Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili regional şəbəkəsi (STAR-NET) - http://www.star-net.online/ru/

 

Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili regional şəbəkəsi (STAR-NET) 2015-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin dəstəyi ilə nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi məqsədilə təsis edilmişdir. Şəbəkə MDB məkanından 6 ölkənin 12 universitetinin nümayəndəsi və Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertlərinin iştirakı ilə yaradılmışdır. Şəbəkəyə qoşulan ölkələr qurumun bütün resurslarından istifadə etmək səlahiyyətinə malikdirlər.