Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyası

 

Xəzəryanı Universitetlər Assosiasiyası 1996-cı ildə Həştərxan Dövlət Texniki Universiteti və Qorqan Kənd Təsərrüfatı Elmləri və Təbii Sərvətlər Universitetinin təşəbbüsü ilə yaradılmışdır. Bakı Dövlət Universiteti 1997-ci ildə Assosiasiyanın sıralarına qoşulmuşdur. Assosiasiyaya 5 ölkədən 55 universitet daxildir.

Assosiasiyanın əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. Ali professional təhsil, doktoranrtura ixtisaslar və istiqamətlərində universitet təhsilinin vahid sisteminin işlənib hazırlanması;
  2. Xəzər dənizinin təbii və antropoqen faktorların təsiri altında ekologiyasının öyrənilməsi;
  3. Xəzər dənizinin nərə balıqlarının süni istehsal olunmasının texnologiyasının mükəmməlləşdirilməsi;
  4. Neft məhsulları ilə çirklənmiş akvatoriya və ərazilərin rekultivasiyası metodlarının işlənib hazırlanması;
  5. Xəzəryanı dövlətlərin ətraf mühitinin qorunmasının hüquqi problemləri;
  6. Xəzəryanı xalqların tarixinin öyrənilməsi.