Baki Dövlət Universitetinin magistratura pilləsinə qəbul 1-15 sentyabr və 25 yanvar-9 fevral tarixlərində keçirilir.

Bakı Dövlət Universitetinin doktorantura pilləsinə qəbul olmaq üçün əcnəbi vətəndaşlardan tələb olunan sənədlərin siyahısı:

1. Bakalavr və magistr diplomlarının tərcümə edilmiş və notariusda təsdiq edilmiş surəti – 1 ədəd
2. Pasportun Azərbaycan dilinə tərcümə edilmiş və notariusda təsdiq edilmiş surəti – 1 ədəd
3. 3X4 ölçüdə fotoşəkil – 8 ədəd
4. Sağlamlıq haqqında tibbi arayış
5.
QİÇS infeksiyasına yoluxmadığına  dair arayış
6. Tərcümeyi – hal (CV)

Sənədlərin qəbulu tələbənin aldığı ixtisasa uyğun olaraq aparılır.

Sənədlərin qəbulundan sonra tələbəyə müntəzəm dil kursları tədris olunur, sonda isə tələbə həmin dildən imtahan verir və öz ixtisası üzrə müsahibədən keçir. Bu mərhələləri uğurla keçdikdən sonra tələbə uyğun pillə üzrə təhsilini davam etdirir.


Doktorantura pilləsində təhsil müddəti : 3 il (əyani şöbə) , 4 il (qiyabi şöbə)

Təhsil haqqı seçdiyi fakültədən asılıdır.