Xarici ölkələrdə yaşayan bir sıra alimlər tərəfindən Azərbaycandan kənarda yaşayan elm adamlarını ölkəyə tanıtmaq, onlara BDU ilə əməkdaşlıq imkanları yaratmaq və onların  vasitəsi ilə Azərbaycan həqiqətlərini və Azərbaycan Elmini Dünyaya çatdırmaq məqsədi ilə BDU-nun nəzdində virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzinin (BEAM) yaradılması  təklifi verilmişdir. Bu məsələ BDU  Elmi Şurasının 13 dekabr 2013-cü il tarixli iclasında müzakirə edilmiş, belə bir Mərkəzin yaradılması və Azərbaycandan kənarda yaşayan elm adamlarının öz arzuları əsasında həmin Mərkəzdə virtual olaraq (ştatdankənar) işə qəbul edilməsi məqsədəuyğun hesab edilmişdir.  BDU Elmi Şurasının  tövsiyyəsi əsasında BDU-nun internet səhifəsində bu barədə elan verilmiş və artıq xaricdə yaşayan bir neçə elm adamından həmin Mərkəzdə virtual işə qəbul edilmələri barədə təkliflər alınmışdır.