Bakı Dövlət Universitetinin İnsan resursları və hüquq şöbəsi onun struktur bölmələrindən biri olmaqla öz fəaliyyətini «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Qanunu və digər hüquqi - normativ sənədlər, BDU-nin Nizamnaməsi əsasında həyata keçirir.
Bakı Dövlət Universitetinin İnsan resursları və hüquq şöbəsi 16 fakültə, 127 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi, 24 Elmi-Təqdiqat laboratoriyalarında çalışan 3041 nəfər əməkdaşa xidmət edir.
Kollektiv kadrların düzgün seçilib yerləşdirilməsinə nail olmaq məqsədilə açağıdakı işləri həyata keçirir:
* Tələbə və müəllim, eləcə də elmi-pedoqoji kadr və köməkçi heyət nisbətini nəzərə almaqla, şəxsi heyətin uçotunu, onlara dair bütün növ sənədləşməni təşkil edir;
* Əməkdaşlarla əmək müqavilələrinin bağlanması (işə qəbul), əmək müqavilələrinə xitam (işdən azad olma), başqa işə keçirilmə, məzuniyyətlər, mükafat, yardım, təşəkkür, elmi ad və elmi dərəcənin təsdiqi, müsabiqə və s. haqqında əmrlərin hazırlanıb rəhbərliyə təqdim edilməsini təmin edir;
* Tabel uçotu və nizam-intizam qaydalarına nəzarətini həyata keçirir.
İnsan resursları və hüquq şöbəsi müasir dövrün tələblərinə uyğun olaraq, kompyuterləşdirilmiş sistem əsasında xidmət göstərir.
İnsan resursları və hüquq şöbəsi - 3 sektordan ibarətdir: İnsan resursları sektoru, Hüquq sektrou, Karyera və məzunlarla əlaqə sektoru