KONSUL PROTOKOL

Bu şöbənin əsas vəzifəsi, digər universitetlərlə əlaqə yaratmaq ( müəllim və tələbə mübadiləsi, qısa müddətli konfrans, simpozium, konqres, seminarların keçirilməsi, müəllim və professor heyətinin xarici universitetlərdə qısa müddətli mühazirə oxumaları), müqavilələr imzalamaq, xaricə gedən müəllim və tələbələrin sənədlərinin, əmrlərinin hazırlanması, xarici ölkə universitetlərindən daxil olan məktubların cavablandırılmasıdır.
Bakı Dövlət Universitetindən xarici ölkələrə səfər edən müəllimlərin ezamiyyətləri haqqında.

Müəllimlərin xaricə getməsi üçün tələb olunan sənədlər:


Qısa müddətli ezamiyyət

1. Xarici ezamiyyətə gedən müəllimin ərizəsi;
2. Kafedra müdiri və fakültə dekanının imzası ilə təqdimat;
3. Müəllimin adına gəlmiş dəvət məktubu.

Uzun müddətli ezamiyyət

Fizika, kimya, biologiya kimi laboratoriyalarda işləyən elmi işçilər 6 aylıq və ya 1 illik xaricə ezam olunanda tələb olunan sənədlər siyahısı:

1. Ərizə
2. Laboratoriya müdirinin imzası ilə təqdimat
3. Dəvət məktubu (əsasən xarici ölkə universitetində işləməli olacaği laboratoriyadan ikitərəfli müqavilə)

Qeyd: Elmi işçilər universitetdən bu tip ezamiyyətlərə göndəriləndə onların universitetdə aldığı əmək haqqı saxlanılır. (ezamiyyətə göndərilən elmi işçilərin apardığı iş universitetdəki laboratoriya işi ilə tamamlanır).

Qeyd: Uzunmüddətli ezamiyyətlərə başqa bir növ ezamiyyə aid olunur. Belə ki, bu zaman müəllimlər hər hansı bir xarici ölkə universitetləri ilə müqavilə bağlayir və onlar bu müqaviləyə görə 3 il müddətində həmin universitetlədə çalışa bilirilər.

Bu müəllimlərin:

1. Universitetdə əmək haqqı deyil, vəzifəsi və iş yeri saxlanılır
2. Hər il xaricdə aldıqları maaşın (netto) 10%- ni universitetə ödəməlidirlər
3. 3 ildən sonra müəllim universitetə qayıtmalı, bir və ya iki il universitetdə işlədikdən sonra müqavilə yolu ilə hər hansı bir xarici universitetə yenidən gedə bilər.
4. Müəllimlərin müqavilə yolu ilə ezamiyyətə getmələri universitet rəhbərliyi tərəfindən mütləq təsdiqlənməli və rəsmi icazə verilməlidir.

Belə ezamiyyətlər üçün aşağıdakı sənədlər tələb olunur

1. Ərizə
2. Kafedra müdiri və fakültə dekanının imzası ilə təqdimat
3. Müəllimin adına gəlmiş dəvət mətubu

Xarici ölkə universiteti ilə bağladığı iş birliyi müqaviləsi (bu müqavilə universitet rəhbərliyinə təqdim edilməlidir)

Əlaqəli səhifələr