Rus mərkəzləri “Rus dünyası” Fondu tərəfindən dünyanın aparıcı beynəlxalq təhsil və tədris strukturları ilə birgə yerinə yetirilən beynəlxalq mədəniyyət layihəsidir.   “Rus dünyası” Fondu tərəfindən BDU-da açılan Rus Mərkəzinin məqsədi rus dili və mədəniyyətini təbliğ etmək, xaricdə rus dilinin tədris olunması proqramlarını dəstəkləmək, mədəniyyətlərarası dialoqun inkişafı və xalqlararası qarşılıqlı anlaşmanın güclənməsi istiqamətində müxtəlif fəaliyyətlərə imza atmaqdır.

BDU-da fəaliyyət göstərən Rus Mərkəzinin əsas vəzifələrdən biri də Rusiyanın tarixi və mədəniyyətinə bilavasitə bağlı olan Rus Dünyasının müxtəlifliyini əks etdirməkdir. Rus dünyası özündə müxtəlif din və  milliyyəti birləşdirir. Bu həm Rusiyada yaşayan vətəndaşlar, həm də xaricdə yaşayan soydaşlar, mühacirlər və Rusiyaya  böyük maraq göstərən insanlardır.

“Rus dünyası” Fondunun BDU-dakı Mərkəzi öz unikal strukturu ilə fərqlənir. Mərkəz öz fəaliyyətini yerləşdiyi ölkəyə görə uyğunlaşdırıb. Bütün lazımi  avadanlıqlarla təchiz olunan Mərkəz daim yenilənərək əlavə materiallarla təmin edilir.

Rus Mərkəzinin fəaliyyəti müxtəlif yönümlüdür və sistemli şəkildə aparılır.

Mərkəz “Mədəniyyət və İncəsənət”, “Elm”, “Təhsil”, “Rus Dili”, “Tarix”, “Cəmiyyət”, “Müasir Rusiya” mövzularda yazılı, audio və video materiallarla təmin edilib.

Mərkəzin kitabxanasında aşağıdakı sahələrdə rus dilində Rusyanın aparıcı nəşrlərini əldə etmək olar:

  • Bədii ədəbiyyat
  • Tədris ədəbiyyatı
  • Dərsliklər və metodik vəsaitlər
  • Elmi ədəbiyyat
  • Uşaq nəşrləri
  • Tarix, fəlsəfə, psixologiya, mədəniyyət, incəsənət, iqtisadiyyat və hüquq üzrə kitablar
  • Rus dili lüğətləri, məlumat rəhbərləri, ensiklopediyalar
  • Mediateka – multimediya məlumat bankı
  • Multimediya nəşrləri
  • Rus kinematoqrafiyasının klassik və müasir nümunələri
  • Audio kitablar, mühazirələr, teatr tamaşaları, audio ekskursiyalar
  • Tədris-metodik vəsaitlər, məlumat materialları
  • Müxtəlif səviyyələr üçün rus dili tədris proqramları

Mərkəzdə ayrıca Rusiya KİV-nin elektron məlumat bazalarına, lüğət,  ensiklopediya və məlumat saytlarına  pulsuz daxil olma imkanı  da yaradılıb.

BDU-nun Rus Mərkəzi beş il ərzində məhsuldar fəaliyyətinə görə iki dəfə diplomla təltif edilib. Mərkəzin rəhbəri Arzu Məmmədovadır.