BDU-nun İnformasiya texnologiyaları mərkəzi 10 yanvar 2008-ci ildə Kompyuter mərkəzinin bazası əsasında yaradılmışdır. Hal-hazırda İnformasiya texnologiyaları mərkəzinin 35 nəfərdən ibarət əməkdaşı var və onlardan 4 nəfəri fizika-riyaziyyat elmləri namizədidir.

Mərkəzin rəhbəri: Əzbər Şamı oğlu Sadayev

İnformasiya texnologiyaları mərkəzi aşağıdakı şöbələrdən ibarətdir:
- elmi və tədris işlərinin kompyuterləşməsi;
- sistem proqramlaşdırılması və avtomatik idarəetmə sistemləri;
- internet və şəbəkə texnologiyaları;
- kompyuterlərin texniki təminatı.

Bu gün 23 elmi-tədris sinfini (kompyuter sinifi - hər sinifdə 11 və daha çox kompyuter olmaqla) və 4 imtahan zallarını özündə birləşdirən İnformasiya texnologiyaları mərkəzi ən müasir kompyuter avadanlıqları və proqram vasitələri ilə təchiz olunmuşdur. Hər bir fakültənin kompyuter sinifində lokal şəbəkə yaradılmış və həmin kompyuterlərin BDU-nun ümumuniversitet lokal şəbəkəsi vasitəsi ilə internetə çıxışı təmin olunmuşdur.
Universitetdə fakültə dekanlıqlarını, kafedralarını, laboratoriyalarını, bütün struktur və şöbələri özündə birləşdirən lokal şəbəkə fəaliyyət göstərir. Son olaraq universitetin nəzdində ETİ və ETL-lər lokal şəbəkəyə qoşulmuşdur.

ƏLAQƏ:

Əsas bina, 1-ci mərtəbə, otaq 123
Tel.: (+99412) 539 11 46

admin@bsu.az