TƏDRİSİN TƏŞKİLİ VƏ İDARƏ OLUNMASI MƏRKƏZİ
MƏRKƏZ HAQQINDA
Bakı Dövlət Universitetində (BDU) tədrisin idarə edilməsinin təkmilləşdirilməsi, müasir idarəetmə mexanizmlərinin yaradılması, kadr potensialının gücləndirilməsi, tədris prosesinin optimal tələblərə uyğun şəkildə təşkil edilməsi məsələləri BDU Elmi Şurasının 2019-cu il 09 oktyabr tarixli iclasında geniş müzakirə olunmuş və Tədrisin təşkili və idarə olunması Mərkəzinin yaradılması qərara alınmışdır. BDU Elmi Şurasının 2019-cu il 09 oktyabr tarixli Qərarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin 3.1.21-ci yarımbəndini rəhbər tutaraq Rektorun 04 noyabr 2019-cu il tarixli R-141 nömrəli əmri ilə Tədrisin təşkili və idarə olunması Mərkəzi yaradılmışdır.
Mərkəzin strukturu
• TƏDRİS PROSESİNİN TƏŞKİLİ ŞÖBƏSİ
o Təcrübənin təşkili sektoru
• TƏDRİS PROSESİNİN İDARƏ OLUNMASI ŞÖBƏSİ
o Elektron tədris sektoru
o Tədrisin idarə olunması sektoru
• TƏHSİL SƏNƏDLƏRİ VƏ ELEKTRON MƏLUMATLAR ŞÖBƏSİ
• QİYABİ, ƏLAVƏ TƏHSİL VƏ HAZIRLIQ ŞÖBƏSİ
o Qiyabi təhsil sektoru
o Əlavə təhsil sektoru
o Hazırlıq sektoru
• MAGİSTRATURA ŞÖBƏSİ
Mərkəzin fəaliyyət istiqamətləri
• Mərkəzin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
• Dövlət təhsil standartları əsasında Universitetin əsas tədris sənədlərinin – tədris planlarının, işçi tədris planlarının işlənib hazırlanması zamanı Universitetin struktur bölmələrinin qarşılıqlı əlaqəsinin təmin edilməsi;
• Tədris prosesinin idarə olunmasına dair informasiyanın təhlili və ümumiləşdirilməsi, rektorluğun qərarlarının hazırlanması;
• Tədris prosesinin əsaslandırılmış planlaşdırılması və təşkili;
• Tədrisin bütün formaları üzrə tədris prosesinə və mütəxəssis hazırlığına nəzarət sisteminin informasiya təminatı;
• Tədris prosesinə dair normativ-metodiki sənədlərin daim təkmilləşdirilməsi;
• Universitetin tədris sahəsindən istifadəyə nəzarət edilməsi;
• Tədris prosesinin optimal təşkili məqsədi ilə tabeliyində olan bütün struktur bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi.
Mərkəzin əsas vəzifələri
• Mərkəzin Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq əsas vəzifələri aşağıdakılardır:
Universitetdə tədris prosesinin səmərəli, mövcud standartlara uyğun təşkili və ona nəzarətin həyata keçirilməsini təmin etmək;
• Mərkəzə daxil olan sənədlərin qeydiyyatının aparılması və müvafiq strukturlar üzrə paylanılmasını təmin etmək, həmçinin həmin sənədlərin icrasının həyata keçirilməsinə nəzarət etmək;
• Tədris prosesini yüksək səviyyədə və mövcud standartlara uyğun şəkildə təşkil etmək;
• BDU-ya (BDU-nun Qazax filialı da daxil olmaqla) qəbul ilə bağlı proqnoz yerlərinin layihəsini hazırlamaq, eyni zamanda Qazax filialı ilə qarşılıqlı əlaqə yaradaraq tədrisin təşkilini həyata keçirmək;
• Dövlət təhsil standartları əsasında ixtisaslar üzrə tədris planları hazırlamaq və təsdiq edilməsi üçün Universitet rəhbərliyinə təqdim etmək;
• Tədris prosesinin, imtahan sessiyalarının və Dövlət Attestasiya Komissiyasının işinin cədvəllər əsasında planlaşdırılması və tərtibi;
• Rektorun tədris prosesinə dair rəhbər əmr layihələrinin hazırlanması;
• Fakültə dekanlarının təqdimatları əsasında tələbələrin ali təhsil müəssisəsinə qəbulu, xaric olunması, tələbələr sırasına bərpa olunması, eyni zamanda digər ali təhsil müəssisəsinə, bir ixtisasdan digərinə və ya təhsilalma formasını dəyişməklə köçürülməsi, akademik borclarını ləğv etmək məqsədilə dərslərdə iştirak etməsi, soyadı, adı, ata adının dəyişdirilməsi, akademik məzuniyyətin verilməsi, imahanların təşkil edilməsi, tələbələrin kontingentdə saxlanılması, Yekun Dövlət
• Attestasiyasının keçirilməsi, yay semestrinin keçirilməsi, tələbələrin təqaüdlə təmin edilməsi və s. haqqında əmr layihələrinin hazırlanması;
• Tələbə mobilliyinin təmin edilməsi məqsədi ilə təhsil proqramlarının digər daxili və xarici universitetlər ilə müqayisəli təhlilinin həyata keçirilməsi və tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu, akademik məzuniyyətdən qayıtdığı və təkrar ali təhsil aldığı hallarda, onun əvvəllər qazandığı kreditlərin nəzərə alınması haqqında təkliflərın hazırlanması;
• Təhsil haqqından azad olunan tələbələr haqqında məlumatların toplanılması və onların təhsil haqqında azad olunmaları haqqında əmr layihəsinin hazırlanması;
• Təhsil alan tələbələrin qiymətlərinə vahid elektron bazada nəzarətin həyata keçirilməsi;
• Eyni zamanda təhsil alan, xaric olunan, digər ali təhsil müəssisəsindən köçürülən və s. tələbələr, məzunlar haqqında məlumatların Tələbə Məzun Dövlət Elektron Məlumat Sisteminə yerləşdirilməsi;
• Dts.edu.gov.az portalı vasitəsilə məzunlar haqqında məlumatların yerləşdirilməsi;
• Bakalavriat səviyyəsi üzrə ixtisas və təhsilalma formasından asılı olmayaraq, tələbənin biliyinin cari və aralıq qiymətləndirilməsinin həyata keçirilməsi;
• Müəllim və tələbələrin tədris intizamına riayət etmələrinə nəzarətin edilməsi;
• Tam anonim və könüllülük prinsipləri əsasında müəllim və tələbələrin qiymətləndirilməsinin təşkil edilməsi;
• Akademik məsləhətçilərin (tyutorların) hazırlanması, onların işə qəbulu zamanı rəyin verilməsi;
• İmtahan sessiyasının təşkili və gedişinə nəzarət, onun nəticələrinin ümumiləşdirilməsi və təhlili;
• İmtahan sessiyası zamanı fəaliyyət göstərən imtahan Qərargahına yardım edilməsi;
• Dövlət Attestasiya Komissiyalarının işlərinə nəzarət, Komissiyaların işinin nəticələrinin sədrlərin hesabatları əsasında ümumiləşdirilməsi və təhlili;
• Tələbələr və məzunlar üçün diplomların, akademik arayışların, diplomların dublikatlarının verilməsi, tələbə kartlarının tərtib olunmasına nəzarətin həyata keçirilməsi, həmçinin digər sənədlərin tərtibinin təşkili;
• Kafedraların ştatlarının formalaşdırılması üçün hesablamaların və başqa sənədlərin hazırlanması, müəllimlərin və kafedraların tədris planları və tədris yükləri normasına, tədris yükünün yerinə yetirilməsinə nəzarətin edilməsi;
• Saathesabı qaydada dərs aparan müəllimlərin gündəlik dərs uçotunun aparılması və hesablanmış əmək haqqına nəzarətin təşkili;
• Kafedraların və fakültələrin tədris və metodiki işin ayrı-ayrı məsələləri üzrə yoxlanılması, rektorluğun planı əsasında nəzarət tədbirlərində iştirak;
• Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər idarələrlə, eyni zamanda tədris məsələləri ilə bağlı olaraq vətəndaşlarla yazışmaların həyata keçirilməsi;
• Tələbələrin şəxsi işlərinin tərtibi, şəxsi işlərin hazırlanması və arxivə təhvil verilməsi, eyni zamanda başqa ali təhsil müəssisələrinə köçürülən tələblərin sənədlərinin hazırlanıb göndərilməsi;
• Auditoriya fondunun vəziyyətinə və səmərəli istifadə olunmasına nəzarət;
• Dövlət statistika hesabatı məlumatlarının hazırlanması;
• Tədris, istehsalat və pedaqoji təcrübələrin təşkili, onların keçirilməsinə dair təcrübə bazaları ilə müqavilə bağlanması, təcrübələrin gedişinə nəzarət edilməsi, təcrübələrin keçirilməsinə dair hesabatların qəbul edilməsi;
• Əlavə təhsilin müxtəlif istiqamətləri üzrə (Təkrar ali təhsil, kadrların yenidənhazırlanması təhsili üzrə) sənədlərini təqdim edən şəxslərin qəbulunu həyata keçirmək, onların qəbul edilməsi haqqında əmr layihəsini hazırlamaq və eləcə də qəbul olan şəxslərin tədris prosesinə nəzarət etmək;
• Qiyabi təhsilalma forması üzrə təhsilalanlar üçün test və yazılı formada imtahanların təşkil edilməsi, onların qiymətləndirilməsinə nəzarətin həyata keçirilməsi;
• Dövlət akkreditasiyasına hazırlıq ilə əlaqədar olaraq lazım olan işlərin həyata keçirilməsi, zəruri materialların və özünüqiymətləndirmə göstəricilərinin hazırlanması.