S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
1 09.06.2021 14:00 5401.01-“İqtisadi coğrafiya”
“Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasının doktorantı Məmmədova İlahə Yunus qızı

Gəncə-Qazax iqtisadi rayonunda turizmin inkişaf perspektivləri Onlayn – Microsoft Teams

Xülasə: Gəncə-Qazax iqtisadi rayonunda turizmin sənayesinin müasir vəziyyəti, inkişaf istiqamətləri, bu sahədə mövcud olan problemlər, bölgəyə gələn turistlərin dinamikası, məqsədləri təhlil olunur, əsas perspektiv sahəhələri məruzədə öz əksini tapacaqdır. Eyni zamanda iqtisadi rayonda istirahət-əyləncə, sağlamlıq, ekoloji, kənd turizm və digər turizm növlərinin inkişafı üçün seçilən ərazilərin müəyyənləşdirilməsi, müqayisəli təhlili verilir.

Məruzədə Gəncə-Qazax bölgəsində turizm rəqabət imkanları, perspektiv turizm növləri və inkişaf istiqamətləri təhlil ediləcəkdir.

 

S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
2
23.06.2021 11:00 5408.01- Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası  və geokimyası “Fiziki coğrafiya” kafedrasının müəllimi və dissertantı –Sədullayev Rəşad
Böyük Qafqazın şimal-şərq yamacı landşaft komponentlərinin CİS əsasında təhlili

Onlayn – Microsoft Teams

Xülasə: Landşaft komponentlərinin CİS əsasında təhlilinə kosmik şəkillərin deşifrlənməsi əsasında yeni informasiya və nəticələrin əldə edilməsi aiddir. Buraya landşaftların hidroloji elementlərinin deşifrələnməsi, lito-geoloji və torpaq örtüyünün CİS vasitəsilə tədqiqini aid etmək olar. Bitki örtüyünün deşifrələnməsi zamanı isə NDVİ metodu daha effektli hesab edilir.

 

S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
3
23.06.2021 14:00 Bakı Dövlət Universiteti
(nəzərdə tutulmuşdur, rektoratla razılaşdırılacaq)

1. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri- dosent İlqar Orucov
2. Alman Süni İntellekt Tədqiqat Mərkəzinin mühəndisi, Saarland Universitetinin müəllimi-PhD Nicat Mehdi
3. Toronto Universitetinin müəllimi- PhD Cavid Musayev
4. Coğrafiya fakültəsinin doktorantı- Nərmin Əmikişiyeva
5. Moderator- Mətanət Musayeva

Mövzu: Azərbaycanda Magistratura və Doktorantura səviyyəsində təhsilin keyfiyyəti

Onlayn – Microsoft Teams

Xülasə: Azərbaycanda Magistratura və Doktorantura səviyyəsində təhsilin keyfiyyəti haqqında müzakirələr aparılacaq. Avropada və Amerikada magistratura və doktorantura səviyyəsində təhsil Azərbaycanla müqayisəli təhlil olunacaq. Gələcək perspektivlər araşdırılacaq və tövsiyələr veriləcək.