Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında“ 2021-ci il 5 yanvar tarixli 2408 nömrəli Sərəncam imzalanmışdır.
Sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyinin 29.03.2021 tarixli F-114 nömrəli Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransının keçirilməsi barədə əmri və konfransın əsasnaməsi ali təhsil müəssisələrinə göndərilmişdir. Əmrin 1-ci bəndində konfransın 2021-ci il 23-24 noyabr tarixlərində Azərbaycan Texniki Universitetində keçirilməsi və konfransın dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilməsi qeyd olunmuşdur.
Konfransın Elanını və iştirak etmək şərtlərini diqqətinizə təqdim edirik.
ELAN
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
2021-ci il noyabrın 23-24 də
Azərbaycan Texniki Universitetində
Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika
elmi konfransını keçirir.
Konfransın istiqamətləri:
- Təbiət elmləri (bölmələr: riyaziyyat, fizika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər);
- Texnika elmləri (bölmələr: texniki qurğular və texnologiyalar, kompyuter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat);
- Sosial-humanitar elmlər və iqtisadiyyat (bölmələr: sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);
Məruzə tezislərinin tərtib olunma qaydaları
- Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılir, A4 formatlıstandart (210x297 mm) ağ kağızda çap olunur;
- Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;
- Mətnin əvvəlində məruzənin adı, onun altında doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı, onun altında isə ali təhsil müəssisəsinin adı yazılır.
Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir:
- Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
- İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
- Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir.
- İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir
(Məsələn, 2, cəh.222).
Məruzə tezisinin sonunda onun yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində) xülasə və açar sözlər (hər üç dildə) verilır.
Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1 mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin) iclas protokolundan çıxarış əlavə olunur.
Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir.
Yuxarıda sadalanan uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilmir. Bu halda məruzə və əlavə olunan sənədlər geri qaytarılmır.
Məruzə tezisləri tələb olunan sənədlərlə birlikdə Elmi Fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin - Elmi-tədqiqatların təşkili və təhlili şöbəsinə təqdim olunmalıdır (Səkinə Mansurova - Tel: 5105977).
Tezislər elm-innovasiyalar@bsu.edu.az e-mail ünvanına göndərməlidirlər (Mövzu (Subject) bəndində tezisin hansı bölməyə təqdim olunduğu qeyd olunmalıdır, məsələn: tarix bolməsinə və s).
Məruzə tezislərinin qəbul olunması üçün son tarix 25 iyun 2021-ci il.
Elmi Fəaliyyətin təşkili və innovasiyalar
Mərkəzi