26 fevral 1993-cü il tarixində İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (QİƏTPA-http://www.pabsec.org/) təsis edilmişdir. Hazırda QİƏTPA (http://www.bsec-organization.org/) 12 üzv ölkəni Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova Respublikası, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə və Ukraynanı təmsil edən 76 millət vəkilindən ibarətdir.

QİƏTPA parlamentlərarası məşvərətçi orqan olduğundan, Assambleya aşağıdakı məqsədləri həyata keçirmək üçün milli parlamentlərin səylərini birləşdirir:

- Qara Dəniz İqtisadi Əməkdaşlığın ideallarının və məqsədlərinin xalqlar tərəfindən anlaşılmasının və qəbulunun təmin edilməsi;

- üzv ölkələr arasında iqtisadi, kommersiya, sosial, mədəni və siyasi əməkdaşlıq üçün hüquqi bazanın təmin edilməsi;

- dövlət, hökumət başçıları, və ya xarici işlər nazirlərinin qərarlarının həyata keçirilməsi üçün zəruri qanunvericiliyin qəbul edilməsi;

- parlament demokratiyasının gücləndirilməsi üçün milli parlamentlərə yardımın göstərilməsi;

- digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın təşviq edilməsi.

QİƏTPA 2013-cü ildə keçiriləcək 20 illik yubileyi ilə əlaqədar olaraq Qara Dəniz Universitetləri Şəbəkəsi (BSUN – www.bsun.org) ilə birgə “Qara Dəniz Regionu 20 il ərzində” mövzusunda tələbələr üçün esse müsabiqəsini təşkil edir. Müsabiqənin məqsədi regionun gələcək mədəni, siyasi və iqtisadi inkişafının görmələrinin formalaşması üçün 12 QİƏT üzv ölkələrinin tələbələrinin cəlb edilməsidir. Onlar regional təhsil layihəsində iştirak etmək şansını əldə edəcəklər və gələcək üçün öz fikirlərini, arzularını və gözləntilərini ifadə edəcəklər.

Ərizələrin son qəbul tarixi 1 dekabr 2012-ci ildir. Ərizələrin verilməsi ilə bağlı ətraflı məlumatı Qara Dəniz Universitetləri Şəbəkəsinin internet səhifəsində tapa bilərsiniz: www.bsun.org/QDİƏPA_Essay_Competition.

Ərizələr hər bir Üzv ölkənin milli komitəsi tərəfindən 1 mart 2013-cü il tarixində seçiləcək. Qaliblər (hər üzv ölkədən 1 qalib) may-iyun 2013-cü il tarixində 41-ci Baş Assambleya çərçivəsində təşkil olunacaq QİƏTPA-nın zirvə toplantısına dəvət olunacaq və diplomla təltif olunacaqlar.  Bütün xərclər (yol, qalma, gündəlik) QİƏTPA tərəfindən ödəniləcəkdir. 12 qaliblərin esseləri QİƏTPA-nın 20 illiyinə həsr olunmuş xüsusi kitabda və “Letters from the Black Sea” (BSUN) Beynəlxalq Jurnalda çap olunacaq.

Prof. Eden Mamut

Baş Katib

Qara Dəniz Universitetləri Şəbəkəsi

BLACK SEA UNIVERSITIES NETWORK

INTERNATIONAL PERMANENT SECRETARIAT

Address: 124, Mamaia Avenue, 900527 Constanta, ROMANIA

Phone / Fax: +40 241 614 983

Mobile: +40 748 142 615

E-mail: bsun@univ-ovidius.ro

Web: http://www.bsun.org