Hafiz Mircəlal oğlu Paşayev 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil almışdır. Prof.H.M.Paşayev AMEA-nın Fizika institutunun Metal fizikası laboratoriyasının rəhbəri olmuş və 1993-cü ildə Azərbaycanın Amerika Birləşmiş Ştatlarında ilk səfiri təyin edilmişdir. O, 2007-ci ildə Azərbaycan Xarici Işlər Nazirinin müavini və həmin nazirliyin nəzdində olan Diplomatiya Akademiyasının rektoru təyin edilmişdir.