ƏQLİ MÜLKİYYƏTİN QORUNMASI ŞÖBƏSİ

Şöbə Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyinin əmr, sərəncam və təlimatlarını, Bakı Dövlət Universitetinin Nizamnaməsini, Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarlarını rəhbər tutaraq fəaliyyət göstərir.


Şöbənin vəzifələri

  • BDU-nun intellektual mülkiyyətinin qorunmasını təmin etmək;
  • İxtiraçılıq, patent-lisenziya, tətbiqi elmi-tədqiqat işlərinin və işləmələrin perspektiv və cari planlarını hazırlamaq, onların maliyyələşdirilməsi üçün təkliflər vermək;
  • İxtira səviyyəsində olan elmi tədqiqatların respublikada və xarici ölkələrdə qorunması işlərini təşkil etmək, iddia sənədlərinin ekspertizasını keçirmək, baxılmağa və dövlət qeydiyyatına təqdim etmək;
  • İxtiraçılara və tədqiqatçılara ixtiraların tərtibində və müəlliflik hüququnun qorunmasında yardımçı olmaq;
  • İxtiraların istehsalata tətbiqinə dair elmi-metodik və təşkilati tədbirlər görmək;
  • Elmi-tədqiqatların patent qabiliyyəti məsələlərinə, həmçinin patent-lisenziya işinə dair informasiyalar hazırlamaq və yaymaq, bu istiqamətdə müsabiqələr, baxışlar təşkil etmək və kütləvi tədbirlər (seminarlar, informasiya günləri, mütəxəssis günləri və s.) keçirmək;
  • BDU-da əqli mülkiyyətin müəyyənləşdirilməsinə metodik dəstək vermək;
  • Elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin statusunun yüksəldilməsi amili kimi əqli mülkiyyət yaratmaq ideologiyasının təbliği (qrantlar, tədqiqatlar, müqavilə mövzuları çərçivəsində);
  • BDU əməkdaşları və tələbələrinin əqli mülkiyyətin qorunmasının hüquqi aspektləri üzrə təlimlərinə təşkilati dəstək vermək;
  • Əqli mülkiyyətin qorunması sahəsində BDU-nun nailiyyətlərinin elektron kommunikasiya vasitələri ilə təbliğ edilməsi üçün müvafiq struktur bölmələri ilə və müvafiq təşkilatlarla qarşılıqlı əlaqə yaratmaq.