Professor Qara Teyfur oğlu Mustafayev 1954-cü ildə biologiya fakültəsini bitirmişdir. 1992-ci ildən onurğalılar zoologiyası və bioekologiya kafedrasının müdiridir. Zoologiya və ekologiya sahəsində ölkəmizdə və onun hüdudlarından kənarda tanınmış alimdir. Professor Q.T.Mustafayev 60-a yaxın kitabın, 1000-ə yaxın elmi və elmi-kütləvi məqalənin müəllifidir, onlardan 37-si dərslik və dərs vəsaiti və monoqrafiyadır. Onun rəhbərliyi altında 10-dan çox namizədlik və doktorluq dissertasiyası müdafiə olunub. Professor Q.T.Mustafayev onurğalı heyvanların ekologiyası sahəsində bir sıra maraqlı elmi konsepsiyalar irəli sürmüşdür.
