BDU-nun həyətyanı sahəsində yaradılan şərait tələbələrin asudə vaxtlarını xoş keçirməyə və istirahət etməyə gözəl imkan verir. BDU-da tələbələr naharı BDU daxilində bufetlərdə və BDU ətrafındakı kafelərdə edə bilərlər.

Biz inanırıq ki, BDU-nun hər bir tələbəsi onlar üçün yaradılan şəraitdən razı qalacaqdır!

 

 

 

 

 

Altıağac təcrübə bazası tələbələrin çöl-tədris təcrübələrini təşkil etmək, müxtəlif tədbirlərin, yay məktəblərinin, konfrans və seminarların keçirilməsi, həmçinin istirahət məqsədilə 1991-ci ildə yaradılmışdır.

Baza Bakı şəhərindən 118 km şimal-qərbdə, Xızı rayonunun Altıağac qəsəbəsində yerləşir. Müasir kotec tipli 4 otaqlı binadan, müasir tipli yeməkxanadan və 100 nəfərlik konfrans zalından ibarətdir.