Bakı Dövlət Universitetində 2005-ci ilin iyun ayının 3-də yaradılmış “Tələbə-Gənclər Təşkilatı”nın həyata keşirdiyi proqramlar hazırda tələbələrin həyatında mühüm rol oynayır.

“Tələbə-Gənclər Təşkilatı”nın fəaliyyət proqramı aşağıdakılardan ibarətdir:

Fakültələrdə görüşlərin keçirilməsi;
Tədbirlərin keçirilməsi;
Konfransların keçirilməsi;
Xeyriyyə işləri ilə məşğul olmaq;
Konsert proqramlarının təşkili.

Bunlardan əlavə, 23 sentyabr 2006-cı ildə “Tələbə-Gənclər Təşkilatının nəzdində Debat klubu yaradılmışdır. Hazırda treninqlərin keşirilməsi davam etdirilir.
2 noyabr 2006-cı ildə “Tələbə-Gənclər Təşkilatı”nın nəzdində Bakı Dövlət Universiteti Karyera mərkəzi təsis olunmuşdur.