ELMİ-TƏŞKİLATİ ŞÖBƏ

Şöbə Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyinin əmr, sərəncam və təlimatlarını, Bakı Dövlət Universitetinin Nizamnaməsini, Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarlarını rəhbər tutaraq fəaliyyət göstərir.


Şöbənin vəzifələri:

  • Tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmalarına, tələbələrin inkişaf dinamikasına nəzarət etmək;
  • BDU-nun Tələbə Elmi Cəmiyyəti (TEC) və Gənc Alimlər Şurasının (GAŞ) fəaliyətini müəyyənləşdirmək;
  • BDU-nun ictimai elmi birliklərinin işini əlaqələndirmək;
  • Elmi tədbirlərin planlaşdırılmasında metodiki yardım göstərmək və elmi tədbirlərə nəzarət etmək;
  • Elmi tədbirlərin keçirilməsi üzrə təşkilati məsələlərə nəzarət etmək;
  • BDU-nun elmi-tədqiqat fəaliyyətinin elektron kommunikasiya vasitələri ilə təbliğ edilməsi üçün müvafiq struktur bölmələri ilə və müvafiq təşkilatlarla qarşılıqlı əlaqə yaratmaq;
  • BDU-da elmi ədəbiyyatın və elmi jurnalların çapına nəzarət etmək;
  • BDU əməkdaşlarının Scopus, Web of Science və s. kimi verilənlər bazasında indekslənmiş elmi jurnallarda nəşr fəaliyyətinin artmasını dəstəkləmək;
  • BDU-nun əməkdaşlarına və tələbələrinə elmi mobilliklə əlaqəli məsələlərin həllində köməklik göstərmək.