Ramazanlı Nəbi Əhməd oğlu - texnika elmləri namizədi,
İqtisadi-təsərrüfat işləri üzrə prorektor

06.02.1963-ci ildə anadan olub.
1970-1980 -ci illərdə Qursalı kənd orta məktəbində təhsil alıb.
2009-cu il oktyabr ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə «Əməkdar mühəndis» fəxri adı ilə təltif olunub.
Ailəlidir, iki övladı var.

Təhsili, elmi dərəcə və elmi adlari:

  • 1980-1985-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsində təhsil alıb.
  • 1996-cı  ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetində "Deformasiyalanan bərk cisimlər mexanikası üzrə müxtəlif en kəsikli prizmatik tirlərin burulması"nın tədqiqi ilə məşğul olaraq texnika elmləri namizədi elmi dərəcəsi alıb.

 

Əmək fəaliyyəti:

  • 1985-1989-cu illərdə təyinatla Sənaye Tikinti Nazirliyinin 7 №-li trestində böyük mühəndis,  I dərəcəli mühəndis, şöbə rəisi kimi müxtəlif vəzifələrdə çalışıb.
  • 1988-1989-cu illərdə göndərişlə RSFSR-in Qorki (indiki Nijni Novqorod) şəhərində Çkalov adına İMİ-da Tikintinin təşkili və idarə edilməsi ixtisası üzrə xüsusi kurs təhsili alıb.
  • 1989-cu ilin dekabrından 1992-ci ilin iyul ayına kimi Bakı şəhər İcra Hakimiyyətinin Şəhərsalma və memarlıq abidələrinin bərpası üzrə «Bərpaçı» baş idarəsində iş icraçısı, sahə rəisi kimi müxtəlif vəzifələrdə çalışıb.
  • 1992-ci ilin iyulundan 1993-cü ilin avqustuna qədər «Bərpaçı» baş idarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.
  • 1993-1997-ci illərdə «Orxan-FV» kiçik müəssisəsində direktor vəzifəsində çalışıb.1997-2001-ci illərdə «İnter-Elco» firmasının direktoru vəzifəsində çalışıb.
  • 2001-2002-ci illərdə «Yenilik» inşaat firmasında baş mühəndis vəzifəsində işləyib.
  • 2002-2005-ci illərdə Bakı Dövlət Universitetində baş mühəndis vəzifəsində fəaliyyət göstərib.
  • 2005-ci ilin aprel ayından sentyabr ayına kimi  Bakı Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru vəzifəsində çalışıb.
  • 2005-2011-ci illərdə Bakı Dövlət Universitetinin İnzibati və təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışıb.
  • 2011-ci ildən Bakı Dövlət Universitetinin İqtisadi və təsərrüfat işləri üzrə prorektorudur.