S/s Tarix Saat Struktur bölmə Məruzəçi(lər) Məruzənin adı Keçirildiyi yer
1 05.07.2021 15:00 Tarix fakültəsi
Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, t.ü.f.d
Qənirə Pirquliyeva

Qarabağın memarlıq – dini  komplekslər
Onlayn – Microsoft Teams

Xülasə: Azərbaycanın dünya çapında tanınan memarlıq məktəblərindən biri olan Qarabağın həm də özünəməxsus dini komplekləri olmuşdu. Bu komplekslər əsasən təkallahlıqla bağlı olaraq, xristianlıq və islam dini ilə əlaqəli yerli memarlar tərəfindən erkən orta əsrlərdən başlayaraq, XIX əsrin sonları-XX əsrin ilk onilliklərində yaradılmışlar. Xristianlıqla əlaqəli olan komplekslər bir və iki nefli xristian kilsələri olaraq, bəzən böyük bir kompleklər şəklində yerli inşaat materialları vasitəsilə tikilmiş və bütün mühüm memarlıq elementlərini özündə əks etmişlər.Tarixin sonrakı yüzilliklərində islamın yayılması zamanı  eyni yerli inşaat materiallarından yararlanan memarlar,həkkaklar, ustalar artıq klassik üslub saxlanılmaqla-yəni məscidlər, minarələr, mədrəsələr, külliyyatlar, türbələr və digər tikililər inşa etmişlər. Bəzən kilsələr üzərində bəzi dəyişikliklər edərək məscidlərə çevirmişlər. Azərbaycan ərazisində unikal dini kompleks tiplərindən “imarət” adlı tikililərin erkən vətəni də Qarabağdır. Bu tikililərin demək olarki, hər biri yalnız özlərinə aid kitabələrlə bəzədilmişlər. Kitabələrdə yazılar dini xarakterli olaraq, müsəlmanların müqəddəs kitabı Qurani Kərimdən müvafiq surələr, yaxud ayələr olmaqla, həm də tikili haqqında geniş məlumatlara malik olmuşlar. Ümumazərbaycan-türk  memarlıq quruluşlarından kəskin fərqlənməyən bu tikililərin əsas özəlliyi onların ölçülərində, divarların interyer və eksteryerinin bəzədilməsində və digər mühüm məsələlərdə özünü göstərmişdi.Ayrıca qeyd etmək lazımdır ki, Qarabağın geostrateji mövqeyi səbəbindən burada orta əsrlərdə xeyli sayda sufi təriqətlərinin yaradıcıları, davamçılarına aid olan tikililərgeniş yayılmışdı. Əsasən xanəgahlarda təbliğatla məşşğul olan bu dərvişlər həm də buradan keçən beynəlxalq ticarət yolunun üstünlüklərindən kifayət qədər yararlanmış və əksər hallarda həm də bütün vergilərdən azad edilərək, ticarətlə də məşğul olmuşlar. Bəlkə də dilimizdə hələ də geniş istifadə edilən “həm ziyarət, həm ticarət” kəlməsinin mahiyyətində məhz bu dərvişlərin həm də bu kompleklərdə müəyyən iqtisadi münasibətlər vasitəsilə ideyalarını yaymaq olmuşdu. Master dərsdə işgaldan azad olmuş Qarabağın memarlıq – dini kompleksləri təhlil olunacaq və müzakirə ediləcəkdir