TƏDRİS HİSSƏSİNİN FƏALİYYƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ AŞAĞIDAKILARDIR:
-Tədris ilinin əvvəlində bütün istiqamətlər üzrə universitetə qəbul olmuş abituriyentlər haqqında müvafiq fakültə dekanlıqlarından təqdimatların alınması və TQDK-ın protokolları ilə tutuşdurulduqdan sonra onların I kursa qəbul olunmaları barədə əmrin hazırlanması;
-Qış və yay imtahan sessiyalarının keçirilməsi, ümumiyyətlə tədris işləri ilə bağlı rəhbər əmrlərin , sərəncamların hazırlanması; imtahan biletlərinin, vərəqələrinin möhürləməsi, 16 fakültə üzrə imtahan cədvəllərinin yığılması, ğündəlik keçirilən yazılı imtahanların cavab vərəqələrinin hazırlanması və propektorluğa təqdim olunması. İl ərzində təxminən 11 000 göndərişin möhürlənməsi və verilməsi, onların qeydiyyatının aparılması;
-Yeni tədris ilinə hazırlıq məqsədi ilə dərs yükünün planlaşdırılması, bölgüsünə nəzarət və onun təsdiq olunduqdan sonra əmrləşdirilməsi. Ştatda olan 1340 müəllim və kənardan dəvət olunan saat hesabı 570 müəllimlərin şəxsi işlərinin yığılması;
-Seçki müddəti başa çatmış professor-müəllim heyətinin seçkisi, vakant vəzifələri tutmaq üçün elanların hazırlanması və ərizələrin qəbulu. Fakültə Elmi Şurasında müzakirə olunduqdan sonra bu qurumların çıxarışlarına əsasən əmrləşdirilmənin həyata keçirilməsi;
-Tələbələrin xaric olunma, akademik məzuniyyət, soyadın dəyişilməsi, töhmət verilmə, dublikat tələbə bileti və qiymət kitabçası verilmə, tələbələrin diplom müdafiəsinə buraxılması, təqaüd verilməsi, yay və qış tətilləri müddətində xariç olmuş tələbələrin yenidən bərpası, eləcə də köçürülməsinə dair təqdim olunmuş sənədlərin müvafiq komissiya üçün hazırlanması ;
-Dəftərxana və fakültələrdən daxil olan icra üçün qeydiyyat işinin aparılması və nəzarəti , icra olunmuş əmrləşdirilmiş sənədlərin yerləşdirilməsi, tədris hissəsindən kənara göndərilən məktubların qeydiyyatı ;
-İllik stasistik hesabatın (forma 3 –ET) və hər 3 aydan bir rüblük hesabatların hazırlanması. Tələbələrin “hərəkətlərinin” əmr kitabında qeyd olunması ;
-Telefonoqramların verilməsi, sessiyanın nəticələrinin və akademik borcların ləğv olunması barədə hecabatların toplanılıb qrafikə uyğun hazırlanması ;
-BDU-nu bitirən məzunların TN-ə hesabatın hazırlanması. TN-dən diplomların alınması və fakültələrə paylanılması, verilən diplomların hesabatının hazırlanması. Dublikat diplomların verilməsi üçün müvafiq sənədlərin yığılması, komissiyada baxılaraq arayış verdikdən sonra əmrləşdirilməsi;
-Professor-müəllim heyətinin təsdiq olunmuş qrafikə əsasən ixtisasartırmaya göndərilməsi. Digər ali məktəblərdən professor-müəllim heyətinin BDU-da ixtisasartırmaya qəbul olunması;
-Bakalavr pilləsi üzrə tədris, istehsalat, pedaqoji təcrübələrinin keçirilməsinin sənədləşdirilməsi və nəzarət olunması;
-Fakültələrin təqdimatları əsasında DAK sədlərinin siyahısının Təhsil Nazirliyinə təsdiq üçün göndərilməsi ;
-I kursa qəbul olunmuş tələbərin şəxsi işlərinin fakültələrdən qəbul olunması, təhsil aldıqları müddətdə onlara aid verilmiş əmrlərin işlənib n şəxsi işlərinə qeyd olunması;
-Tədris hissəsi üzrə əmrlərin, sərənçamların və sorğu məktublarının və digər sənədlərin hazırlanması;
-Saathesabı müəllimlərə zəhməthaqqının ödənilməsi sənədlərinin hazırlanması.
Ümumiyyətlə, Tədris hissəsinin fəaliyyəti çox istiqamətli olmaqla 14593 tələbə və 1340 professor- müəllim heyətini əhatə edir.
Əlaqə:
Tədris hissəsinin əlaqə telefonları: 439-06-86; 439-09-21
Ünvan : AZ-1148, Z.Xəlilov küçəsi 23, Əsas bina, II mərtəbə, otaqlar226, 251, 441