MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

Şöbə Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyinin əmr, sərəncam və təlimatlarını, Bakı Dövlət Universitetinin Nizamnaməsini, Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarlarını rəhbər tutaraq fəaliyyət göstərir.

 

Şöbənin vəzifələri:

  • BDU-da müvafiq ixtisaslaşmalar və ixtisaslar üzrə magistr və doktorantların hazırlanması prosesini təşkil etmək və həyata keçirmək;
  • BDU-nun müvafiq strukturları tərəfindən elmi və pedaqoji kadrların hazırlanması üçün əsas tədris proqramlarını hazırlamaq və həyata keçirilməsi üçün tədbirləri təşkil etmək, informasiya və metodiki dəstək vermək;
  • Yüksək ixtisaslı kadr hazırlığı sahələrinin lisenziyalaşdırılması və akkreditasiyası üçün sənədləri hazırlamaq;
  • Tədris və elmi-tədqiqat işlərinin təşkili təcrübəsi ilə mübadilə üzrə BDU-nun həyata keçirdiyi tədbirlərdə iştirak etmək, ali təhsil müəssisələrinin qurumlarına təcrübə mübadiləsi qaydasında istədikləri zəruri informasiya materiallarının əldə olunmasında yardım göstərmək;
  • Elmi və elmi-pedaqoji kadrların hazırlanması ilə əlaqədar əmr, təlimat və digər sənədlərin layihələrini hazırlamaq;
  • Məzun tələbələrin aralıq və yekun dövlət attestasiyasını təşkil etmək;
  • Şöbənin fəaliyyətinə dair hesabat və digər məlumatları hazırlamaq.
Şöbənin saytına keçid: http://md.bsu.edu.az/az/