Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası - https://www.iassw-aiets.org/
Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası (SİMBA )1928-ci ildə Parisdə keçirilən İlk Beynəlxalq Sosial İş Konfransında yaradılmışdır. Sosial iş təhsili institutlarının, sosial iş təhsilini dəstəkləyən birliklərin və sosial iş müəllimlərinin qlobal assosiasiyası olan təşkilatın əsas missiyası aşağıdakılardır:
- Milli, regional və beynəlxalq assosiasiyalar ilə dünya miqyasında əməkdaşlıq çərçivəsində sosial iş təhsilini təşviq və təmsil etmək;
- Sosial iş müəllimləri və proqramlarının cəlb olunmuş birliyini yaratmaq və qoruyub saxlamaq;
- Tədqiqat və kurrikulum resurslarının qarşılıqlı mübadiləsində iştirakçılığı fasilitasiya etmək və dəstəkləmək;
- Daha ədalətli dünya üçün təhsil strategiyaları və siyasətlərinin təkmilləşdirilməsi;
- Sosial İş Təhsili və Təlimi üçün Qlobal Standartları hazırlamaq;
- Sosial iş tədrisçiləri üçün konfranslar təşkil etmək ;
- Təlim proqramları və kurrikulum icmalları təşkil etmək;
- Nəşrlər və sosial mediadan istifadə ;
- BMT-də təmsilçilik ;
- Komitə və xüsusi komandaların fəaliyyətləri.
404 məktəb üzvü və dünyanın bütün qitələrinin 65 ölkəsində 5 filialı olan Sosial İş Məktəblərinin Beynəlxalq Assosisiyasının hazırda 231 fərdi üzvü var ki, onlar da əsasən sosisal işçilər və sosial iş müəllimləridir. Bakı Dövlət Universiteti 2018-ci ildən Assosiasiyanın tamhüquqlu üzvüdür. Təşkilata üzvlük qurumun Listservinə (Google qrupları), Sosial Dialoq Jurnalına, Beynəlxalq Sosial İş Jurnalına pulsuz abunəlik, Beynəlxalq Sosial Rifah Jurnalına güzəştli abunəlik, eyni zamanda, ümumdünya sosial iş məktəbləri arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sosial iş məktəbləri ilə birgə layihələrdə iştirak imkanları yaradır.