Bakı Dövlət Universiteti
Azərbaycan xalqının milli sərvətidir!
Heydər Əliyev

1. Fənn üzrə kurs imtahanı nə üçün tətbiq edilir?

– Bütünlükdə fənni və ya onun bir hissəsi üzrə kurs imtahanı tələbənin kurs və ya semestr ərzində aldığı nəzəri bilikləri mənimsəmə səviyyəsini, təfəkkürünün inkişafını qiymətləndirmək, sərbəst işləmə bacarığını müəyyənləşdirmək üçün nəzərdə tutulur.

2. Tələbələr imtahandan keçirilirsə, niyə onlar əlavə yoxlama məqbulları verməlidir?

– Məqbullar bir qayda olaraq tələbələrin laboratoriya, qrafiki işlər, kurs işi, təcrübələrinin mənimsəməsini yoxlamaq formasıdır.
Məqbullarda qiymət yazılmır.

3. Hansı daha əvvəl verilməlidir və ümumiyyətlə, məqbul imtahanla əlaqəlidirmi?

– Tədris planında nəzərdə tutulmuş fənlərdən məqbullar bir qayda olaraq imtahan sessiyasının başlanğıcına qədər verilir. Hər hansı fəndən məqbul almayan tələbə yalnız həmin fəndən imtahana buraxılmır. Məqbulu vermədiyinə görə həmin fəndən imtahana buraxılmayan tələbələr dekanlığın ayırdığı müddətdə “buraxılmadıqları” fənlərindən imtahan verirlər.

4. İmtahan və məqbul kimin tərəfindən qəbul edilir?

– İmtahan və məqbul həmin fənnə uyğun mühazirə, təcrübə, seminar və ya laboratoriya dərslərini aparan müəllim tərəfindən qəbul edilir. Tədris olunan fəndən imtahan yoxdursa, həmin fəndən məqbul mühazirə və seminar laboratoriya aparan müəllimlər tərəfindən qəbul edilir.

5. İmtahan və məqbullarda digər şəxslərin iştirakı mümkündürmü?

– Ali məktəbin rektoru, prorektoru və eləcə də fakültə dekanının icazəsi olmadan kənar şəxslərin imtahan və məqbullarda iştirakı qadağandır.

6. Imtahana hazırlaşmaq üçün neçə gün vaxt ayrılır?

– Imtahan cədvəlində hər bir imtahana hazırlaşmaq üçün 3 gündən az olmayaraq vaxt ayrılır.

7. Məqbul və imtahan necə aparılır və tələbələrin hansı vəsaitlərdən istifadə etməsinə icazə verilir?

– Məqbul və imtahana tələbələr məqbul kitabçası ilə buraxılır. Imtahanlar yazılı şəkildə, bəzi hallarda isə test üsulu ilə aparılır. Imtahan biletləri mühazirə oxuyan müəllim tərəfindən mövcud fənlər proqramı əsasında tərtib olunur və kafedra müdiri tərəfindən təsdiq edilir. Məqbul və imtahanlarda tələbələr texniki vəsaitlərdən, proqramlardan və metodiki göstərişlərdən istifadə edə bilərlər.
Tələbələrin məqbul və imtahanlardan aldıqları müsbət qiymətlər məqbul kitabçasına və imtahan vərəqəsinə, qeyri-kafi qiymət isə yalnız imtahan vərəqəsinə yazılır.

8. Tələbə imtahanda iştirak etməyibsə, o, qeyri-kafi qiyməti ilə qiymətləndirilirmi?

– İmtahana gəlməyən tələbələrə imtahan qəbul edən müəllim imtahan vərəqəsində “gəlmədi” qeydi aparır. Sessiyanın sonunadək imtahana gəlməyən tələbə dekanlığa onun səbəbi haqqında rəsmi məlumat verməlidir. Üzrlü səbəbdən imtahana gəlməyən tələbəyə o fəndən imtahan vermək üçün əlavə vaxt ayrılır. Əks halda “gəlmədi” qeydi “qeyri-kafi” qiyməti kimi ayrılır.

9. Tələbə müəllim tərəfindən verilən qiymətlə razılaşmırsa, kimə mürəciət etməlidir və yenidən imtahan verməlidirmi?

– Tələbə imtahan götürən müəllim tərəfindən ona veilən qiymətdən razı olmadıqda həmin gün kafedra müdirinə və dekanlığa əsaslandırılmış ərizə ilə müraciət edir. Müraciət əsaslı olduqda, imtahan qəbul edən müəllim daxil olmaqla, kafedra müdiri öz sədrliyi altında komissya təşkil edir və tələbə yenidən bu komissiyaya imtahan verir.

10. Tələbə müəyyən səbəblərlə bağlı vaxtından əvvəl imtahan verə bilərmi?

– Fakültə dekanlarına xüsusi hallarda (tələbənin səhhəti, ailə vəziyyəti, “ezamiyyət” və s. ilə əlaqədar) kafedralarda razılaşdırma əsasında cari semestr üçün tədris planının tələblərini yerinə yetirən tələbələri vaxtından əvvəl məqbul və imtahanlara buraxmaq hüququ verilmişdir.

11. İmtahanı verməyən tələbə universitetdən xaric edilirmi və ümumiyyətlə, kəsirlərdə məhdudiyyət varmı?

– İmtahan sessiyasının nəticəsinə görə üç və ya daha artıq akademik borcu olan tələbə ali məktəbdən xaric edilir. Qış imtahan sessiyasında bir və ya iki fəndən borcu olan tələbələrə yay imtahan sessiyasının başlanğıcına qədər kəsirlərin ləğvi üçün icazə verilir.
Bu müddətdə kəsirlərini ləğv etməyən tələbələr ali məktəbdən xaric edilirlər.
Yay imtahan sessiyasının nəticəsinə əsasən bir və ya iki fəndən kəsiri olan tələbələrə yeni dərs ilinin başlanğıcında bir ay müddətində ləğv üçün vaxt verilir. Bu müddətdə kəsirlərini ləğv etməyən tələbələr ali məktəbdən xaric edilirlər. Akademik borcların ləğvi üçün tələbələrə ayrılmış vaxt müddətində üç dəfə icazə verilir.
İl ərzində oxuduğu kursların tədris planını yerinə yetirən bütün məqbul və imtahanları müvəffəqiyyətlə vermiş tələbələr fakültə dekanın təqdimatı və rektoru əmri yuxarı kursa keçirilirlər.

12. Tələbnin davamiyyəti zəifdirsə, xüsusiı ölçülər tətbiq edilirmi?

– Semestr müddətində tədris olunan bütün fənlərə ayrılmış ümumi saatların 30%-ni buraxan tələbə keçirilən proqrama tam yiyələnmədiyi üçün imtahan sessiyasına buraxılmır. Buraxılan dərslər üzrlü səbəbə görə olarsa (xəstəlik, ailə vəziyyəti, ezamiyyət və s.) həmin tələbələrin kursda saxlanılması haqqında dekanlıq rektorluğa müraciət edə bilər. Digər hallarda dərs buraxan tələbələr ali məktəbdən xaric edilirlər.

13. Axşam və qiyabi şöbədə oxuyan tələbələr necə imtahan verməlidir?

– Ali təhsil müəssəsinin axşam və qiyabi şöbələrində müvəffəqiyyətlə təhsil alan tələbələrə laboratoriya-imtahan sessiyası başlayana qədər əlavə olunan nümunəyə müvafiq arayış-çağırış göndərilir. Arayışların tələbələrə çatdırılmsına, eləcə də onların imtahanlara gəlmələrinə fakültə dekanlığı nəzarət edir.

14. Axşam və qiyabi şöbələrdə təhsil alan tələbələrə məzuniyyət verilirmi?

– Ali təhsil məktəblərinin qiyabi və axşam şöbələrinin aşağıda göstərilən tələbələrinə əmək qanunverciliyinə uyğun olaraq aşağıdakı qaydada ödənişli məzuniyyət verilir:
– tədris planında nəzərdə tutulan bütün məqbulları vermiş və həmin semestrin tədris planında nəzərdə tutulmuş bütün hesabat-qrafiki, eləcə də digər işləri yerinə yetirmiş axşam şöbəsi tələbələrinə;
– əvvəlki kurs və ya semestrdən növbəti imtahan sessiyası başalayana qədər borcları olmayan, sessiyaya çıxarılan fənlər üzrə bütün yoxlama işlərini və kurs lahiyələrini (işlərini) yerinə yetirmiş qiyabi şöbənin tələbələrinə.
Üzrlü səbəblərə görə laboratoriya-imtahan sessiyası başqa vaxta keçirildikdə axşam və qiyabi şöbələrinin tələbələri ödənişli əlavə məzuniyyət almaq hüqunu saxlayırlar.