Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumu (EİFL.net) - http://www.eifl.net/

 

Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumu (EİFL.net) 1999-cu ildə yaranmışdır. Dünyanın 47 ölkəsində fəaliyyət göstərən 2300 kitabxana bu təşkilatın üzvüdür. 2003-ci ilin dekabrında Bakı Dövlət Universitetinin Elmi kitabxanasında yaradılmış və 2004-ci ilin fevralından fəaliyyətinə başlamış Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) yarandığı ildən təşkilatda təmsilçilik hüququ qazanmışdır. Respublika üzrə Bakı Dövlət Universiteti bu təşkilatın koordinatorudur.

Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu EİFL.net çərçivəsində beynəlxalq elektron nəşriyyatlarla əməkdaşlıq edir, danışıqlar aparır, üzv təşkilatları tədris və elm sahələrinə uyğun informasiya ilə təmin edir.

Az.KİK-in əsas məqsədi cəmiyyətin inkişafına bilavasitə təsir göstərən təhsil və elmi tədqiqat sahəsində labüd olan elektron informasiyanın çatdırılmasına, təlimlərin keçirilməsinə və elektron resursların çeşidlərinin artırılmasına dəstək verməkdən ibarətdir.

Az.KİK-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

- Konsorsium menecmenti   -    EIFL, Consortium Management;

- Müqavilələr əsasında lisenziyaların alınması  -  EIFL, Licensing;

- Açıq resurslar  -  EIFL, OA: open access;

- Müəllif hüquqlarının qorunması -    EIFL,  IP: copyright and libraries proqramme for research and education;

- Beynəlxalq və yerli layihələlərlə təmsilçilik.