Əziz abituriyentlər,
Sizi Bakı Dövlət Universitetinə qəbul olunmağınız, tələbə adını qazanmağınız münasibətilə təbrik edirik!

Mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, 2020/2021-ci tədris ilində BDU-ya qəbul olunmuş şəxslərlərin sənədlərinin qəbulunun (şənbə və bazar günləri istisna olmaqla) 2020-ci il 7 oktyabr saat 17:00-dək elektron qaydada aparılması qərara alınmışdır. Bu məqsədlə Sizin üçün bəzi təlimat xarakterli məlumatlar hazırlanmışdır. Eyni zamanda BDU adından hər birinizə SMS vasitəsilə məlumat da göndərilmişdir.

Addım 1. http://qebul.bsu.edu.az elektron ünvanına daxil olun. Qeydiyyatdan keçmək üçün aşağıda qeyd olunan sənədlərin surətini elektron formada portala daxil etmək tələb olunur:

  • Şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi);
  • Təhsil haqqında attestat (və ya diplom);
  • Bakı Dövlət Universitetinə müvafiq ixtisasa qəbul olunma haqqında Dövlət İmtahan Mərkəzinin (DİM) müsabiqəsinin nəticələri haqqında çıxarışın surəti;
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet - (oğlanlar üçün, əsas və qeyd aparılan səhifələr);
  • Sağlamlıq haqqında arayış (Forma 86);
  • 3x4 sm ölçüdə fotoşəkil.

Addım 2. Ödənişli formada təhsilini davam etdirən tələbələr abituriyentin iş nömrəsinə (məsələn: 201404 – HƏSƏNLİ ELMAR VƏLİ oğlu) uyğun olaraq Kapital Bankın ödəniş terminallarında ixtisasın təhsil haqqına müvafiq olaraq ödəniş edib, qəbzin əslini özlərində saxlamaq şərtilə, surətini elektron qeydiyyat portalına əlavə etməlidirlər. Ödənişin həyata keçirilməsi qaydası ilə tanış olmaq üçün bu linkə daxil olun.

BDU-nun rekvizitlərinə ödənişlərin həyata keçirilməsi digər banklar vasitəsilə də tələbənin soyadı, adı və atasının adını əlavə etməklə mümkündür.

 

Addım 3. Əgər Siz təhsil haqqının ödənilməsindən azad olunan tələbələr kateqoriyasına aidsinizsə, aşağıda qeyd olunan mərhələlər üzrə (Addım 1-də qeyd olunan sənədlərdən əlavə) müvafiq sənədlərin toplanılması və portala əlavə edilməsi vacibdir:

Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları üçün:

  • Abituriyentin cari ilin sonunadək (2020-ci il) qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • Doğum haqqında şəhadətnamənin surəti;
    • Məskunlaşma yerindən arayış.

Şəhid ailəsinin üzvü olan şəxslər:

  • Şəhid ailəsi üzvlüyünü təsdiq edən vəsiqənin notarial qaydada təsdiq edilmiş surəti;
    • Doğum haqqında şəhadətnamənin surəti.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial ekspert komissiyasının (TSEK) son müayinəyə dair arayışı (əlilliyin səbəbi yuxarıda göstərilən əsasa uyğun olmalıdır);
  • Əlillik vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
    • Doğum haqqında şəhadətnamənin surəti.

Azərbaycan Respublikasınının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

  • Şəhid ailəsi üzvlüyünü təsdiq edən vəsiqənin notarial qaydada təsdiq edilmiş surəti;
    • Doğum haqqında şəhadətnamənin surəti.

Hər iki valideynini itirmiş və yaxud  valideynlərindən biri vəfat etmiş, digəri I və ya II qrup əlil olan 23 yaşınadək şəxslər:

  • Vəfat etmiş valideynin ölümü haqqında şəhadətnamənin surəti;
  • Digər valideynin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial ekspert komissiyasından (TSEK) əlilliyinin təyin olunmasına dair arayış (qanun əyani formada təhsil alan 23 yaşadək tələbələrə şamil edilir);
  • Doğum haqqında şəhadətnamənin surəti;
  • Valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;
    • Əlil valideynin əlillik vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti.

I və II qrup əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslər:

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial ekspert komissiyasının (TSEK) son müayinəyə dair arayışı (əlilliyin səbəbi yuxarıda göstərilən əsasa uyğun olmalıdır);
  • Əlillik vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
    • Doğum haqqında şəhadətnamənin surəti.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin qeydiyyatı BDU-ya məxsus qeydiyyat sistemindən əlavə aşağıda qeyd olunan platforma vasitəsilə də aparılacaqdır:

  • e-telebe.edu.az

Qeyd: Qeydiyyat prosesi ilə bağlı hər hansı çətinlik yarandığı təqdirdə, aşağıda qeyd olunan link vasitəsilə linkdə qeyd olunan müvafiq fakültə üzrə elektron poçt vasitəsilə və ya telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

* Xüsusi hallarda sqk@bsu.edu.az elektron poçt ünvanına da müraciət edə bilərsiniz.

 

Sizə uğurlar diləyirik.