Pənahov Şahin Məhəmməd oğlu – coğrafiya elmləri namizədi, dosent
Beynəlxalq əlaqələr üzrə prorektor

 

 

12 yanvar 1955-ci ildə anadan olub.
1978-1979-cu illərdə SSRİ Elmlər Akademiyası, Coğrafiya İnstitutu (Moskva), Tədqiqatçı, Elmi rəhbərlər: Prof.,V.A. Preobrajenski, Prof., A.D. Armand.
1977-1980-ci illərdə Azərbaycan SSRİ Elmlər Akademiyası. Coğrafiya institutu.
1982-1983-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Coğrafiya Fakültəsi kiçik elmi işçi.
1988, 1989 və 2017-ci illərdə AMEA Coğrafiya elmləri namizədliyinə hazırlanmış üç elmi işə və 2013-cü ildə Veymar Bahaus Universitetində (Almaniya) müdafiə olunmuş doktorluq dissertasiyasına oponentlik.
1984-1991-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti, Coğrafiya fakültəsi, müəllim, dosent, dekan müavini.
1995 – 1999-cu illərdə "Xəzər" Universiteti, Coğrafiya və ətraf mühit departamenti, müdir. Hüquq və sosial elmlər fakültəsi, dekan, bütün fakültələrin dekanı (1991-1995).
2017-ci ildə ADPU-nun Tarix və Çoğrafiya fakültəsinin (TCF) dekanı , ADPU böyük elmi şurasının üzvü, TCF elmi şurasının sədri.
1970-1973-cü illərdə Bakı Dövlət Universiteti (keçmiş S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti), Geoloji-coğrafiya fakültəsi, (Təhsildə böyük uğurlarına görə keçmiş SSRİ ali və orta təhsil naziri V. Yelyutinini əmri ilə Moskva Dövlət Universitetinə göndərilmişdir).
1973-1977-ci illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, Coğrafiya Fakültəsi.
1981-1984-cü illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universiteti (MDU), Coğrafiya Fakültəsi, Aspirantura. Elmi rəhbərlər: Prof., N.A.Gvozdetsky və Prof., A.D.Armand.
1987-1989-cu illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda iki illik İngilis dili kursları (Bakı). Fərqlənmə Şəhadətnaməsi).
2004-2006-cı illərdə BMT-nin Virtual İnkişaf Akademiyası, Professional səviyyə, Fərqlənmə diplomu.
2007-ci ildə İqtisadi İnkişaf Nazirliyinin Davamlı inkişaf və regional siyasət şöbəsi müdirinin müavini.
2007-2015-ci illərdə Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, Menecer.
2015 – 2017-ci illərdə Azərbaycan Respublikası, Əmlak məsələləri dövlət komitəsi (ƏMDK), Rəhbərliyin baş məsləhətçisi.
1999-2007-ci illərdə BMT İP, davamlı inkışaf üzrə və BMT agentliklərinin koordinasiyası üzrə baş müşavir/Təhsil meneceri.
2019-cu ildən BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru.


Elmi əsərləri:

  • Xəzər dənizi sahillərində ilkin landşaft dinamikası (monoqrafiya, 116 səh). Bakı, 1986.
  • Dünya və ölkələr coğrafiyası (dəsrlik) Bakı, 1-2-ci hissələr, 1994 – 1995 (müəlliflərdən biri)
  • Azərbaycanda davamlı inkişaf üçün mühüm ekoloji tədbirlər- "Yaşıl Azərbaycan", 1996, #1.
  • Azərbaycanda ekoloji siyasətin möhkəmləndirilməsi.-"Birgə yaşamaq" İSAR/ABŞ, 1997.
  • Azərbaycanın davamlı inkişafı və ətraf mühit - "İnsan İnkişafı"(Fəsil 5), BMT İP, 1997.
  • Orta məktəblər üçün Azərbaycanın ekoloji-coğrafi xəritəsi. 1999.
  • Xəzər dənizinin ekoloji təhlükəsizliyi. ”Zerkalo”, Bakı,  mart 20, 2000
  • Azərbaycan və Gürcüstanın sərhəd ərazilərinin biomüxtəlifliyi atlası. Bakı-Tbilisi, 2000;
  • Azərbaycanın ekoloji atlası. Bakı, ECORES, 2001
  • Materiklərin və okeanların fiziki coğrafiyası. Azərbaycanın orta məktəbləri üçün rəsmi dərslik (Vİİ sinif). Bakı, 2000-2014
  • Azərbaycanda Minilliyin İnkişaf Məqsədləri (MİM, 2000-2015) və Dayanıqlı İnkişaf Məqsədləri (DIM, 2016-2030): nailiyyətlər və problemlər,  II. MİLLETLERARARASI AZERBAYCAN–TÜRKİYE MÜNASEBETLERİ SEMPOZYUMUNUN BİLDİRİLERİ, (BAKÜ, 12-14 Ekim 2017), Kastamonu 2018, səh.8-14


Təqaüdlər və mükafatlar:

  • Fulbrayt Təqaüdçüsü (ABŞ), 1995 (Texas universiteti), 2019 (Prinston universiteti)
  • Beynəlxalq Coğrafiya İttifaqının Azərbayçanda keçirilən Beynəlxalq Konfransının təşkilində və keçirilməsindəki xidmətlərinə görə Azərb SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Akademik Həsən Əliyev tərəfindən Əmək Kitabçasına yazılmaqla Təşəkkür elan edilmiş və pul mükafatı verilmişdir, 12 iyun 1978
  • Fəxri Texaslı (Honorary Texan), 1997,
  • Noksvil şəhərinin fəxri vətəndaşı (Honorary Citizen of the City Knoxville), 1997