil almış və beynəlxalq standartlara uyğun dərs təşkil və tədris edən müəllimlər bu proqram çərçivəsində çalışırlar. Bu müəllimlər hər il müsabiqə vasitəsi ilə seçilir və dərslə təmin olunurlar.
Eyni zamanda, adları çəkilmiş istiqamətlər üzrə müxtəlif xarici universitetlərdən dörd nəfər professor davamlı şəkildə tədris proqramının təşkili və tədrisi üzrə təlimlər təşkil edirlər.
2008-ci ilin oktyabr ayında rus mədəniyyətinin və tarixinin daha da dərindən öyrənilməsi, rus dili və ədəbiyyatının tədris planının təkmilləşdirmək məqsədilə, Bakı Dövlət Universitetində “Russkiy Mir” fondunun maliyyə dəstəyi ilə BDU-nun “Russkiy Mir” mərkəzi yaradılmışdır. Mərkəz rus dili və ədəbiyyatı, Rusiya tarixi, mədəniyyəti sahəsində müasir kitablar, internet resursları və texniki avadanlıqlar ilə təchiz edilmişdir. Russkiy Mir mərkəzinin açılışında BDU-nun rektoru akademik Abel Məhərrəmov, Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov, Russkiy Mir fondunun rəhbəri, Rusiya Federasiyasının “Politika” fondunun prezidenti Vyaçeslav Nikonov iştirak etmişlər.
Koreyanın Pay-Çay Universiteti ilə imzalanmış müqavilədə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində Koreya dilinin tədrisinin inkişafı, NANO-tenxnologiyalar üzrə əməkdaşlığın qurulması və gələcəkdə tələbə mübadiləsinin təşkil olunması kimi məsələlər qeyd olunmuşdur. Bu müqavilə əsasında Koreyanın KADO şirkətinin maliyyə dəstəyi ilə rəqəmsal imkanların istifadə olunması məqsədilə Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya Mərkəzi yaradılmışdır.

Bakı Dövlət Universitetinin həyata keçirdiyi beynəlxalq əməkdaşlıq layihələri

1. “Azərbaycan – Koreya informasiya təminatı mərkəzi ”-nin yaradılması Rəqəmsal İmkanların Yayılması üzrə Koreya agentliyi, (KADO)
2. Yapon dili və Ədəbiyyatının inkişafına dəstək proqramı, Yapon Fondu
3. Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək proqramı, Sorus Fondu
4. “Ekoloji monitorinq üzrə elmi tədris laboratoriyalarının yaradılması” layihəsi ABŞ-ın Mülki Tədqiqat və İnkişaf Fondu (CRDF)
5. “Tədris planlarının və tədrisin keyfiyyətinin qiymətləndirilməsi üzrə mərkəzin yaradılması” layihəsi, Avropa komissiyasının “Tempus” proqramı
6. “Polimer matrisdə formalaşdırılmış alkogenik yarımkeçirici nanohissəciklərdə ion mübadiləsi və diffuziya prosessləri” layihəsi−Ukrayna Elm və Texnologiyalar Mərkəzi
7. “Ftoroplastın zərərsizləşdirilməsi beynəlxalq terrorizmlə mübarizə vasitəsi kimi” layihəsi, Ukrayna Elm və Texnologiya Mərkəzi
8. “Yeni növ foton tipli cihazların yaradılması üçün kolloid-maye kristal kompozitlərin optiki xassələrinin tədqiqi” layihəsi, Ukrayna Elm və Texnologiya Mərkəzi
9. “Təhsil sektorunun inkişafı” layihəsi, Dünya bankı
10. “Kiçik Qafqazın qızıl yataqları ,onların geoloji-genetik modellərinin tərtibi proqnozlaşdırılma meyarı kimi” layihəsi, CRDF
11. “Kiçik Qafqazın vulkana-plutonik komplekslərindəki mis filizi yataqları: onların genezisi və axtarış amilləri” layihəsi, İNTAS fondu , 6-cı çərçivə proqramı
12. “Dünya Bankı vasitəsilə Riyaziyyat üzrə Milli Kurrikulumun hazırlanması” layihəsi, Dünya bankı
13. Funksional fəzalar və onların xüsusi törəməli diferensial tənliklərə tətbiqləri” layihəsi, İNTAS fondu

Bu layihələr çərçivəsində BDU-da yeni laboratoriyalar açılmış müasir avadanlıqlar alınmış və universitetin müəllim və tələbələri müxtəlif təlim kurslarında iştirak etmişlər.
2008-ci il ərzində müxtəlif ölkə rəhbəri, parlament sədrləri, nazirlər, xarici dövlət və qeyri dövlət təşkilatlarının sədrləri BDU-da olmuşlar.
Belə ki 2008-ci ilin yanvar ayında Koreyanın Təhsil naziri və Baş nazirin müavini Kim Şinil ölkəmizə etdiyi səfər çərçivəsində BDU ziyarət etmiş və universitetin
BDU-nun professor-müəllim heyətinin xarici elmi təhsil ocaqlarında fəaliyyəti, tələbə, magistrant və aspirantların xarici ölkə universitetlərində təhsil alması, BDU-da təhsil alan xarici vətəndaşlar.
Hesabat ilində universitetin professor müəllim heyətinin nümayəndələri dünyanın onlarla ölkəsində ən nüfuzlu universitetlərdə mühazirələr oxumuş və seminarlar aparmışlar. 2008-ci ildə BDU-nun 6 əməkdaşı xarici ölkə universitetlərində çalışmışdır. Bu əməkdaşlar müqavilə əsasında Türkiyə Respublikasının müxtəlif şəhərlərində yerləşən universitetlərdə seminarlar aparmış və mühazirələr oxumuşlar.

1. Eynullayev Arif Vahab oğlu - Kimya fakültəsinin dosenti, “Qeyri-üzvi materialşünaslıq” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, Türkiyə Respublikasının Van şəhərində Yüzüncü İl Universitetində çalışır.
2. Pənahov Əkbər Zeynalabdin oğlu Fizika fakültəsinin “Optika və molekulyar fizika” kafedrasının dosenti, Türkiyə Respublikasının Van Yüzüncü İl Universitetində çalışır.
3. Əhmədov Ramazan Sirac oğlu Şərqşünaslıq fakültəsi “Türk filologiyası” kafedrasının dosenti, Türkiyə Respublikasının Kavkaz Universitetində çalışır.
4. Yaqubov Qabil Yavər oğlu Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Optimallaşdırma və idarəetmə” kafedrasının dosenti, Türkiyə Respublikasının Osmanqazi Universitetində çalışır.
5. Əliyeva Tamilla Sadatxan qızı Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasının dosenti, Türkiyə Respublikasının Ozmanqazi Universitetində işləyir.
6. Ağayeva Çərkəz Arif qızı Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının baş müəllimi, Türkiyə Respublikasının Yaşar Universitetində işləyir.

Son bir il ərzində BDU-nun 30 tələbə və magistrantı dünyanın müxtəlif ölkələrinin tədris ocaqlarında təhsillərini davam etdirmiş və staj keçmişlər. Bu əsasən aşağıdakı xətlərlə həyata keçirilmişdir:

1. Xarici ölkə universitetlərinin ayırdığı qrantlar hesabına
2. Universitetimizin beynəlxalq təhsil proqramlarında iştirakı ilə əlaqədar.
3. Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq çərçivəsində
4. Müxtəlif elm və təhsil fondları tərəfindən keçirilən müsabiqələr nəticəsində.
5. Xaricdə Təhsil üzrə Dövlət Proqramı əsasında

Əcnəbi vətəndaşların BDU-da təhsili.

2008 2009-cu tədris ilində BDU-da 12 ölkədən (Türkiyə, Çin, İran, Almaniya, Misir, Qazaxıstan, İsrail, Belorusiya, Gürcüstan, Rusiya Federasiyası Ukrayna və sairə) 1249 nəfər əcnəbi vətəndaş təhsil alır, onlardan:
922 nəfər bakalavr pilləsi üzrə (əyani və qiyabi, 892 müqavilə 30 dövlət hesabına);
60 nəfər magistrant (əyani və qiyabi, 58 müqavilə 2 dövlət hesabına)
259 nəfər aspirant (əyani və qiyabi, 253 müqavilə ilə, 6 –dövlət hesabına);
3 nəfər doktorant (əyani və qiyabi, 3 müqavilə)
5 nəfər dissertant (əyani və qiyabi, 4 müqavilə, 1 dövlət hesabına).
Məlumdur ki, istənilən universitetin nüfuzunun artmasında bu universitetdə təhsil alan əcnəbi vətəndaşların sayı mühüm əhəmiyyət kəsb edir.
Bununla bağlı BDU-nun rektoru akad. A.M. Məhərrəmov və Beynəlxalq əlaqələr üzrə prorektor prof. N.A. Paşayeva xarici dövlətlərin təhsil qurumlarının yüksək rütbəli məmurları ilə danışıqlar aparmışlar, xarici ölkələrdə keçirilən elm və təhsil üzrə sərgilərdə iştirakımız təmin olunmuşdur, İnternet vasitəsilə Universitetimizin tarixi, tədris prosesinin məzmunu, Universitetdə təhsilin keyfiyyəti və digər məlumatlar yayımlanmışdır. Aparılan işlərin nəticəsində 2007 2008-ci tədris ilində əcnəbi tələbələrin sayı və təmsil etdikləri ölkələr artmışdır.
Beləliklə, Bakı Dövlət Universiteti Avropa elm və təhsil məkanında tanınır və nüfuzlu Universitet kimi qəbul edilir. Bu məkanda elə bir proqram, yaxud inteqrasiya prosesi yoxdur ki, onlarda Universitetimiz hər hansı bir dərəcədə iştirak etməsin.
Bakı Dövlət Universiteti qloballaşan dünyada elm və təhsil sahəsində müşahidə edilən prosesləri izləyir, onlarda iştirak etmək üçün mənəvi haqqa və hüquqi imkanlara malikdir, eyni zamanda Universitetimizin bu sahədə müəyyən edilmiş strategiyası mövcuddur.