Bakı Dövlət Universitetinin maliyyə təsərrüfat fəaliyyətinin uçotu mərkəzi Mühasibatlıq tərəfindən aparılır. Mühasibatlıq 19 nəfərdən ibarət aparıcı mühasib və iqtisadçıdan ibarətdir.

Hazırda universitetin mühasibatlığı inkişaf edərək dövrün müasir tələblərinə cavab verən müasir proqramlar əsasında tam avtomatlaşdırılmışdır. Mühasibatlıq aşağıdakı  şöbə və bölmələrdən ibarətdir.

-Əmək haqqının uçotu bölməsi

-Ödənişli təhsilin və təqaüdün uçotu

-Momerial qiymətlilərin uçotu bölməsi

-İqtisadiyyat bölməsi

-Maliyyə bölməsi

Universitetin maliyyə-təsərrüfat fəaliyyəti şöbələr və fakültələrlə əlaqənin səmərəliliyini təmin etmək, rektorluğun göstərişlərini operativ yerinə yetirmək, təhsil müəssisəsində yeni maliyyələşmə mexanizminin tətbiqində, təkliflərin hazırlanmasında rektorun maliyyə məsələləri üzrə müşaviri ilə koordinasiya olunur.

 

 

“Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlaması Qaydası”na

1 nömrəli əlavə (2019)

1 nömrəli əlavə (2021)

1 nömrəli əlavə (2022)

1 nömrəli əlavə (2023)

HESABATLAR 2023

İZAHLI QEYDLƏR