TEXNOLOGİYALARIN TRANSFERİ VƏ İNNOVASİYALAR ŞÖBƏSİ

Şöbə Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyinin əmr, sərəncam və təlimatlarını, Bakı Dövlət Universitetinin Nizamnaməsini, Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarlarını rəhbər tutaraq fəaliyyət göstərir.


Şöbənin vəzifələri

  • BDU-nun innovativ potensialından səmərəli istifadə sistemini işləmək;
  • BDU-nun innovasiya siyasətini hazırlanmaq və həyata keçirmək;
  • İnnovativ və kommersiya üçün perspektivli elmi-tədqiqatların məlumat bazasını yaratmaq;
  • Tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmalarına, tələbələrin inkişaf dinamikasına nəzarət etmək;
  • BDU-nun əməkdaş və tələbələrinin elmi-tədqiqat  sahəsində əldə etdiyi nəticələrin elmi sferada və iqtisadiyyatın real sektorunda tanıdılmasını təmin etmək;
  • BDU rəhbərliyinə, professor-müəllim heyətinə və universitetin aparıcı tədqiqatçılarına elmi və innovativ fəaliyyət sahəsində təhsil, elmi-innovasiya kompleksi kimi BDU-nun vahid siyasətinin işlənib hazırlanması və həyata keçirilməsində qərarların qəbul edilməsi üçün zəruri olan məlumatları vermək;
  • BDU-da kommersiya yönümlü ideyaların və nəticələrin məqsədyönlü axtarmaq və seçmək;
  • BDU-nun əməkdaş və tələbələrinin intellektual fəaliyyətinin nəticələrinin komesiyalaşdırıla bilmək potensialını ekspertiza etmək;
  • BDU-nun əməkdaş və tələbələrinin intellektual fəaliyyəti əsasında innovativ layihələri formalaşdırmaq və reallaşdırmaq.