S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
1 |
19.04.2021 | 15:00 | Tarix fakültəsi. Arxeologiya kafedrasi. |
Arxeologiya və etnoqrafiya kafedrasının müəllimi,t.e.d. Tarix Dostiyev |
İslam arxeologiyası | Onlayn – Microsoft Teams Ustad dərsi |
Xülasə: Arxeologiyanın mühüm istiqamətlərindən olan “İslam arxeologisı”na həsr olunan məruzədə islam arxeologiyasının predmeti və obyekti, coğrafiyası, biliklər sistemində yeri, orta əsr müsəlman cəmiyyətinin və İslam sivilizasiyasının öyrənilməsində rolu və əhəmiyyəti açıqlanır. Multikultural dəyərlərin və tolerantlığın mövcudluğunu çoxsaylı faktiki materiallarla sənədləşdirən İslam arxeologiyasının dini ekstremizmi və qarşıdurmanı rədd etməsi, mədəniyyətlərin dialoquna və konfessiyalararası qarşılıqlı anlaşmanın möhkəmlənməsinə müsbət təsir göstərməsi sübuta yetirilir, müsəlman ölkələrinin tarixinin, mədəniyyətinin, iqtisadiyyatının, məişətinin öyrənilməsi üçün yeni perspektivlər açdığı nəzərə çatdırılır. Master dərsdə İslam arxeologiyasının bu məsələləri təhlil olunacaq və müzakirə ediləcəkdir.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
2 |
24.04.2021 | 12:00 |
Tarix fakültəsi | Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, t.e.d., akademik Yaqub Mahmudov |
“24 aprel soyqırımı” erməni uydurmasıdır | Onlayn – Microsoft Teams Elmi seminar |
Xülasə: Bir əsrdən çoxdur ki, soyqırımı saxtakarlığından birmənalı olaraq siyasi məqsədlər üçün istifadə edən ermənilər və onlara havadarlıq edən dünya gücləri qondarma “24 aprel - soyqırımı” iddiasından türk-müsəlman dünyasına qarşı siyasi vasitə kimi istifadə etməkdə davam edir, əslində XX əsr boyu dəfələrlə ermənilər tərəfindən soyqırımına məruz qalmış yüz minlərlə insanı xatırlamaq istəmirlər. Quba məzarlığı, Urmu faciəsi, Xocalı soyqırımı və digər faktlar isə, XX əsr boyu ermənilərin azərbaycanlılara qarşı dəfələrlə kütləvi qırğınlar və soyqırımlar törətdiyinin əyani sübutudur.
Bundan fərqli olaraq, ermənilərin qondarma “soyqırımı”nı sübut üçün heç bir əsaslı fakt yoxdur, bunu təsdiq edəcək heç bir kütləvi məzarlıq aşkar edilməmişdir. Qeyd etmək lazımdır ki, həmin dövrdə əsl qırğınlar məhz Azərbaycan ərazisində - Şamaxı, Göyçay, Quba, Naxçıvan, Bakı və digər yerlərdə erməni – daşnak silahlı birləşmələri və bolşevik ordusu tərəfindən xalqımıza qarşı xüsusi qəddarlıqla həyata keçirilmişdir.
Əsl həqiqət ondan ibarətdir ki, I Dünya müharibəsinin gedişində ermənilər təpədən dırnağadək silahlandırılmış, çar Rusiyası və İngilis komandanlığı tərəfindən xüsusi məqsədlər üçün hazırlanmış erməni dəstələri 1915-ci ildə Şərqi Anadoluda dinc türk əhalisini qırmışlar. Məqsəd bu idi ki, Anadolunun şərq hissəsi türklərdən, cənubi və şimali Azərbaycan isə azərbaycanlılardan təmizlənərək bu bölgədə xristian faktoru gücləndirilsin. Məhz buna görə XX əsrin əvvəllərində türklər və azərbaycanlılar ermənilər tərəfindən soyqırımına məruz qaldılar. Müharibə şəraitində olan ölkəsinə xəyanət edib düşmən tərəfdə yer alan ermənilər isə, məhz satqınlığına görə, 1915-ci ildə Osmanlı dövləti tərəfindən bir ərazidən başqa ərazilərə köçürülmüş, köçürmələrin gedişində müəyyən insidentlər olsa da, heç bir kütləvi qırğın, yəni soyqırımı baş verməmişdir. Məhz bu səbəbdən qondarma “soyqırımı” iddiasını təsdiq edən erməni məzarlığı heç yerdə yoxdur. Türkiyə və Azərbaycan ərazilərində toplu məzarlıqların aşkar olunması üçün tədqiqatların aparılması erməni saxtakarlığına və onlara havadarlıq edənlərə ən tutarlı cavab olacaq. Elmi seminarda erməni yalanları ilə bağlı bütün məsələlər təhlil olunacaq və müzakirə ediləcəkdir.
S/s | Tarix | Saat | Struktur bölmə | Məruzəçi(lər) | Məruzənin adı | Keçirildiyi yer |
3 |
29.04.2021 | 15:00 | Tarix fakültəsi |
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi fond və ekspozisiya şöbəsinin müdiri, t.ü.f.d.Fərhad Quliyev |
Müasir arxeologiya elminin yeni çağrişlari (arxeometrik tədqiqatlar) |
Onlayn – Microsoft Teams Elmi seminar |
Xülasə: Çöl-tədqiqatları zamanı əsaslı öyrənilmiş arxeoloji abidələrin (qədim yaşayış yerləri, müxtəlif dövrə aid nekropollar, şəhər yerləri) dəqiq elmi mahiyyətinin hərtərəfli öyrənilməsi məqsədilə, qazıntılar zamanı aşkar olunmuş və məxsusi özəllikləri ilə seçilən maddi-mədəniyyət nümunələrinin növünə görə hər birinin təyinatına uyğun (keramika məmulatı, daş alətlər, memarlıq və inşaat texnikası, paleobotanik və paleozooloji materiallar, paleoantropoloji qalıqlar və s.) kompleks təhlili, müxtəlif elmlərin kəsişməsində aparılan arxeoloji tədqiqatlar, yəni arxeometrik araşdırmalar sırasına aid olaraq müasir arxeologiya elminin yeni çağırışlarına cavab verir.
Bunun nəticəsində mütəmadi arxeoloji tədqiqatlar əsasında toplanmış materialların dəqiq təhlili mümkün olur. Ortaya çıxan ümumi arxeoloji nəzəri problemlərin fonunda yeni nəzəri konsepsiyalar meydana gəlir. Aktual olan mövzular müəyyən edilir və ümumi tarixi proseslərin bərpasına və konseptual məsələlərin arxeologiya elmində ön planda olmasını təmin edir.
Qazıntılar arxeoloji abidələrin çöl tədqiqatlarını əsas və ən mühüm formasıdır. Qazıntıların məqsədi abidələrin hərtərəfli tədqiqi, dəqiq qeydiyyatı və elmi dəyərləndirilməsindən ibarətdir. Qazıntılar abidələrin topoqrafiyasının və stratiqrafiyasının, mədəni təbəqəsinin, tikililərinin, maddi mədəniyyət nümunələrinin və s. tam səciyyəsini müəyyən edilməsini nəzərdə tutur. Bundan əlavə stasionar qazıntı işlərindən əvvəl abidənin özünün və onun yerləşdiyi ərazinin topoqrafik planından, hərtərəfli foto materiallarından və s. ibarət məlumatlar bazası mövcud olmalıdır.