S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
1 |
12.04.2021 | 15:00 | Dövlət hüququ |
Hüseynov Əliyar Qasımova Aysel Cəfərov Sahil Bayramova Pərvanə Cəfərov Nicat |
Dissertasiya işlərinin mövzuları | Onlayn – Microsoft Teams |
Xülasə: Demokratik cəmiyyətdə əhaliyə daha yaxın olan, cəmiyyət və dövlət arasında əlaqələndirici rol oynayan, konkret ərazidə xalq hakimiyyətinin reallaşması formasını təşkil edən yerli özünüidarə mühüm rola malikdir. Müasir dövrümüzdə yerli özünüidarəetmə demokratik dövlətin, vətəndaş cəmiyyətinin əsas elementlərindən biri sayılır. Konstitusiya quruluşunun əsas elmentlərindən biri sayılan bu institut hal-hazırda Respublikamızda da mövcuddur. 1991-ci ildə müstəqil olan Azərbaycan Respublikasında idarəetmə sahəsində bir sıra islahatlar aparılmış və bunun nəticələrindən biri olaraq da Azərbaycan Respublikasında da yerli özünüidarəetmə sistemi yaradılmışdır. 1995-ci ildə 12 noyabr tarixində qəbul edilən Konstitusiyada yerli özünüidarəetmənin konstitusiya quruluşunun elementlərindən biri kimi təsbit olunması yenicə müstəqil olan Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğunda atılmış ən mühüm addımlardan biri olmuşdur. Azərbaycanda yerli özünüidarəetmə sisteminin yaradılması üçün çoxlu sayda qanunvericilik aktları qəbul edilmiş, bu sahadə digər dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıqlar aparılmışdır. Yerli özünüidarəetmə sahəsində atılmış addımlar onun inkişafına təkan vermiş, qısa müddət ərzində onun fəaliyyətinin təkmilləşməsinə gətirib çıxarmışdır.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
2 |
13.04.21 | 13:00 |
Dövlət və hüquq nəzəriyyəsi və tarixi | Səfərova Ülviyyə Əzimov Faiq Ələkbərova Solmaz |
Dissertasiya işlərinin mövzuları | Onlayn – Microsoft Teams |
Xülasə: Bir əsrdən çoxdur ki, soyqırımı saxtakarlığından birmənalı olaraq siyasi məqsədlər üçün istifadə edən ermənilər və onlara havadarlıq edən dünya gücləri qondarma “24 aprel - soyqırımı” iddiasından türk-müsəlman dünyasına qarşı siyasi vasitə kimi istifadə etməkdə davam edir, əslində XX əsr boyu dəfələrlə ermənilər tərəfindən soyqırımına məruz qalmış yüz minlərlə insanı xatırlamaq istəmirlər. Quba məzarlığı, Urmu faciəsi, Xocalı soyqırımı və digər faktlar isə, XX əsr boyu ermənilərin azərbaycanlılara qarşı dəfələrlə kütləvi qırğınlar və soyqırımlar törətdiyinin əyani sübutudur.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
3 |
13.04.2021 | 15:00 | Tibbi hüquq, İdman hüququ, Turizm hüququ |
Rəhimova Mələkxanım Hüseynova Ülviyyə Abbasov Hilal Şahbazlı Nərmin Həsənli Elcan Hüseynova Nərgiz Mirzəyev Ziya |
Dissertasiya işlərinin mövzuları | Onlayn – Microsoft Teams |
Xülasə: Son dövrdə COVİD 19 virusunun yaratdığı böhran vəziyyəti İdman, turizm sahələrini iflic etmişdir və eyni zamanda bu sahələrin tənzimlənməsi üçün beynəlxalq standartlar müəyyənləşmiş, yeni qaydalar işlənib hazırlanmışdır. Hal hazırda bu sahədə beynəlxalq praktikanın öyrənilməsi və dövlətdaxili qanunvericiliyə düzgün formada tətbiqi olduqca aktual məsələdir.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
4 |
14.04.21 | 15:00 |
Transmilli cinayət hüququ | Məhərrəmova Ülviyyə Zamanova Günel Qəyayev Nihad Əsgərova Ləman İbrahimov İbrahim Süleymanova Aytac Əhmədov Fərid |
Dissertasiya işlərinin mövzuları | Onlayn – Microsoft Teams |
Xülasə: Beynəlxalq cinayət hüququ beynəlxalq cinayətlərin qarşısının alınması və ona qarşı mübarizənin gücləndirilməsində mühüm rola malikdir. Beynəlxalaq cinayət hüququ çərçivəsində beynəlxalq cinayətlərə qarşı ciddi mübarizə aparılsa da, sivilizasiyaların inkişafı, dövlətlərarası.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
5 |
15.04.2021 | 12:00 | Beynəlxalq hüquq | Vəlişova Leyla Surxayzadə Toğrul Qasımova Əminə Əsgərova İntizar Əhmədov Etibar Həsənov İlqar |
Dissertasiya işlərinin mövzuları | Onlayn – Microsoft Teams |
Xülasə: Ümumi hüquq nəzəriyyəsindən bizə məlumdur ki, hər bir cəmiyyətin mövcud olması və normal fəaliyyəti üçün hüququn, hüquqi nizamasalmanın olması obyektiv, zəruri bir haldır. Yəni başqa sözlə, cəmiyyət olan yerdə hüquq da olmalıdır. Əgər dünyada olan dövlətləri bir cəmiyyət kimi, belə demək mümkünsə, dünya dövlətlərinin ailəsi kimi təsəvvür etsək, onda belə bir məntiqi nəticəyə gələ bilərik ki, bu cəmiyyətin özündə də hüquqa obyektiv ehtiyac vardır. Bu hüquq beynəlxalq hüquq adlanır. Beynəlxalq hüquq ayrı-ayn dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan asılı olmayaraq mövcud olan hüquqi normalar sistemidir.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
6 |
15.04.2021 | 15:00 | Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası | Vəlişova Leyla Surxayzadə Toğrul Qasımova Əminə Əsgərova İntizar Əhmədov Etibar Həsənov İlqar |
Dissertasiya işlərinin mövzuları | Onlayn – Microsoft Teams |
Xülasə: Konstitusion səviyyədə özünü demokratik və hüquqi dövlət elan edən Azərbaycan Respublikasının əsas məqsədi və vəzifəsi insan və vətəndaşın hüquqlarını və azadlıqlarını təmin etmək, cəmiyyət üzvlərinin qorxu və ehtiyacdan azad, rifah içində yaşamasını təmin etməkdir. Buna görə də, qarşıya qoyulmuş məqsədlərə nail olmağa maneə yaradan ictimai təhlükəli əməllərə, o cümlədən talama cinayətlərinə qarşı sistemli cinayət hüquqi mübarizə aparılmalı, cinayət qanunvericiliyi təkmilləşdirilməli və hüquq mühafizə orqanlarının səyləri uzlaşdırılmalıdır.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
7 |
16.04.2021 | 14:00 | Avropa hüququ | Məmmədova Günay Şahgəldiyeva Nigar Cabbarov Rəhman Bayramova Günel Hüseynov Seymur Quliyeva Aygün Hüseynova Günel Əskərov Elxan Dəmirli Sevil Məmmədov Aqşin Nuri Fidan |
Dissertasiya işlərinin mövzuları | Onlayn – Microsoft Teams |
Xülasə: Avropa İttifaqının (Aİ) səlahiyyətlərinin konkret həcminin öyrənilməsi, xüsusilə investisiya sahəsində səlahiyyətlərin tədqiq ediliməsi önəmlidir. Aİ-nin səlahiyyətlərini dəqiq həddini, onun realizəsi zaman nə Aİ, nə də üzv-dövlətlərin bir başa nəzarəti olmadan demokratik şəkildə realizə olunması mexanizm və hüquqi əsaslarını bilmək çox vacibdir.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
8 |
16.04.2021 | 16:00 | İnsan hüquqları və informasiya hüququ | Əliyeva Əsmər Hacızadə Fidan Hüseynova Günel Abbaslı Toğrul Məmmədova Lalə Şıxəliyeva Sevinc Məmmədov Emin Əhmədli Günel Həşimova Elmira Zeynalov Nihad Əliyev Əkbər |
Dissertasiya işlərinin mövzuları | Onlayn – Microsoft Teams |
Xülasə: İnsan hüquqlarının müdafiəsi ideyası özü-özlüyündə dövlətdaxili hüququn məhsuludur. Bu ideyanın məğzi ondan ibarətdir ki, istənilən fərd məhz insan varlığı olduğuna görə doğulduğu andan müəyyən ayrılmaz hüquqlara malikdir və dövlət bərabər əsasda, heç bir ayrı-seçkilik olmadan bu hüquqları qanunvericilikdə və praktikada təmin etməlidir.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
9 |
19.04.2021 | 15:00 | Mülki və təsərrüfat hüququ | Xammədov Elxan Qiyasova Səbinə Məmmədov Səttar Orucova Məryəm |
Dissertasiya işlərinin mövzuları | Onlayn – Microsoft Teams |
Xülasə: Hər bir sivil, demokratik dövlətdə olduğu kimi Azərbaycan Respublikasında da insan və vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi vacib məsələdir. Müasir şəraitdə bu məsələnin həlli insan hüquq və azadlıqlarının müdafiəsi sferasında milli qanunvericiliyin və hüquq tətbiqi praktikasının təkmilləşdirilməsi aparılmadan mümkün deyil. Məhkəmələrdə mülki mübahisələrə baxarkən hüquqi və fiziki şəxslərin hüquq və maraqlarının müdafiəsində həlledici mexanizm olan vəkillik institutunun təkmilləşdirilməsi həm ümumilikdə ədalət mühakiməsinin effektiv realizəsinə, həmçinin insan hüquq və azadlıqlarının müdafiəsinə əhəmiyyətli səmərə verməsi baxımından həlledici və aktual məsələdir.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
10 |
20.04.2021 | 15:00 | Əqli mülkiyyət hüququ | Əmiraslanova Zəribə Süleymanova Elnurə Cəfərzadə Şəhriyar İbrahimov Natiq Xankişiyeva Leyla Çingizzadə Çingiz |
Dissertasiya işlərinin mövzuları | Onlayn – Microsoft Teams |
Xülasə: Əqli mülkiyyət hüququ Azərbaycan Respublikasında yeni nəsil bir hüquq sahəsidir. Əmtəə nişanı hüququnun timsalında kökü eramızdan əvvələ gedib çıxan bu sahədə ilk tənzimləmələr XV əsrdən başlamışdır. Seminarın əsas məqsədi müəlliflik hüququnun təbiətinin, mahiyyətinin, predmetinin, tarixi inkişaf mərhələlərinin araşdırılmasıdır.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
11 |
20.04.2021 | 16:00 | Əmək hüququ; sosial təminat hüququ | Qulu-zadə Arzu Şirinova Səbinə Hüseynli Vasif |
Dissertasiya işlərinin mövzuları | Onlayn – Microsoft Teams |
Xülasə: Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası yeni inkişaf mərhələsinə qədəm qoydu. Müxtəlif mülkiyyət formalarına əsaslanan yeni sistem formalaşdı. Bazar iqtisadiyyatına keçid ictimai siyasi həyatın bütün sferalarına öz təsirini göstərdi. Əmək hüquq normaları əmək prosesinin özünü deyil, insanların əmək fəaliyyəti prosesində yaranan münasibətləri tənzim edir. İşəgötürənin hüquq və vəzifələrini tənzimləyən normalarının tətbiqi təcrübəsinin təhlili və ümumiləşdirilməsi bu mövzunun seçilməsini və araşdırılmasını zəruri edir.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
12 |
21.04.2021 | 16:00 | İnzibati hüquq, inzibati prosess, iqtisadi və maliyyə hüququ | Xələfov Turan Elmanlı Ülkər Qurbanova Aytac Mehrəliyeva Samirə Qarazadə Ülviyyə Mədətova Nuranə Məmmədova Zərifə |
Dissertasiya işlərinin mövzuları | Onlayn – Microsoft Teams |
Xülasə: Hər bir dövlətin iqtisadi gücü, əhalinin maddi rifahın yüksək olması onun maliyyə siyasətindən çox asılıdır. Maliyyə siyasətinin həyata keçirilməsində məqsəd iqtisadi sahələrin canlanması, bu sahədə olan qanunvericilik aktlarının təkmilləşdirilməsi, büdcənin dayanıqlığının təmin olunması, ölkə ərazisində istehsalın həcminin artırılması, ixracın səviyyəsinin artırılmasından ibarətdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, dövlətin qarşısında duran başlıca məsələlərdən biri ölkədə həyata keçiriləcək maliyyə tədbirləri idi. Çünki düzgün şəkildə həyata keçiriləcək olan maliyyə siyasəti ilə ölkənin iqtisadiyyatını, onun müstəqilliyini, ərazi bütövlüyünü, xalqın maddi rifahını ayaqda tutmaq olardı.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
13 |
22.04.2021 | 15:00 | Kommersiya hüququ | Zeynallı Nərgiz Qarayeva Aysel Məmmədova Nəzrin Cəfərov Nicat |
Dissertasiya işlərinin mövzuları | Onlayn – Microsoft Teams |
Xülasə: The rapid spread of changes in society and internationalization have brought individual countries, their socio-economic and political-legal positions closer together. Competition as an important element of market relations, which created conditions for the rapid development of the economy, was denied for many years by socialist, political and economic representatives, and it was propagated that it was incompatible with the planned economic system. The need for competition for the country's economy is already recognized, and its role in regulating the economy, which has lost its stability, is positively assessed. However, there are still some problems regarding to the creation of competition relations. Monopoly relations, which cover all levels, from vertical management to production relations, are an important obstacle to the formation of competition.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer (Bütün magistrant və doktorantların qoşulmağına imkan yaradilsin) |
14 |
23.04.2021 | 15:00 | Dəniz və enerji hüququ | Məcidli Cəmilə Hüseynova Nuranə Məmmədova Səyalı Əlizadə Təhminə Mirzəməmmədova Gülzada Həsənli Fəridə |
Dissertasiya işlərinin mövzuları | Onlayn – Microsoft Teams |
Xülasə: Dünya ticarətinin 80 faizdən çoxu qənaətcil və ətraf mühitə daha az mənfi təsir göstərən dəniz nəqliyyatı ilə nəql olunur. Dəniz nəqliyyatının inkişafı ilə əlaqədar olaraq, dəniz münasibətlərini tənzimləyən, dünyanın bütün ölkələri tərəfindən qəbul edilən və riayət olunan tələb və normalara daim ehtiyac var. Beynəlxalq nəqliyyatın əsas sahələrindən biri beynəlxalq dəniz nəqliyyatıdır. Tarix boyu dəniz nəqliyyatı yük daşımalarında aktual olub. Gəmi dəniz ticarət hüququnda böyük əhəmiyyət daşıyır, eləcə də yük və sərnişin daşınmasında mühüm rol oynayır. Gəmilər dövlətlər arasında iqtisadi əlaqələrin formalaşmasında, inkişafında, idxal-ixrac əlaqələrinin daha da yaxşılaşdırılmasında böyük əhəmiyyətə malikdir.