Qara Dəniz Universitetlər Assosiasiyası (BSUN) - http://www.bsun.org/


Qara Dəniz Universitetlər Assosiasiyası (BSUN) 1998-ci ildə yaradılmışdır. Assosiasiyaya 12 ölkədən 100-dən çox universitet daxildir. Təşkilat cəmiyyətdə ali təhsilin rolunun, keyfiyyətinin və nüfuzunun qaldırılması, üzv universitetlər arasında təhsil, fundamental və tətbiqi tədqiqatların aparılması, uğurlu təcrübə mübadiləsi və müxtəlif birgə layihələrin işlənməsində müstəsna rol oynamaqdadır. Bakı Dövlət Universiteti 1998-ci ildə BSUN-nun sıralarına qoşulmuşdur.

Qeyd olunan müddət ərzində BSUN tərəfindən aşağıdakı istiqamətlərin inkişafına təkan verilmişdir:

  1. Dayanıqlı inkişaf;
  2. İnnovasiya və biliklərin ötürülməsi sahəsində əlaqələrin qurulması;
  3. Enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələri;
  4. Qabaqcıl və çoxfunksional materiallar;
  5. Yüksək istehsallı hesablamalar;
  6. Elektron səhiyyə və teletibb.