1919-cu il sentyabrın 1-də - üç aylıq gərgin müzakirələrdən sonra Azərbaycan parlamenti ilk universitetin ( 2 fakültə - Tibb və Tarix-filologiya fakültələri olmaqla) açılması haqqında qanun qəbul etdi. Tanınmış rus alimi, Kazan Universitetinin professoru Vasili İvanoviç Razumovski rektor təyin edildi.
1919-cu il noyabrın 15-i - universitetdə birinci dərs günü oldu.
1920-ci il - Sergey Nikolayeviç Davidenkov rektor təyin edildi.
1920-ci il iyulun 9-da -3-cü fakültə - Fizika-riyaziyyat fakültəsi açıldı.
1922-ci il dekabrın 6-da - Azərbaycan Dövlət Universiteti adlandırıldı.
1922-ci il martın 30-da - Şərq fakültəsi açıldı.
1923-cü il - Aleksandr Dmitriyeviç Qulyayev rektor təyin edildi.
1924-cü il yanvarın 23-də – ADU-ya Vladimir İliç Leninin adı verildi.
1926-cı il - ilk azərbaycanlı rektor (Tağı Şahbazi Simurğ) seçildi.
1927-ci il - hüquq şöbəsi yaradıldı (1928-ci ildən müstəqil fakültə).
1929-cu il - Vladimir Sergeyeviç Yelpatyevski rektor təyin edildi.
1929-30-cu illərdə - Maqsud Məmməd oğlu Məmmədov rektor olur.
1930-cu ilin iyun ayı - Universitetin fəaliyyəti dayandırıldı, onun ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar ( o cümlədən Azərbaycan Tibb İnstitutu, Azərbaycan Pedaqoji İnstitutu, Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Azərbaycan Kənd Təsəttüfatı İnstitutu və s.) yaradıldı.
1934-cü il mayın 25-də – Universitet yenidən fəaliyyətə başladı.
1934-35-ci illərdə - Məmmədkazım Ələkbər oğlu Ələkbərli rektor olur.
1934-cü il - Kimya və Biologiya fakültələri açıldı.
1935-37-ci illərdə - Balabəy Cabbar oğlu Həsənbəyov rektor olur.
1937-ci il - Əziz Məmmədkərim oğlu Əliyev rektor təyin edildi.
1937-ci il - xalqımızın görkəmli ziyalıları - vaxtilə rektor olmuş 4 nəfər (Tağı Şahbazi, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov), 2 dekan, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, ümumilikdə, Universitetdən 100 nəfərədək əməkdaş (Ə.Nazim, A.Bukşpan, Ə.Qubaydullin, V.Xuluflu, B.Çobanzadə, H.Şahtaxtinski və b.daxil olmaqla) “xalq düşməni”, “türkçü”, “turançı”, “pantürkçü” və s. damğaları vurularaq güllələnməyə məhkum edildi və ya Sibirin həbs düşərgələrinə sürgün olundu.
1937-41-ci illərdə - Cəbrayıl Ağəli oğlu Ələsgərov rektor olur.
1939-cu il aprelin 16-da – Bolşevik hakimiyyətinin cəmi 20 ilində 3-cü dəfə adı dəyişdirilərək “S.M.Kirov adına ADU” adlandırıldı.
1941-1944-cü illərdə - Şamil Rəhim oğlu Əliyev rektor olur.
1943/1944-cü tədris ili - Geologiya-coğrafiya fakültəsi açıldı.
1944-50-ci illərdə - Abdulla İsmayıl oğlu Qarayev rektor olur.
1945-ci il - Bazası əsasında Azərbaycan Elmlər Akademiyası (indiki AMEA) yaradıldı.
1947-ci il - Filologiya fakültəsinin nəzdində Kitabxanaşünaslıq şöbəsi (1962-ci ildən müstəqil fakültə) təşkil edildi.
1950-54-cü illərdə - Cəfər Xəndan Zeynal oğlu Hacıyev rektor olur.
1954-58-ci illərdə - Yusif Heydər oğlu Məmmədəliyev rektor olur.
1958- 65-ci illərdə - Şəfayət Fərhad oğlu Mehdiyev rektor olur.
1965-ci il - Yasamal rayonu ərazisində yeni tədris binası ( indiki əsas korpus) və yataqxana şəhərciyi istifadəyə verildi.
1965- 70-ci illərdə - Mehdi Sadıq oğlu Əliyev rektor olur.
1969-cu il - 1945-ci ildən Filologiya fakültəsinin nəzdində şöbə kimi fəaliyyət göstərən Jurnalistika müstəqil fakültə oldu.
1969-cu il noyabrın 1-də - yaradılmasının 50 illiyi münasibəti ilə Heydər Əliyevin iştirakı ilə yubiley tədbiri keçirilirdi (indiki Şəhriyar klubunda).
1970-87-ci illərdə -Faiq Məmməd oğlu Bağırzadə rektor olur.
1972-ci il - Tətbiqi riyaziyyat (sonralar TR və kibernetika) fakültəsi açıldı.
1977-ci il - İkinci tədris binası (hal-hazırda 1-ci tədris korpusu) istifadəyə verildi.
1987-89-cu illərdə -Yəhya Cəfər oğlu Məmmədov rektor olur.
1987-ci il - indiki 2-ci tədris korpusu istifadəyə verildi.
1989- 90-cı illərdə - Cəmil Bahadur oğlu Quliyev rektor olur.
1991-ci il - 4-cü dəfə adı dəyişdirələrək M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti olur.
1990/91-ci tədris ili - Beynəlxalq münasibətlər və beynəlxalq hüquq(sonralar BM və iqtisadiyyat) fakültəsi yaradıldı.
1991-ci il - Sosial elmlər və psixologiya fakültəsi yaradıldı.
1990-92-ci illərdə - Mirabbas Göycə oğlu Qasımov rektor olur.
1992-93-cü illərdə - Firudin Yusif oğlu Səməndərov rektor olur.
1992/93-cü tədris ili - İlahiyyat fakültəsi təsis olundu.
1993-1996-cı illərdə - Murtuz Nəcəf oğlu Ələsgərov rektor olur.
1992-ci il - Universitetdə ali təhsilin çoxpilləli(bakalavr, magistr) sisteminə keçildi.
1994-cü il noyabrın 26-da - Respublika sarayında (indiki Heydər Əliyev sarayında) ümummilli lider Heydər Əliyevin iştirakı ilə 75 illik yubileyi qeyd olundu.
1997-1998-ci illərdə - Misir Cumayıl oğlu Mərdanov rektor olur.
1997/98-ci tədris ilində - magistratura pilləsinə ilk dəfə qəbul keçirildi.
1999-cu il yanvarın 11-də - Abel Məmmədəli oğlu Məhərrəmov rektor vəzifəsinə təyin olundu.
2000-ci il iyunun 13-də - özünü idarəetmə əsasında fəaliyyət göstərən ali təhsil müəssisəsi statusu verildi və mövcud olduğu illər ərzində 5-ci dəfə adı dəyişdirələrək ilkin formasına qaytarıldı - BDU adı bərpa edildi.
2000-ci il fevralın 12-də - 80 illik yubileyi qeyd edildi və Heydər Əliyevə BDU-nun Fəxri doktoru diplomu təqdim olundu.
2000-ci il - müasir idman kompleksi, Altıağac qəsəbəsində tələbələr üçün tədris-təcrübə bazası, müəllimlər üçün istirahət zonası, 300 nəfərlik “Kainat” yaşayış kompleksi istifadəyə verildi.
2001-ci il – yeni nəşriyyat və üzgüçülük kompleksi istifadəyə verildi.
2006/07-ci tədris ili - Bolonya prosesinin(kredit siteminin) tətbiqinə başlanıldı.
2007-ci il - Nanoaraşdırmalar elmi-tədqiqat mərkəzi açıldı.
2007-ci il iyunun 8-də - Nəzdində "Gənc istedadlar" liseyi fəaliyyətə başladı.
2008-ci il sentyabrın 15-də - Prezident İlham Əliyevin iştirakı ilə onmərtəbəli yeni tədris korpusunun açılışı oldu.
2009-cu il - 360 ailəlik “Bakı universiteti” yeni yaşayış kompleksi təhvil verildi.
2009-cu il noyabrın 2-də - 90 illik yubiley mərasimi keçirildi. Tədbirdə Prezident İlham Əliyevə BDU-nun Fəxri doktoru diplomu təqdim olundu.
2011-ci il - Ekologiya və torpaqşünaslıq fakültəsi təsis edildi.
2012-ci il - 1993-cü ildən tələbə yataqxanalarında məskunlaşmış qaçqınların yeni yaşayış massivinə köçürülməsinə başlanıldı, bu proses 2013-cü ildə başa çatdı.
2013-cü il - Prezident İlham Əliyevin iştirakı ilə Qubada 400 nəfərlik 5 mərtəbəli Tədris-təcrübə və istirahət mərkəzi istifadəyə verildi.
2014-cü il - 95 illik yubileyi qeyd edildi.
2014-cü il - Fənlərarası İnteqrasiya və Yüksək Texnologiyalar Mərkəzi yaradıldı.
2015-ci il - universitetin yaradıcılarından biri və ilk rektoru, professor Vasili İvanoviç Razumovskinin Yessentuki şəhərində (Rusiya Federasiyası, Stavropol vilayəti) xatirə barelyefi açıldı.
2016-cı il fevral - İctimai Nəzarət və Məsləhət Şurası yaradıldı.
2016-cı il aprel - BDU-nun Qazax filialı fəaliyyətə başladı.
2016-cı il - Jurnalistika fakültəsinin nəzdində müasir Tədris-teleradio studiyası açıldı.
2017-ci il - Jurnalistika fakültəsinin nəzdində "Barama" Media-mərkəzi istifadəyə verildi.
2017-ci il - universitetin ilk azərbaycanlı rektoru, görkəmli ictimai xadim və yazıçı Tağı Şahbazi Simurğun yaşadığı evin qarşısında xatirə barelyefi açıldı.
2017-ci il - Şərqşünaslıq fakültəsində Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən layihə nəticəsində əsaslı təmir və müasir texniki avadanlıqlarla təmin edilmiş auditoriyaları istifadəyə verildi.
2017-ci il - Akademik Rəfiqə Əliyevanın yaradıcısı olduğu və rəhbərlik etdiyi ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının qarşısında alimin xatirə barelyefinin açıldı.
2017-ci il - UNESCO-nun Baş Konfransının 39-cu sessiyasında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin Parisdə qeyd edilməsi qərara alındı.
2018-ci il- İlahiyyat fakültəsi İlahiyyat instituna köçürüldü.
2019-cu il martın 11-də - Elçin Səfəralı oğlu Babayev rektor vəzifəsinə təyin olundu.