2008 2009-cu tədris ilində BDU-da 12 ölkədən (Türkiyə, Çin, İran, Almaniya, Misir, Qazaxıstan, İsrail, Belorusiya, Gürcüstan, Rusiya Federasiyası Ukrayna və sairə) 1249 nəfər əcnəbi vətəndaş təhsil alır, onlardan:
922 nəfər bakalavr pilləsi üzrə (əyani və qiyabi, 892 müqavilə 30 dövlət hesabına);
60 nəfər magistrant (əyani və qiyabi, 58 müqavilə 2 dövlət hesabına)
259 nəfər aspirant (əyani və qiyabi, 253 müqavilə ilə, 6 –dövlət hesabına);
3 nəfər doktorant (əyani və qiyabi, 3 müqavilə)
5 nəfər dissertant (əyani və qiyabi, 4 müqavilə, 1 dövlət hesabına).
Məlumdur ki, istənilən universitetin nüfuzunun artmasında bu universitetdə təhsil alan əcnəbi vətəndaşların sayı mühüm əhəmiyyət kəsb edir.
Bununla bağlı BDU-nun rektoru akad. A.M. Məhərrəmov və Beynəlxalq əlaqələr üzrə prorektor prof. N.A. Paşayeva xarici dövlətlərin təhsil qurumlarının yüksək rütbəli məmurları ilə danışıqlar aparmışlar, xarici ölkələrdə keçirilən elm və təhsil üzrə sərgilərdə iştirakımız təmin olunmuşdur, İnternet vasitəsilə Universitetimizin tarixi, tədris prosesinin məzmunu, Universitetdə təhsilin keyfiyyəti və digər məlumatlar yayımlanmışdır. Aparılan işlərin nəticəsində 2007 2008-ci tədris ilində əcnəbi tələbələrin sayı və təmsil etdikləri ölkələr artmışdır.
Beləliklə, Bakı Dövlət Universiteti Avropa elm və təhsil məkanında tanınır və nüfuzlu Universitet kimi qəbul edilir. Bu məkanda elə bir proqram, yaxud inteqrasiya prosesi yoxdur ki, onlarda Universitetimiz hər hansı bir dərəcədə iştirak etməsin.
Bakı Dövlət Universiteti qloballaşan dünyada elm və təhsil sahəsində müşahidə edilən prosesləri izləyir, onlarda iştirak etmək üçün mənəvi haqqa və hüquqi imkanlara malikdir, eyni zamanda Universitetimizin bu sahədə müəyyən edilmiş strategiyası mövcuddur.

Əlaqəli səhifələr