“Azərbaycana xoş gəldiniz” adlı tədbir – 1 Oktyabrda Bakı Dövlət Universitetinin hazırlıq kursunun tələbələrinə ölkəmizlə yaxından tanışlıq məqsədilə Azərbaycanın tarixi, coğrafiyası, dili və ədəbiyyatı haqqında ətraflı məlumat verildi. Əcnəbi tələbələrin Qala kənd muzeyinə ekskursiyası təşkil olundu.

“12 Noyabr Konstitusiya günü” – Əcnəbi tələbələr dərs zamanı dövlətimizin əsas qanunu olan Konstitusiyamız və hüquqlarımız haqda verilən məlumatlarla tanış oldular.

“17 Noyabr Milli Dirçəliş günü” –Dərs zamanı ölkəmizin keçdiyi inkişaf yolundan və ulu öndərimizin respublikamızın dirçəlişində göstərdiyi xidmətlərdən söhbət açıldı, əcnəbi tələbələr bu barədə məlumatlandırıldı.

“12 Dekabr ümummilli liderimiz Heydər Əliyevin anım günü” –Əcnəbi tələbələr yerli tələbələrlə birgə dahi şəxsiyyətimiz Heydər Əlirza oğlu Əliyevin məzarını ziyarət etdilər.

“31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü” və “Yeni il” – 25 Dekabr saat 1100-da Bakı Dövlət Universitetində əcnəbi və yerli tələbələrin iştirakı ilə ədəbi-bədii tədbir keçirildi.

“20 Yanvar-Qanlı Yanvar” adlı rəsmi və bədii hissəli tədbirin təşkili – 17 Yanvar saat 1100-da Bakı Dövlət Universitetində rəsmi və bədii hissəli tədbir təşkil olundu, əcnəbi tələbələr yerli tələbələrlə birlikdə Şəhidlər xiyabanını ziyarət etdilər.

“Xocalı soyqırımı və Erməni terroru” –26 Fevral saat 1200-da Xocalı faciəsinin 17-ci il dönümü ilə əlaqədar Universitetdə tədbir keçildi, Xocalı qurbanları yad edildi.

“Novruz bayramı” – Mart ayının III həftəsində Novruz bayramı ilə əlaqədar tədbirin keçirilməsi, eləcə də ümumşəhər tədbirlərində tələbələrin iştirakı planlaşdırılır.

“9 May faşizm üzərində qələbə günü” – May ayının ilk həftəsində əcnəbi tələbələrə II Dünya müharibəsində Azərbaycanın rolu barədə və general mayor Həzi Aslanov haqqında məlumatın verilməsi nəzərdə tutulur.
“10 May ümummilli liderimiz Heydər Əliyevin doğum günü” – May ayının 10-da əcnəbi tələbələrə ulu öndərimiz Heydər Əliyev haqqında, onun müstəqil Azərbaycanın çiçəklənməsi yolunda göstərdiyi xidmətlər barədə geniş məlumat veriləcək, müsabiqələr keçiriləcək, eyni zamanda ümummilli liderimizin məzarı ziyarət ediləcəkdir.

“28 May Respublika günü” – May ayının 28-i ərəfəsində əcnəbi tələbələr Respublika günü haqda məlumat əldə edəcəklər, onların Azərbaycan Tarix Muzeyinə ekskursiyaları təşkil olunacaqdır.

Əlaqəli səhifələr