ELMİ-TƏDQİQATLARIN TƏŞKİLİ VƏ TƏHLİLİ ŞÖBƏSİ
Şöbə Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyinin əmr, sərəncam və təlimatlarını, Bakı Dövlət Universitetinin Nizamnaməsini, Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarlarını rəhbər tutaraq fəaliyyət göstərir.
Şöbənin vəzifələri
- BDU-nun struktur bölmələri (Fakültələr, kafedralar, Mərkəzin şöbələri, ETİ, ETM, ETL) ilə davamlı qarşılıqlı əlaqə əsasında BDU-da elmi fəaliyyətini planlaşdırmaq, monitorinqini və təhlilini aparmaq;
- BDU-nun elmi-tədqiqat fəaliyyətinə dair hesabat sənədlərini hazırlamaq;
- BDU-da fəaliyyət göstərən Dissertasiya Şuralarında müdafiə olunmuş dissertasiya işləri, çap olunmuş monoqrafiyalar, dərslik və dərs vəsaitləri, metodik vəsait və göstərişlər, məqalə, konfrans materialı və tezislər barədə statistik məlumatlar hazırlamaq;
- Mühüm əhəmiyyətə malik tətbiqi xarakterli elmi işlər və onların səmərəliliyi haqqında məlumatlar hazırlamaq;
- BDU-nun elmi fəaliyyətilə bağlı məsələlərin həllində və sənədlərin hazırlanmasında universitetin digər struktur bölmələrinə kömək etmək;
- BDU-nun elmi və innovativ fəaliyyətinin prioritet sahələrinin müəyyənləşdirilməsi və struktur bölmələrin inkişafına kömək etmək;
- Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və AMEA-ya BDU-nun elmi fəaliyyəti və tədqiqat işlərinin nəticələri barədə hesabat və lazımi məlumatları vaxtında vermək;
- Mərkəzin direktoruna BDU-nun struktur bölmələri üzrə (Fakültələr, kafedralar, ETİ, ETM, ETL) elmi fəaliyyətin planları və nəticələri barədə hesabat vermək.