Bakı Dövlət Universitetində Hüquqşünaslar fəaliyyət gğstərir. Universitet rektorunun kurasiyasında olan qurumun əsas vəzifəsi aşağıdakılardır:

-Universitetdə qanunçuluğun gözlənilməsini və onun hüquqi maraqlarının müdafiəsinin təmini;

-Qanunçuluğun tələblərinə uyğun olaraq müəssisədə hazırlanan əmr, təlimat, əsasnamə layihələrinə nəzarət etmək;

-Zəruri hallarda qeyd edilən sənədlərin hazırlanmasında iştirak etmək;

-Universitetdə əmək intizamını möhkəmləndirmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsində iştirak etmək;

-Əmrlərin və diğər normativ aktların tətbiqi işinə dair məsləhətlər vermək;

-İctimai təşkilatlara köməklik göstərmək;

-Huquqi bilikləri təbliğ etmək.

Universitetin Baş hüquqşünası Tofiq Sadıxov, hüquqşünası isə Tamilla Çələbiyevadır.