Universitetdə mütəmadi olaraq tələbə və əməkdaşların boş vaxtlarından layiqincə və səmərəli istifadə etmək üçün mədəni tədbirlər, əyləncəli proqramlar həyata keçirilir.

Əsasən 500 nəfərlik böyük zalda təşkil olunan konsertlərdə universitetin özfəaliyyət dərnəkləri ilə yanaşı, respublikanın tanınmış incəsənət xadimləri və kollektivləri də iştirak edirlər.

Universitetdə aşağıda adları sadalanan bədii kollektivlər fəaliyyət göstərir:

 

 

 

  • Milli rəqs qrupu
  • İnstrumental ansambl
  • Neysan» pop qrupu
  • Bədii qiraət klubu

Universitetin lokal televiziya şəbəkəsində və «Bakı Dövlət Universiteti» qəzetində keçirilən mədəni-kütləvi tədbirlər barədə ətraflı məlumat verilir.

Son illər Universiteti bitirmiş tələbələr üçün minlərlə tələbə və valideynlərin iştirakı ilə iyun ayının son günlərində yaddaşlarda həkk olunan və silinməyən möhtəşəm «Məzun günü» keçirilir. Həmçinin Yeni il şənlikləri, Yaz bayramı «Novruz»a həsr olunmuş festivallar, konsertlər Universitet həyatına xüsusi təmtəraq verir.

 

ISTIRAHƏT

BDU-nun həyətyanı sahəsində yaradılan şərait tələbələrin asudə vaxtlarını xoş keçirməyə və istirahət etməyə gözəl imkan verir. BDU-da tələbələr naharı BDU daxilində bufetlərdə və BDU ətrafındakı kafelərdə edə bilərlər.

Biz inanırıq ki, BDU-nun hər bir tələbəsi onlar üçün yaradılan şəraitdən razı qalacaqdır.

Əlaqəli səhifələr