Sənədlər və Müraciətlərlə iş şöbəsi öz işində ali məktəb haqqında Əsasnaməni, Təhsil Nazirliyinin, ali məktəb rəhbərinin əmrlərini, sərəncamlarını və kargüzarlığın aparılmasına dair təlimatı rəhbər tutur.
Şöbənin əsas funksiyaları
-Bakı Dövlət Universitetinin kargüzarlıq işlərini dəqiq və fasiləsiz təşkil etmək;
-BDU-ya daxil olan sənədlərlə tanış olmaq, təsdiq üçün rəhbərliyə təqdim olunacaq bütün sənədlərin tərtibinin keyfiyyətini yoxlamaq;
-Rəhbərliyin tapşırığı ilə ayrı-ayrı layihə, əmr və sərəncamlar, məktub, arayış və digər sənədlərin hazırlanması və aidiyyatı struktur bölmələri ilə razılaşdırılmasını təşkil etmək;
-Azərbaycan Respublikası Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Təhsil Nazirliyi, tədris müəssisələri və digər idarə, təşkilatlardan daxil olan sənədlərin vaxtı-vaxtında baxılması üçün rəhbərliyə təqdim edilməsi, qeydiyyata alınması, müvafiq şöbə və fakültələrə paylanmasını həyata keçirmək, sənədlərin icrasına nəzarət etmək;
-Vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlıq işlərini həyata keçirmək;
-Vətəndaşların qəbulu prosesini səmərəli təşkil etmək;
-Arxiv sənədlərinin yerləşdirilməsi, universitetin struktur bölmələrindən sənədlərin qəbul edilməsi, ekspertiza aparılması, qorunması, dövlət arxivinə təhvil verilməsi üçün hazırlanması və arxiv sənədləri haqqında daxil olan ərizələrə arayışların verilməsi işlərini yerinə yetirməkdir.