Baki Dövlət Universitetinin magistratura pilləsinə qəbul 1-15 sentyabr tarixində keçirilir.

Bakı Dövlət Universitetinin magistratura və doktorantura pillələrinə qəbul olmaq üçün əcnəbi vətəndaşlardan  tələb olunan sənədlərin siyahısı


1. Diplomun notariusda təsdiq edilmiş surəti – 1 ədəd :
2. Bakalavr diplomu
3. Pasportun Azərbaycan dilinə tərcümə edilmiş və notariusda təsdiq edilmiş surəti     – 1 ədəd
4. 3X4 ölçüdə fotoşəkil – 8 ədəd
5. Sağlamlıq haqqında tibbi arayış
6.
QİÇS infeksiyasına yoluxmadığına  dair arayış
7. Tərcümeyi – hal (CV)

Sənədlərin qəbulu tələbənin aldığı ixtisasa uyğun olaraq aparılır.

Sənədlərin qəbulundan sonra tələbəyə müntəzəm dil kursları tədris olunur, sonda isə tələbə həmin dildən imtahan verir və öz ixtisası üzrə müsahibədən keçir. Bu mərhələləri uğurla keçdikdən sonra tələbə uyğun pillə üzrə təhsilini davam etdirir.


Magistratura pilləsində təhsil müddəti : 2 il

Təhsil haqqı seçdiyi fakültədən asılıdır.

Bütün imtahanalarını müvəfəqiyyətlə başa vurduqdan sonra tələbəyə magistratura pilləsini bitirməsinə dair diplom verilir.